Bakıda 40 yaşlı kişi naməlum şəxslər tərəfindən bıçaqlanıb

BicaqBakıda bıçaqlanma olub.

APA-nın xəbərinə görə, insident paytaxtın Nizami rayonunda, “8-ci km bazarı”nın yanında qeydə alınıb. 1977-ci il təvəllüdlü Gözəlov Hatəm Əbülfəz oğlu kürək nahiyəsindən aldığı iki bıçaq yarası ilə 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib. O xəstəxanaya qardaşı tərəfindən gətirilib.

Yaralanan şəxs bıçaqlayan şəxsi tanımadığını bildirib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar