Bitkoin 15% ucuzlaşdı

Dünyanın ən populyar kriptovalyutası bitkoinin qiyməti 15% ucuzlaşıb.

Trend-in məlumatına görə, dekabrın 20-də kriptovalyutanın qiyməti 17061,40 dollar təşkil edir.

Qeyd edək ki, Bitkoin Sinqapurun pul-kredit idarəsinin xəbərdarlığını fonunda ucuzlaşır.

Xatırladaq ki, dekabrın 17-də bitkoin rekord həddə - 20089 dollara çatmışdı.

"CoinMarketCap"ın hesabatına əsasən, kriptovalyuta bazarının kapitallaşması hazırda 589,472 milyard dollar təşkil edir. Bitkoinin payı isə burada təxminən 48,3% təşkil edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar