AZƏRBAYCANDA İŞÇİ QÜVVƏSİ TƏLƏB OLUNANDAN ARTIQDIR - Nazir

"Ölkədə doğumun sürətlə artması və həmin doğmuş gənc insanların bir neçə ildən sonra əmək bazarına qədəm qoyması, Strateji Yol Xəritələrində nəzərdə tutulan açılmalı olan iş yerlərinin sayından xeyli çoxdur."

"Bu gün Azərbaycanda izafi işçi qüvvəsi mövcuddur".

"APA-Economics" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Nazirin sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq İşçi Qrupunun apardığı tədqiqatlar göstərir ki, əvvəlki onillikdə mövcud olmuş işçi qüvvəsinin orta gəlirli iş yerləri ilə təmin olunmasını təmin etməliyik: "Ölkədə iqtisadi şəraitin son dərəcədə yaxşılaşması nəticəsində doğumun sürətlə artması və həmin doğmuş gənc insanların bir neçə ildən sonra əmək bazarına qədəm qoyması, Strateji Yol Xəritələrində nəzərdə tutulan açılmalı olan iş yerlərinin sayından xeyli çoxdur.

Həmin o artıqlığı müəyyən proqramlarla - frilanser fəaliyyəti, ailə özünüməşğulluğu, icma özünüməşğulluğu və digər proqramlarla təmin etmək olar. Eyni zamanda, bu gənclərin ixtisasını artırmaq, ali və orta ixtisas təhsilinin səviyyəsinin yüksəldilməsi yolu ilə beynəlxalq əmək bazarında rəqabətqabiliyyətli işçi qüvvəsinə çevrilməsini təmin etmək olar. Bu yolla ölkədə əmək bazarına daxil olan və getdikcə sayı artan içi qüvvəsinin işlə təmin olunmasını həyata keçirmək olar. Ölkədə insanlarımızın orta ömür müddəti artır. Buna uyğun olaraq pensiya yaşı da tədricən qaldırılır. Bu da insanlarımızın əmək qabiliyyətli yaş dövrünü artırır.

Yəni, eyni vaxtda əmək bazarına iki tərəfdən təzyiq hiss olunur. Bu, həm əmək bazarına ilk dəfə daxil olan işaxtaran gəclərin sayının artması, həm də yaşa görə pensiya sisteminə daxil olan insanların sayının pensiya yaşının artırılması ilə əlaqədar azalması. Belə bir şəraitdə iş yerlərinin sayının artırılması, yəni əmək bazarında işçi qüvvəsinə olan tələbin artırılması müəyyən qədər çətinlik törədir. Bu tələbin artması yalnız investisiyaların qoyulması yolu ilə yeni iş yerlərinin yaradılması ilə həll oluna bilməz. Bunun üçün özünüməşğulluq proqramları, qısaldılmış iş günlərinin tətbiqi, müxtəlif növbələrdə işləyə bilən işçilərin hazırlanması lazımdır. Bu cür yollarla izafi işçi qüvvəsinin işlə təmin olunması üçün müəyyən tədbirlər həyata keçirilməlidir".

635x100

Şərhlər

Ali 2017-12-20 14:24:06

Həqiqətən S.Müslümovun bu sözləri "KƏRƏMOVUN 5 YAŞİNDA ƏMƏK FƏALİYYƏTİNƏ BAŞLAYİB"-la eyni səsləndi.Yəni bu alim Səlim deyir ki 10 il əvvəl dogulanlar əmək bazarina girib!??Yəni 10 yaşinda.1 milyondan çox iş yeri açilan ölkədə? Birdə YƏNİ PİŞİK ƏT MƏSƏLİ...S.Müslümovun MİSSİYASİ AZTƏMİNATLİ ƏHALİNİN DÖVLƏTDƏN ALDIQLARİNİ KƏSMƏK VƏ ALDIQLARİNİ BURNUNDAN TÖKMƏKDİR.ONA BU YOLDA MANEƏSİZ YAŞİL İŞIQ YANDIRILI. O DA DA BUNU ƏN YÜKSƏK ƏHVAL RUHİYYƏ VƏ YARADİCİLİQLA İCRA EDİR .SƏLİM ÖLKƏDƏ BİLƏ BİLƏ İNQİLAB YARADIR

Nəriman 2017-12-20 14:24:06

Görəsən bu nazirin ölkədən xəbəri var? Əlbəttə.iş yerlərini qapadaraq milləti ixrac mallarına məcbur edəndə elə olacaq.Hanı Azərbaycanın 12-42 min işçi çalışan yüngül sənaye,3-12 min çalışan maşınqayırma zavidları,minlərlə işçi çalışan tikiş fabrikləri ? Bunları məhv etdiniz.15-2o nəfər çalışan pendir sexi kimi özəl müəssisə açanda yürüyüb lent kəsirsiniz. Artıq ölkədə iş qabiliyyətli insanların 55-60 faizi işsizdir.Bunun nə demək olduğunu anlayırsınızmı,ay "nazir"!

G.M 2017-12-20 14:24:06

Görəsən nə vaxtsa,Azərbaycanda S.Müslümov xarakterli,onun sifətdə nazirlərin fəailiyyət göstərməsinin xəcalətini çəkənlər olacaqmı...yoxsa bu günümüzə də ``şükür`` edəcəyik.

Mayis 2017-12-20 14:24:06

Dünən bu düyir ki,qaçqınların pulu köçüb. Bu gün saat 10 radələrində bankomatda yoxladım ki,pul yoxdur. Ay müslüm səlimov nə vaxtacan...

Elşad 2017-12-20 14:24:06

Vallah bu lap ağ oldu ki. Özünə hörmət qoyan adam (onda da nazir ola) belə cəfəng, dəyərsiz, lağa qoyulası saysız hesabsız fikirlərilə ağlı başında olanları özünə güldürməz. Ayıblar olsun!

Nəsimi. 2017-12-20 14:24:06

Yalansa .......

Bəhram Qarayazlı 2017-12-20 14:24:06

Hörmətli Nazir, hökumət CƏMİYYƏTin inkişafının nizamı üçün formalaşır. Cəmiyyətdə artıq heç nə olmur! Qanunlardan yayınma gərəksiz işlərlə cinayətlərə çevrilir. Ən doğru yol xəritəsi idarə etməni yubanmadan tam təhvil verməkdir.

həkim eldosdu 2017-12-20 14:24:06

Səlim bəy deyilənə gorə VTEK sədri Qurbanovla kabinetinizdə dalasib onu təhqir etmisiz və bundan sonra onu infakt vurub, hazirda isə yataq xəsdəsidir. Buna gorə vicdan əzabi cəkirsiz yaxud fəxr edirsiz ?

Ouculardan/. 2017-12-20 14:24:06

Bismillahir-Rəhmanir-Rəhim . Ay adamsız bir oxu gör nələr yazırlar.Vallah bəsdir danışdın da işlədində.Sizi istəmirlər. Professor getmək vahdıdır.Həmd olsun Allaha!

Son yazılar