Cərrah pasiyentlərin qaraciyərinə "imza" qoyurmuş

Britaniyalı cərrah Saymon Bremholl xəstələrin daxili orqanlarında öz “imzasını atmaqda” ittiham olunur.

Trend-in məlumatına görə, 53 yaşlı həkimin bir neçə il əməliyyat zamanı xəstələrin qaraciyərində arqon şüası vasitəsilə öz inisiallarını yazdığı ortaya çıxıb.

Bu əməllər üzə çıxdıqdan sonra həkim cərrahlıq fəaliyyətindən uzaqlaşdırılıb və məhkəmə qarşısına çıxarılıb.

S.Bremholl iki xəstənin qaraciyərində qanaxmanın qarşısının alınması üçün lazerlə “yandırma” həyata keçirdiyini və öz adının baş hərflərini yazdığını etiraf edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar