Zərdabda vəhşi heyvanlar yaşayış massivinə hücum edib

Vəhşi heyvanlar Zərdab rayonunun “32 hektar” adlanan yaşayış massivinə hücum edib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə gecə saatlarında baş verib. Rayon sakini, 1964-ci il təvəllüdlü Zeynəb Şamil qızı Hüseynovaya məxsus fərdi təsərrüfata hücum edən vəhşi heyvanlar hində olan 34 baş toyuq-cücənin hamısını tələf edib.

Ev sahibi toyuq-cücənin çaqqalların tələf etdiyini güman edir. Sakinlər analoji hadisələr rayon ərazisində tez-tez baş verdiyini deyirlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar