Ramzan Kadırovun adı “Maqnitski siyahısı”na daxil edilib

ramzan_kadirov1Çeçenistan rəhbəri Ramzan Kadırovun adı ABŞ-ın “Maqnitski siyahısı”na salınıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında dərc edilən məlumatda deyilir.

Məlumata görə, R.Kadırovla yanaşı daha 4 Rusiya vətəndaşının adı siyahıya daxil edilib.

Qeyd edək ki, “Maqnitski aktı” 2012-ci ilin dekabrında qəbul edilib. Akt “Firestone Duncan” şirkətinin hüquqşünası Sergey Maqnitskinin ölümü ilə bağlılığı olan və insan haqlarının pozulmasına görə məsuliyyət daşıyan şəxslərə sanksiya tətbiq etmək səlahiyyəti verir. “Maqnitski siyahıs”ına daxil edilən şəxslərin bir qayda olaraq ABŞ-a gəlmələrinə qadağa tətbiq olunur, ABŞ-dakı aktivlərinə isə həbs qoyulur.

 

635x100

Şərhlər

Omar 2017-12-20 22:15:47

Cox sevindim putin lavrov bastırikın şoyqa brotnikov ve patruşevi azerbaycandanda rusperesleri salsa daha şad olaram yaramazlar nece nece insan öldürenler

Koxa 2017-12-20 22:15:47

Bidende bular salınmalıdlr ramiz mehdiyev zakir qaralov ve müavinleri mezahir penahov ramiz rzayev ferhad abdullayev ve bütün rayon icra başcıları

Son yazılar