Rusiya dünyanın ən sürətli “gözəgörünməz” qırıcısının istehsalına hazırlaşır

Hipersəs sürətli MiQ-41 ağır qırıcı təyyarəsi dünyanın ən sürətli təyyarəsi olacaq. Virtualaz.org “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Rusiya Hərbi-Kosmik Qüvvələrinin keçmiş baş komandanı, Federasiya Şurasının müdafiə üzrə komitəsinin rəhbəri Viktor Bondarev danışıb.

Onun sözlərinə görə, MiQ-41 radarlar üçün maksimal dərəcədə “gözəgörünməz”, döyüş radiusu 600-1500 kilometr olan təyyarə olacaq. Təyyarə “hava-hava” sinifli R-37 raketi ilə təchiz ediləcək.

Bondarev əlavə edib ki, MiQ-31 qırıcısı 70-ci illərdə layihələndirilib və xeyli köhnəlib. Onun istifadə müddəti 2028-ci ildə başa çatır. “MiQ-31 strateji bombardmançılar, səsdən sürətli kəşfiyyat təyyarələri və qanadlı raketlərlə gözəl mübarizə aparır. Dünyada bunun analoqu yoxdur. Lakin onun təkmilləşməyə ehtiyacı var”, - senator bildirib.

Bildirilir ki, MiQ-41 də stratosferdə döyüş qabiliyyətinə malik olacaq. Yeri gəlmişkən, MiQ-31 qırıcısı da havanın atmosferdən yuxarı qatlarında uçuşa yararlıdır.

Mənbə qeyd edir ki, MiQ-31 qırıcısı R-37 raketi ilə istənilən hədəfi 310 kilometr məsafədə vurmağa hazırdır. Onun Amerika analoqu olan F/A-18 “Super Hornet” qırıcısının vuruş məsafəsi bundan iki dəfə azdır.

635x100

Şərhlər

Yaqub 2017-12-20 22:21:39

Vitya öznü biabır etme ne qeder capalasazda hele israile cata bilmesziz amerkanıda hele demirem

Son yazılar