Türkiydə İŞİD-lə əlaqədə şübhəli bilinən fransalı cütlük saxlanılıb

Türkiyədə İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən fransalı cütlük saxlanılıb.

“Report” yerli mətbuata istinadən xəbər verir ki, anti-terror polisi Fransa vətəndaşlarını Sabiha Gökçen hava limanında onlar öz ölkələrinə uçmaq istəyən zaman saxlayıb.

Türkiyə hüquq-mühafizə orqanlarındakı rəsmi mənbənin bildirdiyinə görə, onların Fransadan olan həmkarları Türkiyəyə fransalı cütlüyün İŞİD-ə qoşulmaq üçün Türkiydən Suriyaya keçməyə çalışdıqları barədə xəbərdarlıq göndərib.

Görülən bütün zəruri prosedurlardan sonra saxlanılan vətəndaşlar deportasiya ediləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar