Naxçıvan - Məşhəd qatarı 2018-ci ildən yenidən fəaliyyətə başlayacaq

Naxçıvan - Məşhəd qatarı 2018-ci ilin əvvəlindən yenidən fəaliyyətə başlayacaq.

APA-nın Tehran bürosunun məlumatına görə, bu, İran İslam Respublikasının Dəmir Yolları Təşkilatının mətbuat xidmətinın açıqlamasında bildirilir.

Məlumata görə, Məşhəd -Naxçıvan qatarının yenidən fəaliyyəti üçün bu gün Tehranda İran Dəmir Yollar Təşkilatının sərnişinlərə xidmət üzrə idarə rəhbəri ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin rəsmiləri arasında görüş keçirilib.

Görüşdə Naxçıvan -Məşhəd dəmir yolu sərnişin qatarında vaqonlarda sərnişinlərə xidmət, məlumatların mübadiləsi və biletlərin satışının təşkili kimi məsələlər müzakirə olunub.

Naxçıvan -Məşhəd dəmir yolu xəttinin uzunluğu Naxçıvandan İranın Culfa şəhərinə kimi 45 km, Culfadan Məşhəd şəhərinə kimi isə 1700 kilometrdir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar