KİV: "Saakaşvili Hollandiyaya getmək üçün sənədlər alıb"

Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili Hollandiyaya getmək üçün sənəd paketi alıb.

"Report" xəbər verir ki, bu barədə "RBK-Ukrayna"ya Ukraynanın hakim koalisiyasındakı mənbə məlumat verib.

Məlumata görə, dekabrın 11-də istintaq təcridxanasından çıxdıqdan sonra M.Saakaşvili Hollandiya səfirliyinə gedib və orada bu ölkəyə getməyə imkan verən sənədlər paketini alıb.

"Gördüyünüz kimi, o, bunu etmədi. Ona qarşı güc tətbiq edilməsi planlaşdırılmır. Hazırda onun Ukraynada olmasının qanuniliyi üzrə hüquqi prosedur aparılır. Proses yanvar ayının ortalarından tez bitməyəcək", – mənbə bildirib.

Xatırladaq ki, Gürcüstanın keçmiş prezidentinin həyat yoldaşı Sandra Rulofs əslən Hollandiyadandır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar