FAZİL MƏMMƏDOVUN "QARA KASSASI" ÖLKƏDƏN QAÇIB! - "Yeni nazir 1 milyard dolların yerini tapmalıdır"

Fazil Məmmədovun vergilər naziri postundan qəfil çıxarılması gündəmin əsas mövzularından biri olaraq qalmaqdadır. İlin başa çatmasına günlər qalmış dövlət büdcəsinin gəlirlərinin toplanmasına məsul olan bir strukturun rəhbərinin dəyişdirilməsi gözlənilməz olduğundan, bunun səbəbləri ilə bağlı müxtəlif mülahizələr irəli sürülür. Düzdür, AzPolitika.info hələ bu ilin yayında mötəbər mənbələrdən əldə etdiyi bilgiyə əsaslanaraq, Fazil Məmmədovun səhhəti ilə bağlı istefaya göndərlməsini xahiş etdiyinə dair məlumlar yaymışdı. Ancaq ortada olan məlumatlar, müşahidələr işdən çıxarılmasının Fazil Məmmədovun özü üçün də gözlənilməz olduğunu göstərir. Yəni, onun məhz ərizəsi nəzərə alınaraq səhhəti ilə bağlı işdən çıxarılması versiyası artıq aktuallığını itirib.

Odur ki, 17 ildən artıqdır vergilər naziri postunu “işğal edən” Fazil Məmmədovun hansı səbəbdən tutduğu postdan kənarlaşdırılması ətrafında müzakirlər və araşdırmalar davam edir. Hazırda əsas versiya kimi Fazil Məmmədovun da “maliyyə xəyanətinə” yol verdiyi, iş adamlarından büdcəyə ödəmək adı ilə yığılan pulların əhəmiyyətli bir hissəsinin gizli yollarla xaricə çıxarıldığına dair faktların aşkarlanması göstərilir. Dəqiq rəqəm olmasa da, söhbətin ən azı 1 milyard dollardan getdiyi məlumdur. Bu pulların Fazil Məmmədovun yaxın ətrafı tərəfindən ofşor zonalarda yaradılan şirkətlərə ötürüldüyü və sonradan dünyanın bir çox yerlərində, o cümlədən Şərqi Avropa ölkələrində iri biznes layihələrinə, daşımaz əmlakın alınmasına yatırıldığı bildirilir.

“AzPolitika.info”ya verilən məlumata görə, neftin qiyməti düşdükdən sonra bir çox digər strukturlar kimi, Vergilər Nazirliyinin də maliyyə fəaliyyətinin araşdırılmasına başlanılıb. Daha dəqiqi, Vergilər Nazirliyi tərəfindən iş adamlarından toplanan pulların dəqiq hesab-kitabı aparılıb. Bəzi məlumatlara görə, belə araşdırmaya Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi, vaxtilə vergilər nazirinin müavini işləmiş Natiq Əmirovun verdiyi bəzi məlumatlar zərurət doğurub...

Məhz bu araşdırmalar nəticəsində son illər iş adamlarından yığılmış milyard dollardan artıq “cirkli pul”un ölkədən çıxarılaraq, ofşor zonalarda yaradılan şirkətlərə ötürüldüyü, coxgedişli kombinasiyalar vasitəsilə “yuyularaq” Avropada və dünyanın bir çox yerində biznesə yatırıldığı məlum olub. Düzdür, bu əməliyyatların bilavasitə Fazil Məmmədovun təşəbbüsü ilə, yoxsa onun etibarından sui-istifadə edən yaxın ətrafı tərəfindən həyata keçirildiyi hələlik dəqiq məlum deyil. Ancaq istənilən halda bunun məsuliyyətini Fazil Məmmədov daşıdığından o, vəzifədən azad edilib. "Maliyyə xəyanətinə" yol verənlər arasında yalnız Fazil Məmmədovun biznes layihələrini reallaşdıranlar deyil, onun təqdimatı ilə təyin edilən bəzi icra başçılarının da olduğu bildirilir...

Hazırda yeni nazir Mikayıl Cabbarovun qarşısında qoyulan əsas vəzifələrdən biri də, məhz Vergilər Nazirliyinin xətti ilə yığılaraq müxtəlif yollarla xaricə çıxarılmış bu pulların geri qaytarılmasını təmin etməkdir. Cabbarovun bu çətin vəzifənin öhdəsindən necə gələcəyini söyləmək çətin olsa da, milyard dollardan artıq vəsaiti ölkədən və “ortadan” çıxaranlarla bağlı artıq cinayət işinin açıldığına dair məlumatlar var.

Belə ki, “AzPolitika.info”ya verilən məlumata görə, Vergilər Nazirliyinin xətti ilə iş adamlarından yığılan qeyri-rəsmi pulların ölkədən çıxarılmasında nazirliyin keçmiş əməkdaşları, Fazil Məmmədoun etibarlı kadrları olan Fəxrəddin Qəmbərovun və Qafar Qurbanovun adları hallanır. Ölkədən çıxarılan və “it-bata” düşən böyük pulların da bu şəxslərin, xüsusən də Fəxrəddin Qəmbərovun “əlindən keçdiyi” bildirilir. Bəs kimdir bu adamlar?

Uzun illər prokurorluq orqanlarında işləyən Fəxrəddin Qəmbərov F.Məmmədovun yaxın dostlarından biri kimi tanınıb. Məhz bu dostluğa görə F.Məmmədov onu ən “pullu” vəzifələrdən birinə - Vergilər Nazirliyi Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini vəzifəsinə təyin edib. Ancaq idarəyə faktiki rəhbərliyi o həyata keçirib. Bununla paralel sabiq nazir Qərb bölgəsində olan biznesinin idarə edilməsini də ona etibar edib. F.Məmmədov bərkdən-boşdan çıxan dostuna 2005-ci ildə mandat almağa da çalışıb. Ancaq Fəxrəddin Qəmbərov 103 saylı Gədəbəy seçki dairəsindən deputat seçilməyə yaxın olsa da, Konstitusiya Məhkəməsi onunku da daxil, 6 seçki dairəsinin nəticələrini ləğv edib.

Bundan sonra Qərb bölgəsindən olan F.Qəmbərovu F.Məmmədov bölgənin mərkəzi şəhərinin – Gəncənin İcra Hakimiyyətinin başçısı postuna gətirmək istəyib, ancaq buna da nail ola bilməyib.

Ölkəyə neftdən böyük pullar daxil olduqdan sonra bir çox məmur kimi Fazil Məmmədov da xaricə “açılmağa” başlayıb. Verginin iş adamlarından yığdığı qeyri-rəsmi pulların əhəmiyyətli hissəsi xaricdəki böyük biznes layihələrinə yönəldilib. Bu zaman “çirkli pulların” ofşor şirkətlər vasitəsilə “yuyularaq” Avropada təmiz sərmayə kimi biznes layhihələrinə yatırılmasına ehtiyac yaranıb. F.Məmmədov təbii ki, bu işi etimad göstərdiyi şəxslərə, o cümlədən F.Qəmbərova həvalə edib. Onu formal olaraq özünə müşavir təyin edərək (ötən ilin ortalarına qədər adı müşavirlərin siyahısında gedirdi- müəl.), xaricdəki biznes layihələrini reallaşdıracaq şirkətlərin başına gətirib.

F.Qəmbərovun ölkədən çıxarılan “çirkli pul”ları hansı vasitələrlə “təmizləyərək” biznes layihələrinə yönəltdiyi, “it-bata” düşən 1 milyard dollardan artıq vəsaitin nə qədər hissəsinin onun üzərində olduğuna dair dəqiq bilgilərimiz yoxdur. Ancaq ötən il “Azadlıq radiosu”nun yayımladığı araşdırmadan belə məlum olur ki, F.Qəmbərov “böyük oyunçu” olub. Onun kənd təsərrüfatı xammalı və mal-qaranın, toxuculuq xammalı və yarımfabrikatlarının, eləcə də yanacaq, metal filizi və s.-in satışı üzrə biznesi var. Radionun məlumatına görə, Britaniya qaynaqları Fəxrəddin Qəmbərovun 2009-cu ilin yanvarında “FG Trade İnternational Limited” şirkətini qurduğunu bəyan edir: “Bundan sonra sirkətin səhmləri əldən-ələ keçsə də, o, 2013-cü ilin iyununda yenidən həmin qurumun tam sahibinə çevrilir; əvvəlcə səhmlərin 100 faizi “Triangle Investments & Development LTD” şirkətinə ötürülür, bir il ötəndən sonra səhmlərin dörddə biri Fəxrəddin Qəmbərova qaytarılır. 2011-ci ildə 50 faizlik səhm zərfi “Akasa Associates SA” şirkətinin mülkiyyətinə verilir, növbəti il “Triangle Investments & Development LTD” 25 faizlik hissə zərfini Fəxrəddin Qəmbərova qaytarır. Nəhayət, 2013-cü ildə ötür-ötür oyununu başa çatır – o şirkətdən “Akasa Associates SA” da çıxır. Hazırda Fəxrəddin Qəmbərov şirkətin tam sahibidir. Bu illər ərzində şirkətə litvalı xanım direktor - Lina Rimkute rəhbərlik etməkdədir. Hesabatlara görə, “FG Trade İnternational Limited” şirkətinin ticarəti Körfəz ölkələrinədək uzanır. Onun Qətər dövlətində “FG Capital LLC” törəmə şirkəti də var”.

Göründüyü kimi, Fəxrəddin Qəmbərov xaricdə qurduğu şirkətlər və ötür-ötür oyunları vasitəsilə verginin iş adamlarından qeyri-rəsmi topladığı pulları dünyanın bir ucundan o biri ucuna səpələyib. MTN-dəki təmizləmlərdən bir müddət sonra isə Fəxrəddin Qəmbərovun Bakı ilə əlaqələrini kəsərək, “yoxa çıxdığı” bildirilir. Hazırda Fəxrəddin Qəmbərovla bağlı cinayət işinin açıldığı və axtarışa verildiyi də verilən məlumatlar sırasındadır.

Fazil Məmmədovun xaricdəki biznes layihələrini idarə edənlərdən biri kimi tanınan Qafar Qurbanov da əvəllər Vergilər Nazirliyində çalışıb. Sonradan Fazil Məmmədov ona biznes obyektlərinin idarə edilməsini həvalə edib. 2006-cı ilin noyabrından 2011-ci ilin aprelinədək “AtaHolding” ASC İdarə Heyətinin sədri vəzifəsində işləyib. Daha sonra isə holdinqin Müşahidə Şurasına üzv seçilib. Bir müddət sonra isə Fazil Məmmədovun ailə şirkətinə - “Synergy Group” ASC-yə transfer edilib. Elə həmin vaxtlardan Qafar Qurbanov “Triangle Group”un İdarə Heyətində təmsil olunur.

Çoxsaylı şirkətlərin idarə olunmasına qatılan Qafar Qurbanov 2015-ci ilin oktyabrında qurulan “Oldbourne & Oldbourne Hospitality Limited” şirkətinə də başçılıq edir. "Anglia Real Estate Portfolios limited”in (Guernsey) təsis etdiyi bu şirkətin otelçilik sahəsində çalışacağı güman edilir. Eyni zamanda Qafar Qurbanov Litvada maliyyə vasitəçiliyi sahəsində çalışan “4 In” şirkətinin də rəhbəridir.

Onun adı Monteneqronun Kumbor adasından tutmuş,  Londonda dəyəri 100 milyonlarla dollar olan layihələri həyata keçirən şirkətlərin sahibi kimi hallanır. Düzdür, Qafar Qurbanovun "maliyyə xəyanətinə" yol verdiyi və  onunla bağlı cinayət işininin açılıb-açılmadığı barədə məlumat yoxdur. Ancaq o da "kiçik oyunçu" olmayıb.  Azadliq radiosunun araşdırmasına görə, Qafar Qurbanov 2008-ci ildən bəri Metin Güvener adlı şəxslə 50/50 prinsipi ilə qurduğu “Triangle Investments & Development Limited” şirkətlər qrupu vasitəsilə dünyanın müxtəlif ölkələrində 100 milyonlarla dollarlıq layihələr həyata keçirir.  Kifayət qədər iri bir şirkət olan “Triangle Investments & Development Limited”in törəmə qurumlarının Britaniya və Azərbaycanda, Baltikboyu respublikalarda və Balkanlarda, eləcə də bəzi MDB ölkələrində əmlak və biznes maraqlarının olduğu məlumdur. Onun tərkibində Britaniyada, Türkiyədə, Belçikada, Litvada və sair ölkələrdə yaradılmış şirkətlər Azərbaycanda verginin qeyri-rəsmi yığdığı pullar hesabına əmlakar, biznes strukturları almaq, müxtəlif layihələr həyata keçirməklə məşğul olublar.

Qrupun təkcə Litvada iki lüks otelinin olduğu bildirilir. Eyni zamanda Qrupa daxil “Triangle (Property) Limited” şirkətinin Türkiyənin İstanbul, Ankara və İzmir şəhərlərində,  İngiltərənin paytaxtı Londonda, Fransada  və  hətta ABŞ-da müxtəlif daşınmaz əmlakdan ibarət portfelinin də olduğu məlumdur. 

Düzdür, sözügedən şirkətin səhmlərinin hamısı 2014-cü ilin aprelində Britaniya və Fransa arasındakı Guernsey offşor bölgəsində yaradılmış “Triangle Holdings Limited” şirkətinə satılıb. Ancaq Qrupun korporativ saytından məlum olub ki, qurucu və sahiblər yenə Qafar Qurbanov və Metin Güvenerdir. Yəni şübhə yoxdur ki,  bu satışda formal xarakter daşıyıb, hansısa əməliyyatların izini itirmək və ya  yeni çoxgedişli kombinasiyalar qurmaq məqsədilə həyata keçirilib.

Hansı ki, bu cür əməliyyatlar və çoxgedişli kombinasiyalar nəticəsində ölkədən çıxarılan milyard dollardan artıq vəsait "yoxa çıxarılıb". Bu pullar iş adamlarını soyaraq, bəzən iş yerlərinin, biznes obyektlərinin bağlanılması hesabına əldə edilib. Bu isə Fazil Məmmədovun və komandasının yalnız dövlətin milyard dollarlarla pulunu xaricə çıxarmaqla deyil, həm ölkədə işgüzar mühiti məhv etməklə, iş adamlarını didərgin salmaqla Azərbaycana  böyük zərbə vurduğunu söyləməyə əsas verir.

Murad Məmmədov

AzPolitika.info

635x100

Şərhlər

Şahin 2020-01-02 19:02:45

Biabırçılıq bunlar iş adamlarını məhv edib,onların bədbəxtliui üzərində öz çirkin əməllərini yerinə yetiriblər.Respublikanın iqtisadiyyatının təməlini məhv ediblər.Onda sual olunur prokurorluq, dövlət təhlükəsizlik orqanları,hüquq-mühafizı orqanları və sairləri hara baxıblar,bu nə biabırçılıqdır,adam dəhşətə gəlir...Nəsə,söz tapmaq olmur,biz hara gedirik,bu gen dünya bizə dar gəlir.Deyəsən Çində olan qanunları da bizdə tətbiq etmək lazım gələcək...

ƏLƏKBƏR 2017-12-25 00:07:41

Bu faktlar niyə 20 ildir ortaya çıxarılmayıb? Axı bu qədər ştatı,işçiləri olan hüquq mqhafizə,nəzarət orqanları niyə belə halları zamanında oraya çıxarmayıblar. Bir kasıb tualet tikəndə,bir cinayətkar bir əməl törədəndə həmin qurumlar həmən hərəkətə keçib faktı oraya çıxarırlar.Nə isə bu işdə qaranlıq məqamların mövcud olması ehimalı yüksəkdir. Yazıq F.Məmmədovu qurbanlıq keçi kimi atıblar ortaya. Güya bu işlər məxfi olub? Bu qədər pul cibə yerləşən deyil! Bəs bu pullar hansı gömrükdən və necə keçib?

samir 2017-12-25 00:07:41

onsuzda musadire olunanlar budceye getmir

Vergi ödəyicisinə 2017-12-25 00:07:41

Bu quldurlarl kim tapıb gətirib ,təyin edib və belə işləməyə 18 (on səkkiz ) il imkan verib? Əvvəlcə ondan başlamaq lazımdır. Quldurluq bir dəfə,iki dəfə olar və onun qarşısını alan orqanlar var.BƏS NİYƏ BU QULDURLARA 18 İL İMKAN VERİLİB? Məsələnin kökü elə ondadır !

t.ədalət 2017-12-25 00:07:41

Oğurluq,artıq elə bir vəziyyət alıb ki,oğruları ancaq edam hökmü ilə dayandırmaq olar.Fazilin oğurluğunu hesablamaq üçün mötəbər bir komissiya yaradılmalı,dəqiq hesablamalar aparılmalıdır.Ya dələduzluq yolu ilə oğurladığı milyardları geri qaytarmalıdır,ya da ki onun haqqında edam hökmü çıxarılmalıdır.Fazilin əməl "dostu" olan Tağı Əhmədovun da oğurladığı pullar geri almaq lazımdır.Əlbəttə,onlar tək deyillər,nazirlər, idarələr və İH-i məmurları heç də onlardan geri qalmırlar.Villa qəhrəmanları da oğrulardır

Redaktor 2017-12-25 00:07:41

Dovlətin milyonlarini talayanlardan gorəsən Azpolitikanin əməkdaslari niya yazmaqdan qorxurlar? Məgər adlarini cəkdikləri sonunculardir? Yazirsiz yazin Maliyə Nazirliyindəki maxinasiyalardan, İqtisadi İnkisaf Nazirliyindən, Əmlak məsələri, Gomrukdən, Azərqazdan, Azəryoldan, Kənd Təsərufati Nazirliyindən və nəhayət Baki səhərini hərraca qoyan İHB-dan. Yazin da yaza bilmərsiz. Dərinizi cixardarlar. Gozləyirsiz vəzifədən gedən kimi sifaris alib yazasiz. Hani bəs sizin vətəndas movqeyiniz? KİV azadir axi...

Abit 2017-12-25 00:07:41

Heqiqeten Siyavuş Novruzov bunların zibillerini malalamaqdan bezib.Hele bunlar bir terefe seçki devatlarındada onu qabağa verirdiler.Hamısı vezife aldı yene o qaldı.Ancaq çoxdandı görsenmir.Gedecem yanına bu hadiselerle bağlı ona çoxlu suallarım olacaq.Maraqlıdır ne deyecek?

...... 2017-12-25 00:07:41

Dunya bu gundedi tek Azerbaycan deyil ki. Boslayin getsin eseblerinizi korlamayin... Bele gelib belede gedecek

marat mursalov 2017-12-25 00:07:41

Ona gorəki vergilər nazirliyinin bu hala salinmasinda əsas fiqur elə Habil Məmmdovdur. Bunlar sahibkarlardan yixilan pullara bir basa nəzarət edib. Habil Mməədov Audutin rəisi olub və 10 il butun sahibkarlar onun əlindən dad edib.Soruşan yoxdur,Gənclikdə" TOP QAPI" restoranını, Meqafanda ümumi bir mərtəbəni və hazırda yaşadığın həmin ümumi mərtəbəni( 1000 kv.mt.çox), və sair obyektlər hansı vəsait hesabına almısınız

zalımın oğlu 2017-12-25 00:07:41

bu xeber sabezin yeni pensiya hoqqasından daha ehemiyyetli oldu. camaatin pensiyasina xerclenmeli olan pullarin bir qisminin yeri melum olub. zalımın oğlu zalım....

Sual 2017-12-25 00:07:41

Generalisimus Stalin dovrunde, SSRI-de HECH BIR VEZIFELI MEMURUN, BIR QEPIK RUSHVET ALMAQ CESARETI YOX IDI. BES INDIKI ZAMANDA, KIM VERIB BU CESARETI Azerbaycanin MEMURLARINA, OLKEDE DEREBEYLIK NETICESINDE, MILYARDLARLA RUSHVET-KORRUPSIYA PULLARI SEL AXINI KIMI CHIXIR Azerbaycandan? Prezident sechkisine muxtelif partriyalardan namized verilen adamlar bilirmi ki, bu NOVBETI "DEMOKRATIK SECHKI - IMITASIYA TEATRI"-dir ?

vergi ödəyicisi 2017-12-25 00:07:41

Gör nə günə qaldın "vergi ödəyicisi".Sən demə ödədiyin o vergi dediklərı dövlət üçün,xalq üçün yox özləri üçün imiş.axır illərdə deyirdilər ki,görürsüz biz sizdən nəqdi heç nə almırıq. Aparın "büdcənin" pulunu ancaq biz dediyimiz hesablara ödəyin. biz sizdən heç rüşvət tələb edirik ? sən demə bunlar maskalanmış banditlər imiş.Biz bunu bilirdik ki əyər bir müəsisənin büdcədən alacağı varsa heç nə ödəməməlidir.Ancaq kim idi bizi eşidən.ALLAH PRİZİDENTİMİZƏ YARDIMÇI OLSUN.BU QULDURLARLA İŞLƏMƏK ÇOX ÇƏTİNDİR

ilqar 2017-12-25 00:07:41

syaqusu xestelik ele o dilinden tutub redakor cox duz yazib ne yazibsa isleyende yazmirsiz bu harinlardan

Taliw 2017-12-25 00:07:41

Oqrudan oqruya halaldir duz edib

GEDEBEYLİ 2017-12-25 00:07:41

MƏN UZUMU MURAD MƏMMƏDOVA TUTUB BİR SUAL VERİRƏM. ƏGƏR SƏNİN İMZNLA YAZDİQLARİN DOĞRUDURSA VƏ ƏLDƏ ETDİYİN MƏLUMATLARİN HƏQİQƏTƏN MƏNBƏYİNİ BİLİRSƏNSƏ SƏNƏ HALALDİ. YOX GƏR BU MOVZU SİFARİS ƏSASİNDA YAZMİSANSA BİL Kİ ... O QEYD ETDİYİN İNSANLAR QACİB CANİNİ QURTARSA DA SƏN SİFARİSCİLƏRİNİN GUDAZİNA GRDECƏKSƏN. BUNU BİL VƏ HEC ZAMAN UNUTMA. ...

sabiq rəis 2017-12-25 00:07:41

Cox gozəl movzudu. Ona gorəki vergilər nazirliyinin bu hala salinmasinda əsas fiqurlar elə ..... Habil Məmmdovdur. Bunlar sahibkarlardan yixilan pullara bir basa nəzarət ediblər. Hbil Mməədov Audutin rəisi olub və 10 il butun sahibkarlar onun əlindən dad edib. Azpolitikanin səhrində cox ciddi səhflər var və bunu askarlasalar təbii ki boyuk qalmaqal ola bilər.Bu oz isləridir. ....

KAZAN UNİVERSİTETİNİN MƏZUNU 2017-12-25 00:07:41

SAYTİN ƏMƏKDASİNİN SABİQ VERGİ İSCİSİ VƏ YAZDİXİ KİMİ DEYİL ELƏ DEPARTAMENTİN RƏİSİ OLAN, VERGİ CİNAYƏTLƏRİ BARƏSİNDƏ ƏSASNƏMƏNİN YARADİLİB, TƏSDİQ OLUNMASİNDA XİDMƏTLƏRİ OLAN VƏ NƏHAYƏT HƏQİQƏTƏN DƏ GƏDƏBƏY RAYONUNDAN QANUNU MİLLƏT VƏKİLİ SECİLSƏDƏ, LAKİN KİMİNSƏ MARAĞİNA ZİDD OLDUĞUNDAN SECKİNİN NƏTİCƏLƏRİ LƏĞV OLUNAN MİLLƏT VƏKİLİ OLUB. BUTUN GƏDƏBƏYLİLƏR BUNU BİLİR VƏ TƏSDİQ EDƏ BİLƏR. OLKƏDƏ MALİYYƏ FİRİLDAQCİLİĞİNA QARSİ MUBARİZƏ APARMİS, CƏNAB PREZİTENT TƏRƏFİNDƏN GENERAL RUTBƏSİNƏ LAYİQ OLUNMUSDUR

Abit 2017-12-25 00:07:41

Eceb edib,halal xoşu olsun

mm 2017-12-25 00:07:41

Habil Mməədov Audutin rəisi olub və 10 il b utun sahibkarlar onun əlindən dad edib.Soruşan yoxdur,10 il bundan qabaq 2 otaqlı mənzildə yaşamış, köhnə 011 markalı Jiquli avtomobili sürən,hazırda "LEXSUS" markalı avtomobildə gəzən cənab Habil Məmmədov Gənclikdə" TOP QAPI" restoranını, Meqafanda ümumi bir mərtəbəni və hazırda yaşadığı həmin ümumi mərtəbəni( 1000 kv.mt.çox), və sair obyektləri hansı vəsait hesabına almışdır.

diriqalan 2017-12-25 00:07:41

hamı bilir nə var nə yox.Araşdır hər təşkilat bu gündədir,,,

T.ədalət-ə 2017-12-25 00:07:41

Bunlar YAP-çılardır axı! Siyavuş Novruzov yetim bunları qorumaqdan,deputat seçməkdən bezib.YAP-da düz-əməlli bir üzv qalıb? Hamısı rüşvət,korrupsiya,monopoliya içində həm özlərini və həm də partiyalaını biabır ediblər. İnsanda utanası üz olmayanda belə olur.Səncə F.Məmmədov adına yazdıqlarını edərmi? O da qulluq qulu olub.Haradasa bir balaca yanlış deyib.onun cəzasını çəkir.

mm-ə 2017-12-25 00:07:41

Habil necə elə etməyəydi? Ax; ona da daski qoyulub və müəyyən işləri görməsə idi onu da ora qoymazsdılar.Heç biri özləri bildiyi kimi işləyə bilməzdilər. və bu indiki sxemdə mümkün də deyil.BUnu Mətbəxin içindəkilər gözəl bilir.Götürüb saytlarda Habili və ya Fazili tənqid etmək doğru deyil.Sistemin tələbi üzrə işlədikdə (başqa cür mümkün deyil )hər bir şəxs istənilən vaxt (əgər istəyirlərsə ) bu hala salına bilər. Bu indiki strategiyanın nəticəsidir.Əsl günahkarlar kölgədə qalır. Ona görə özünü incitmə.

G.M 2017-12-25 00:07:41

``Bakının dərdi var ,Bakı xəstədir,...karrupsiyadan,rüşvətdən nazirlər can üstədir``..Yəni ki,hansı sahəni tərpətsən ortalığa biabırçı karrupsiya çıxacaq.Hələ savadsız İH Başçılarının əməlləri sonra açılacaq.Bakının mərkəzi küçələrini satanlar hələki ``qəflət yuxusundan`` oyanmayıblar.

İMKAN VEMEDİLER Kİ=KİSHİ İSHLESİN DE: 2017-12-25 00:07:41

KİSHİNİN 25 MUSHAVİRİ VAR İDİ=SULTAN SULEYMAN HEC BU BOYDA MUSHAVİRİ OLMUYUB=FAZİL MEMMEDOV GİNNESİN REKORDLASR KİTABİNA DUSHMELİYDİ AY QAAA=İMKAN VERMEDİLER KİSHİ REKORDUN BREZENTEZİYASİNİ KEİRDSİN! BİYABİRCİLİQDİR EEE... KİSHİ CEKMECİDEN=BİNECİDEN DE VERGİ ALİRDİ=LAKİN 37 İLDİR Kİ AZERBAYCANİ SOKUB=TALAYAN ... VERGİ ALA BİLMEDİ=İKİSİ DE DİN ADAMİYDİ ONA GORE=YAXSHİ OGLAN KİMİ QALMAQ =QUDAİZM İDELOGİYASİNA XİDMET=HER SHEÜYDEN USTUNDUR VE SHEREFLİDİR=AZERBAYCANDA...TESSUF!

CABBOROV 2017-12-25 00:07:41

TEHSİL SİSTEMİNİ BASY ELEDİ İNDİDE VERGİNİ RAY EDECEK=ONUN OZ YERİNE CTO=QDE KOQDAYA İ KAK GONDERMEK LAZİMDİR...

mm-ə 2017-12-25 00:07:41

NƏ HABİL.NƏ DƏ FAZİL ÖZBAÇINA OLMAYIBLAR...

safar nicat ogluv 2017-12-25 00:07:41

Bunlari niye indiyedek tutmurlar. Gunde Pensiya shertlerini deyishirler ki pul vermesinler.ALLAH BELANIZI versin ki,bu xalgi aldadib mehv etdiniz

VERGİ ÖDƏYİCİSİ 2017-12-25 00:07:41

Ay yazıq vergi ödəyiciləri niyə özünüzü yorursuz.Nə olsun Fazil gedib,Azər gedib.Habil 10 ildən çox insanları intihar həddinə gətirdi. İndi də onların layiqli "davamçıları"yerindədir.Lokal gəlirlər Departamentinin istehsal üzrə audit idarəsində Elmar heç də onlardan geri qalmır.İndiki dəyişiklikdən heç ruhu da incimir. Deyir burda mənəm Bağdada kor xəlifə.Rəhmətlik nənəmin bir gözəl məsəli vardı : Yavadan düşüblər,ancaq havadan düşməyiblər. Bunların bircə çarəsi var, hamısını Fazilin dalınca yola salmaq.

dadaşyev 2017-12-25 00:07:41

Nazirlərimizin,deputatlarımızın cəmiyyətdə ikrah doğuran belə əməllərinin yalnız bir səbəbi var:15-20 il eyni vəzifə kreslosunda oturdulmaları.Vəssalam.Elə bil boylarına biçilib o kreslolar ilahidən.Buyurun,bu da daha birisi.17 il ömrün aşağı-yuxarı dörddə biri qədərdir.Niyə bunlar vaxtında dəyişdirilmirlər?Vaxtında dəyişdirilmədikləri səbəbndəndir ki,özlərini toxunulmaz hesab edirlər.Hamısının da bu çətin zamanda maşallah yanaqları,buxaqları sallax-bullaxdı,yağ-bal damır gül çöhrələrindən.

Dadaşov-a 2017-12-25 00:07:41

Sənin suallarının cavabı çox sadədir.Ancaq gör bu suallara avab ala bilirsən.Bu korrupsiya üzərində qurulmuş sistemin iş prinsipidir.Ölkədə 10/90,20/90 prinsipi ilə işləməyə məcbur olanlardan soruş ki, bu 90,80 faizi kimə ödəyirlər.Fundament belə qoyulub.Allahın millətə yazığı gəlsin,lazımını etsin.

Kasib qaqas 2017-12-25 00:07:41

GOP

dadaşyev 2017-12-25 00:07:41

Yanaqlara bax sən Allah.Yanaq deyil ee,düşmən çəpəridi mən ölüm.İkradı,yağdı baldı,ceyran-cüyür kababıdı,turac qızartması-çoban bozartmasıdı,17 ilin sultan firavanlığıdı,amma yanaq deyil.Bu yaşda və bu devalvasiyalı toplumda normal adamın bir belə sallaq yanağı olammaz.

dadaşyev 2017-12-25 00:07:41

Fazil Məmmədovun iyun ayında qlavnı resoru qırılıb deyə dekabrda mostu qaçıb.Qlavnı resor qırıldısa gərək təzəsini axtarıb tapasan.Ola bilsin axtarıb,amma tapammayıb.Çünki nazir resoru defisit olar,tem bolee qlavnısı.Tapammadığı üçün də slujebnı maşınını qırıq resorla sürüb ki,nə olar olar,nağayrım.Amma sonunda görüb,eyvahkoo,most qaçıb ay amaan.İstəyib yenə sürsün,deyiblər,yox,qaçmış most diferi dağıdar.Get yığdır mostunu,görək nolur.Bu da deyib məndə o qədər imkan haradandı mostumu yığım?Deyiblər özün bil

ILgar 2017-12-25 00:07:41

Oğurlanan pullar axirda ...

Redaktora 2017-12-25 00:07:41

Hörmətli redaktör siz nıə ilə sübut edə ilərsiniz ki,mətbuat azaddır? Bəs oğurlanan.qətlə yetirilən jurnalistlər?ona görə elə siz də nala-mıxa vurursunuz.

Habil 2017-12-25 00:07:41

Yzıq Azərbaycanlı millət! Sevinməyə tələsirsiniz.Bir az səbr edin.F.Məmmədovun atasına rəhmət oxuyacaqsınız.Hələ bilmirsiniz bundan sonra vergi sistemində nələr olacaq!Təhsili bərbad edəndən vergidə nə gözləmək olar? Çünki o təhsil sistemindən anlayışlı olmadığı kimi vergidən də xəbərsizdir.İndi kadrlar belə seçilib yerləşdirilir.İxtisas,təcrübə,staj,bacarıq boş şey edilib.

Sahbaz 2017-12-25 00:07:41

BU DƏQİQƏ BÜTÜN DÜNYADA QEYRƏTLİ MİLLƏTLƏR ÖZ MİLLİ MARAQLARINA GÖRƏ ÖLÜM-DİRİM SAVAŞINDADIRLAR.BİZDƏ İSƏ TORPAĞIMIZIN YARINI DÜŞMƏIN ALIB MƏMURLAR RÜŞVƏT,QARƏT,PUL SAVAŞINDADIRLAR.

Şahbaz 2017-12-25 00:07:41

BÜTÜN BUNLAR DÖVLƏTİ, XALQI VİCDANSIZCASINA QARƏT ETMƏK, XALQIN PULUNU, ÇÖRƏYİNİ YEMƏKDİR. VƏ BÜTÜN BUNLAR ÜÇÜN ÖLKƏDƏ ZOR ŞƏRAİT YARADILIB. NƏ TORPAQ,NƏ VƏTƏN,NƏ QARABAĞ? BU ACGÖZLƏRDƏ BELƏ HİSSİYATLAR YOXDUR, ÖLÜB YA MİLYARDLAR, ÖLDÜRÜB YA DA Kİ,DAMARLARIPNDAN AXAN QAN QARIŞIQ, OLA BİLƏR DƏ Kİ, TAM BAŞQA QAN AXIR. YOXSA DAMARLARINDAN ÖZ MİLLƏTİNİN QANI AXASN HEÇ KİM ÖZ MİLLƏTİNƏ BELƏ QƏSD ETMƏZ,ÖZ MİLLƏTİNƏ BELƏ DÖNÜK ÇIXMAZ.

KENGERLI. 2017-12-25 00:07:41

Fazil Memmedov ele sistem qurmushduki ICRACIda Habil Memmedov idi butun firma ve shirketler yoxladiqdan sonra ilin axrinda (dekabrda)Habil Memmedov cagirirdi AUDIT DEPARTAMENTINE ve butun idareler novbeye duzulurdu. hesabatdan elave ( rushbet)olaraq xususi ile MTKlara 200-800 min arasi pul oxuyurdular ve qoxududular.Hedeleyirdiler sanksiya istintaq insanlar evlerini satib verib canlarini qurtarirdi cox vaxt sher atirdilar vergi-hesab fakturasini itirirdiler eslin firmadan qebul etmirdiler legv edib borca.

Son yazılar