Əfqanıstanda 1600 İŞİD terrorçusu öldürülüb

Son 9 ay ərzində Əfqanıstanda İŞİD terror təşkilatının 1600 yaraqlısı öldürülüb.

"Pajhwok" informasiya agentliyi xəbər verir ki, bu barədə Əfqanıstanın Müdafiə Nazirliyindən bildiriblər.

Nazirliyin məlumatına görə, öldürülənlər arasında qruplaşmanın 300 komandiri var. Bundan başqa, 8500 yaraqlı yaralanıb.

Əfqanıstanın Müdafiə Nazirliyi təhlükəsizlik qüvvələrinin itkiləri barədə məlumat verməyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar