"S-400”-lərin Rusiyadan Türkiyəyə tədarük ediləcəyi vaxt bəlli olub

“S-400” zenit-raket komplekslərinin Türkiyəyə tədarükünə dair kontrakt üzrə ödənişin bir hissəsi Rusiyanın verəcəyi kredit hesabına həyata keçiriləcək. Komplekslərin tədarükünə 2019-cu ilin sonu – 2020-ci ilin əvvəlində başlanılacağı nəzərdə tutulub.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidentinin hərbi-texniki məsələlər üzrə köməkçisi Vladimir Kojin bildirib.

“Bütün məsələlər artıq həll edilib. Yaxın günlərdə kontrakt icra mərhələsinə keçəcək. Kontrakt üzrə ödənişin bir hissəsi Türkiyə tərəfinin hesabına, qalanı isə Rusiyanın verəcəyi kredit hesabına həyata keçiriləcək. “S-400”-lərin tədarükünə 2019-cu ilin sonu – 2020-ci ilin əvvəlində başlanılacaq”, - deyə V.Kojin bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar