Göyçayda məktəb direktoru intihara cəhd edib

Göyçay rayonunda məktəb direktoru intihara cəhd edib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saat 21:30 radələrində Göyçay şəhərinin Heydər Əliyev prospektində yerləşən 9 saylı orta məktəbin qarşısında baş verib. Rayon sakini, 1961-ci il təvəllüdlü Qəribov Akif Mövsüm oğlu rəhbərlik etdiyi şəhər 9 saylı orta məktəbin qarşısında qolunun şah damarını kəsərək intihara cəhd edib. Çoxlu qan axması səbəbindən huşunu itirərək yerə yıxılan Akif Qəribov təcili yardım stansiyasının avtomobili ilə Göyçay rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə çatdırılıb. Təcili əməliyyat olunan direktorun hazırda vəziyyəti ağır olaraq qalır.

Rayon sakinlərinin məlumatına görə, uzun illərdir ki, məktəb direktoru işləyən Akif Qəribov ondan yüksək məbləğdə pul tələb olunduğu üçün və pulu verə bilmədiyinə görə özünə qəsd edib.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

635x100

Şərhlər

Ali 2017-12-22 00:14:33

Bax budur AZƏRBAYCAN TƏHSİLİNİN SİMASI.TƏHSİLİMİZ KORRUPSİYANİN KİÇİK MƏBLƏGİNDƏN BÖYÜK MƏBLƏGİNƏDƏK TÜGYAN ELƏDİYİ MƏKANDİR VƏ BÜTÜN BUNLAR ÜŞAQLARİN GÖZLƏRİ QARŞISINDA BAŞ VERİR.YƏNİ ÖVLADLARİMİZİ İNDİDƏN GƏLƏCƏYİN KORRUPSİONER YETİŞDİRƏN TƏHSİLİMİZ........ MİKAYİL MÜƏLLİM DƏ BU İNKİŞAF NƏTİCƏSİNDƏ BÖYÜDÜ

Vetendas 2017-12-22 00:14:33

Bu hadise bu gunki Hokumetin ve Tehsilin Realliqini olduqu kimi eks etdirir. Eger hemin direktor oz etirazini Sozle ifade etse idi, bu gun onun evinden gerain, marexuana, bomba cixaraq onu serleyecekdiler. Son umud, son etiraz ----- Ozune Qesd ederek bu eybecerliklere ----- YOX ! --- Deyir! Budurmu bizim Analoqsuz qurlusumuz?!

Son yazılar