BİR DİREKTOR ÖLDÜ, DİGƏRİNİN VƏZİYYƏTİ AĞIRDIR - Baş Prokurorluqdan açıqlama

Direktordan yüksək məbləğdə pul tələb olunduğu və pulu verə bilmədiyi üçü özünə qəsd edib

Göyçayda məktəb direktorunun intihara cəhd etməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Bu barədə APA-ya Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.

Onun sözlərinə görə, faktla bağlı Göyçay rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, hadisənin baş vermə səbəbləri istintaq yolu ilə araşdırılacaq.

* * *

Göyçay şəhərinin 9 saylı orta məktəbin direktorunun intihara cəhd etməsi ilə bağlı araşdırmaları prokurorluq orqanları aparır.

Bu barədə Trend-ə Təhsil Nazirliyindən (TN) məlumat verilib.

Məlumatda bildirilib ki, araşdırmalar Göyçay Rayon Prokurorluğu tərəfindən aparılır.

TN hadisə ilə əlaqədar başqa açıqlama verməyəcəyini də açıqlayıb.

* * *

Göyçay rayonunda məktəb direktoru ürək tutmasından dünyasını dəyişib.

APA-nın yerli bürosunun xəbərinə görə rayonun Çayarxı kənd tam orta məktəbinin direktoru, 1954-cü il təvəllüdlü Mübariz Şamilov iş otağında infarkt keçirib.

O, Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olan direktor ikin tibbi yardımdan sonra müalicə üçün Bakı şəhərinə aparılsa da, orada dünyasını dəyişib.

Məktəb direktoru Mübariz Şamilovun maddi cəhətdən sıxıntısının olduğu, bu səbəbdən də bir müddətdir, özünü narahat hiss etdiyi bildirilir.

Qeyd edək ki, Göyçay şəhər 9 saylı orta məktəbin direktoru damarını kəsərək özünə qəsd edib. Məlumata görə, hadisə ötən gün axşam saat 21:30 radələrində Göyçay şəhərinin Heydər Əliyev prospektində yerləşən 9 saylı orta məktəbdə baş verib. Rayon sakini, 1961-ci il təvəllüdlü Qəribov Akif Mövsüm oğlu rəhbərlik etdiyi şəhər 9 saylı orta məktəbin direktor otağında qolunun şah damarını kəsərək intihara cəhd göstərib. Çoxlu qan itirməsi səbəbindən huşunu itirərək yerə yıxılan Akif Qəribov təcili yardım stansiyasının avtomobili ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə çatdırılıb. Təcili əməliyyat olunan direktorun hazırda vəziyyəti ağır olaraq qalır. Hazırda o, reanimasiya şöbəsindədir.

Rayon sakinlərinin məlumatına görə, uzun illərdir, məktəb direktoru işləyən Akif Qəribov ondan yüksək məbləğdə pul tələb olunduğu və pulu verə bilmədiyi üçü özünə qəsd edib.

Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

635x100

Şərhlər

TEKLUF: 2017-12-22 13:22:22

İCRA BASHÇISINIVEZİFEDEN REDD ETMEK LAZIMDIR, DTX VƏ POLİS REİSİNİ YENİLEMEK VƏ RAYONDA TƏMİZLƏMƏ İŞİ APARILMASI ZƏRURİDİR...

Bashirov Qarib 2017-12-22 13:22:22

heyif, chox teessuflendim.Qabagdan da sechki gelir, menteqeye tecili sedr lazim olacaq.

s o s 2017-12-22 13:22:22

Güman Təhsil nazirinin bu sirli əzəməti və mətbuat sərgisi Vergi nazirliyində də davam edəcək. Lap, Dünya padşahı olub! O, Təhsildən nə anladı ki, vergini neçə ilə anlayacaq? Dünyanın forum lideri Bakı 22 ildir möhtəşəm Qarabağ qələbələri ilə artıq Cocuq Mərcanınını "savadsız" Serjin viranəsindən sonra canlandırır!

ìslam 2017-12-22 13:22:22

Bakida 47li maktabda butun valdeyinlari bezdirib mudurun arxasi cox mokkamdir deya malimlar bildirir. Hammi bezib naqadar olar.

G.M 2017-12-22 13:22:22

MSK Mazahir mallım hara baxır.Məktəb drektorları ölüb,intihar edib qurtarsalar ..bəs seçkilərdə yeşikləri bületenlə kim dolduracaq..Məəən??????????

Qacqın 2017-12-22 13:22:22

Onsusda bilara xeyri yoxdu onsizds (qulaq eşitmir dollar qoymur dil danışmır yevro qoymur göz görmür manat qoymur satılı)

Milıet 2017-12-22 13:22:22

Men bütün hakim ve mehkemelere demek isteyiremki ya hamılıqla cıxın yada ukrayna ve ya gürcü hakimlerinnen nümüne götürün vallah bütün dünya üstünüze gülürki hakimler buyruq qulluqcusudu

Oqtay 2017-12-22 13:22:22

Heyf ki sağ qalıb Pul istəyiblər səndə qərara almısanki özünü öldürəcəksən onda heç olmasa bir məktub qoy yada bir tüfəng al get bir ikisini öldür yoxsa damarını kəsir.Şöhrətpərəstliyə bax bunlardakı ki vəzifəni canindan artıq sayırlar Gərək mütləq müdir olasan Gör nə boyda mənəviyyatdan kasıb adamlardır ki kabinetsiz hayatı dərk edə bilmirlər Gör nə yazıq,boş,bisavad,vəzifəpərəst,şöhrətpərəst yetışdiriliblər Bunları ALİ məktəbdə bisavad pula həris örgədiblər ki özlərini pula görə öldürürlər

vəkil 2017-12-22 13:22:22

bəs icra başçisi s klasda necə oturub şellənməlidir ??? məktəb direktorlari kömək etməlidir;sahibkarlar əl tutmalidir;huquq muhavizə orqanlari dəstəy verrməlidirlər ki cənab başci ən bahali maşinda çox bahali kastyumda ortaliga çixsin...

Son yazılar