Ukrayna baş nazirinin şəxsi tərcüməçisi Rusiya agenti çıxdı

Ukrayna polisi baş nazir Vladimir Qroysmanın şəxsi tərcüməçisi Stanislav Yejovu həbs edib.

Azvision.az xəbər verir ki, Yejov Rusiya lehinə cəsusluq etməkdə ittiham olunur.

Ukrayna Təhlükəsizlik Xidməti faktı təsdiq edib. Qurumun yaydığı məlumatda bildirilib: "Yüksək vəzifəli tərcüməçi uzun müddətli səfərlər zamanı Rusiya tərəfindən casusluğa cəlb olunub. O, hökumətin aktivləri barədə məlumat toplayıb”.

Yejovun illər öncə ABŞ-ın Ukraynadakı səfirliyində çalışdığı vaxtdan Rusiyaya işlədiyi məlum olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar