Azərbaycan təkistifadəlik şprisə olan təlabatını daxili istehsal hesabına ödəyəcək
Baxiş sayı:
Dərc olunub:
22/12/2017 - 22:23
Gələn il Azərbaycanda “Diamed Co.” təkistifadəlik şpris istehsalı zavodu istismara veriləcək.Bu barədə “APA-Economics”ə açıqlamasında zavodun təsisçisi Aytən Quliyeva bildirib.
Xanım sahibkar qeyd edib ki, hazırda zavodun qurulması istiqamətində işlər aparılır: “Bu zavod Azərbaycan üçün çox önəmlidir. Zavod 2018-ci ildə istismara veriləcək. Hazırda mən zavodun qurulması ilə məşğulam”.
Təsisçisi vurğulayıb ki, ilkin mərhələdə zavodda istifadə olunan məhsul daxili tələbatın ödənilməsinə, növbəti illərdə isə ixraca yönəldiləcək.
“2018-ci ildə zavodda 100 milyon ədəd təkistifadəlik şprisin istehsal olunması planlaşdırılır. 2020-ci ildə bu göstərici 150-200 milyon ədədə çatdırılacaq”, - deyə A.Quliyeva bildirib.
Son yazılar
18:12
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
17:07
“Rusiya raketləri azı 3 dəfə Polşa sərhədini keçib” - Ukraynanlılar “vurun” deyir, NATO isə...
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.