ABŞ 10 nəfər Rusiyalı kriminal avtoriteti «sanksiya siyahısı»na daxil etdi

sakro«AzPolitika.info»nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Maliyyə Nazirliyi (MN) Rusiyadan olan 10 nəfər kriminal avtoriteti sanksiya siyahısına daxil edib.

Onların arasında Alimxan Toxtaxunov (ləqəbi «Tayvançik») və Zaxariy Kalaşov (ləqəbi «Şakro Molodoy») da var.

Siyahıya aşağıdakı bir neçə avtoritetin adı da düşüb: Yuri Piçugin, Ruben Tatulyan, Vladimir Tyürin, Vasili Xristoforov, Kamçibek Kolbayev, Laşa Şuşanaşvili, Vladislav Leontyev və Qafur Məmmədov. Sonuncu Rusiyanın ən varlı biznesmeni, Prezident Putinin yaxın çevrəsinə daxil olan özbək əsilli Əlişir Usmanovun yaxın adamlarından biri sayılır.

Sanksiya mütəşəkkil cinayətkarlıqla mübarizə çərçivəsində tətbiq olunub.

635x100

Şərhlər

Agamir 2017-12-22 22:38:33

Ey amerika belarus azerbaycan ve ermenistan xalqı sizden putinin bu ölkelerindeki adamıarnıda sanksyaya salmagnı gözleyir ve xaiş edir

Son yazılar