Rusiyada azərbaycanlı 12 il azadlıqdan məhrum edilib

Rusiyanın Sankt-Peterburq şəhərinin Sofiyskaya meyvə-tərəvəz bazasında Azərbaycandan olan Maarif İsmayılovun qətli ilə bağlı cinayət işinin iştirakçısı 12 il müddətinə azadlıqdan məhrum edilib.

“Report” xəbər verir ki, bu barədə cümə günü şəhər məhkəmələri mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilir.

"Məhkəmə Emil Hüseynov üçün cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkmək şərti ilə 12 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edib. Cinayət əməlində Hüseynov ilə birgə iştirak edən Əfqan Əliyev və Vüsal Əsgərova qarşı cinayət işinə Sankt-Peterburq şəhər məhkəməsində baxılır", - deyə mətbuat xidmətlərinin məlumatında qeyd olunub.

Bildirilir ki, Azərbaycan əsilli Ə.Əliyev və V.Əsgərova qarşı əvvəllər adam öldürmə, qeyri-qanuni silah dövriyyəsi, həmçinin qətl təhdidi və onu həyata keçirməyə hazırlaşmaq maddələri üzrə ittiham irəli sürülüb.

Cinayət işi materiallarından məlum olur ki, Ə.Əliyev və V.Əsgərov həmyerliləri Elçin İsmayılova qarşı olan ədavət üzündən onun qətlini təşkil etmək qərarına gəliblər. Onlar bunun üçün işə pul müqabilində qətli törətməyə razılıq vermiş E.Hüseynovu cəlb ediblər.

"Elçin İsmayılovun Sankt-Peterburqdan çıxıb getməsi ilə əlaqədar olaraq, iş ortaqları onun qardaşı Maarif İsmayılovu qətlə yetirmək və bu yolla onu dəfn mərasimində iştitak etmək üçün Sankt-Peterburqa qayıtmağa məcbur etmək və beləliklə, əvvəlcədən planlaşdırdıqları qətli həyata keçirmək üçün zəmin yaratmaq qərarına gəliblər", - deyə əvvəl Rusiya İstintaq Komitəsinin Peterburq üzrə Baş İdarəsinin məlumatında bildirilir.

E.Hüseynov 20 iyun 2016-cı il tarixində Sofiya meyvə-tərəvəz bazasında bir kişini güllələyib. O, hadisə yerindən qaçarkən şahidləri də öldürəcəyi ilə hədələyib. Əsas hədəfdə olan adamı öldürmək isə mümkün olmayıb. Çünki onların hamısı saxlanılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar