“Dağlıq Qarabağ münaqişəsinin həlli yetişib” - Türkiyə səfiri

“Dağlıq Qarabağ münaqişəsinin həlli yetişib. Bu münaqişə həll edilməli, Azərbaycana qarşı ədalətsizlik aradan qaldırılmadır”.

APA-nın xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Bakıda “Regionun gələcəyi: Geosiyasi çağırışlar və perspektivlər” mövzusunda keçirilən beynəlxalq simpoziumda çıxışı zamanı deyib.

Səfirin sözlərinə görə, Azərbaycan uzun müddətdir böyük ədalətsizliklə üzləşib: “Ermənistan tərəfindən Azərbaycanın torpaqları işğal edilib. Nəticədə 1 milyondan çox insan məcburi köçkün və qaçqına çevrilib”.

E. Özoral qeyd edib ki, Türkiyə dövləti hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib: “Biz hər zaman Azərbaycanın yanında olmuşuq, bundan sonra da Azərbaycanın yanında olacağıq”.

635x100

Şərhlər

cumbulu 2017-12-23 11:23:19

Erkanbəy "Lazım müəllium" artıq gəlib? Əyər gəlibsə yerini deyin biz də gedək görək.

t.ədalət 2017-12-23 11:23:19

Təəssüf ki rusiya bu münaqişənin həllinə mane olur.rusiyanın əli ilə münaqişə Dağlıq Qarabağdan "sürüşdürülüb" ətraf beş rayonun üzərinə keçirilib.Sarkisyan,artıq söhbətin DQ-dən deyil,ətraf rayonların azad olunmasından danışır.Sayın Ərdoğan dediyi kimi,problemin həlli Putinin əlindədir.Onun da ərazilərimizi qaytarmaq fikri yoxdur.Bizimlə "yoldaş səni kim apardı" oyunu oynayır.

ABDULQADIR 2017-12-23 11:23:19

YETISHIIB,E BE NIYE DERMIRSIZ.INDI DE PETYAYLA DOST OLUBSUZ,CHETIN KI,NEHENG AG AYININ ETINI MEYVESI YETISHMISH KICHIK BAGLA DEYISHESIZ. HELE O DA VAR KI,SIZDE ETIN FIYATLARI KELLE-MAYALLAQ VURUR.

Son yazılar