İtkin düşən məktəblilər tapıldı

Cəlilabad rayonunda itkin düşən iki məktəbli tapılıb.

APA-nın Cənub bürosunun xəbərinə görə, Xalid Əliyev və həmyaşıdı İsmayıl Əmənov bu gün Bakı şəhərində tapılıblar.

Məlumata görə, hər iki şəxs Bakının mərkəzi “Nizami” küçəsində tapılıb. Uşaqlar evdən getməsinin səbəbini Yeni il bayramını Bakıda keçirmək istəyi ilə izah ediblər. Onların Bakıdakı hotellərin birində gecələdiyi məlum olub.

Qeyd edək ki, Cəlilabad şəhərindəki Zərifə Əliyeva adına 7 saylı tam orta məktəbin 9-cu sinif şagirdləri Xalid Əliyev həmyaşıdı İsmayıl Əmənovla birgə dekabrın 21-də dərsə getmək adı ilə evdən çıxıb, geri qayıtmayıblar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar