“İqtisadiyyatda məşğul olanların orta illik sayı 4,8 milyon nəfərə çatacaq” - Nazir

“2003-2017-ci illərdə Azərbaycanın regionlarının tərəqqisi, ardıcıl dövlət dəstəyi şəraitində kiçik və orta sahibkarlığın genişlənməsi nəticəsində iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı ölkədə əksəriyyəti daimi olan 1,6 milyondan çox və 2017-ci ilin 9 ayında 171 mini daimi olan 226 min yeni iş yeri yaradılıb”.

“APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun “Azərbaycan” qəzetində dərc olunmuş məqaləsində qeyd olunub. Nazir bildirib ki, məqsədyönlü və ardıcıl tədbirlər nəticəsində işsizlik Beynəlxalq Əmək Təşkilatının metodologiyası əsasında aparılmış hesablama ilə kəskin şəkildə azalaraq 5% enib. Onun sözlərinə görə, muzdla işləyənlərin sayı 2003-cü ildəki 1226,6 min nəfərdən 2017-ci il noyabrın 1-i vəziyyətinə 1517,8 min nəfərə çatmaqla 23,7% çoxalıb.

“Özəl sektorun ildən-ilə genişlənərək iqtisadiyyatda payının 80 faizi ötməsi onun məşğulluq səviyyəsinin yüksəlməsində rolunun artmasına imkan verib. Belə ki, 2003-2016-cı illərdə məşğul əhalinin sayında qeyri-dövlət sektorunda çalışanların xüsusi çəkisi 70,3 faizdən 75,4 faizə çatmaqla, mütləq ifadədə 796 min nəfər və ya 28,5 faiz artıb”. Kənd təsərrüfatında ənənəvi sahələrin dirçəldilməsi respublika əhalisinin 47 faizinin yaşadığı kənd rayonlarında məşğulluq səviyyəsinin xeyli yüksəlməsinə və kənd əhalisinin gəlir imkanlarının artmasına şərait yaradıb. Statistik göstəricilərə görə, ev təsərrüfatlarında kənd təsərrüfatından adambaşına gəlirlərin 2003-2016-cı illərdə 5,8 dəfə artdığı müşahidə olunub”, - deyə nazir vurğulayıb.

S.Müslümov əlavə edib ki, 2018-ci il ərzində də əmək bazarı göstəricilərində yaxşılaşma prosesinin davam edəcəyi, habelə iqtisadiyyatda məşğul olanların orta illik sayının 4 milyon 839 min nəfərə, muzdla işləyənlərin orta illik sayının isə 1 milyon 555 min nəfərə və ya məşğul əhalinin 32 faizinə çatacağı proqnozlaşdırılır: “Həmçinin 2005-2016-cı illərdə 4 dəfə, cari ilin yanvar-oktyabr aylarında 6,4 faiz artaraq 525,4 manat olmuş orta aylıq əməkhaqqının 2018-ci ildə 550 manata çatacağı gözlənilir”.

Nazir vurğulayıb ki, 2016-cı ildə məşğulluq orqanları tərəfindən əvvəlki illə müqayisədə 2 dəfədən çox olmaqla 56 631 nəfər münasib işlə təmin olunub. “2017-ci ildə də işəgötürənlərlə əməkdaşlıq müstəvisində aktiv tədbirlər davam etdirilib, bu ilin yanvar-noyabr aylarında məşğulluq orqanları tərəfindən 46 048 nəfər işsiz və işaxtaran şəxs münasib işlərlə təmin olunub, 1143 nəfər haqqı ödənilən ictimai işlərə, 3511 nəfər (Dövlət Məşğulluq Xidməti tərəfindən 3226 nəfər, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi tərəfindən 285 nəfər) peşə hazırlığına və əlavə təhsil kurslarına cəlb edilib”, - deyə S.Müslümov vurğulayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar