FAZİL MƏMMƏDOV HANSI XƏSTƏLİKDƏN ƏZİYYƏT ÇƏKİR? – Şok iddialar

Prezident İlham Əliyevin sərəncamı ilə Fazil Məmmədovun vergilər naziri vəzifəsindən azad edilməsinin səbəbləri sırasında, əsasən, onun səhhəti ilə bağlı yaşadığı narahatlıq göstərilir. Bəzi millət vəkilləri, həmçinin özü də səhhətində problemlərin olduğunu gizlətməyiblər. Amma indiyə qədər cəmi 53 yaşı olan Fazil Məmmədovun hansı xəstəlikdən əziyyət çəkdiyi, müalicə kursunun nədən ibarət olduğu sirr olaraq qalmaqdadır. Axar.az-ın əldə etdiyi məlumata görə, F.Məmmədovun səhhətindəki problemlər orqanizmindəki radioaktiv şüalanma ilə bağlıdır.

İddiaya görə, keçmiş nazir 1986-cı ildə baş verən Çernobıl qəzası zamanı hərbi mükəlləfiyyətli və gənc kadr kimi ora yardıma gedənlər arasında olub. Səhhətindəki problem də məhz o zamandan başlayıb.

Mənbənin sözlərinə görə, Çernobıla yardıma gedənlər və orda xəstəlik tapanlar keçmiş SSRİ ölkələrində qəhrəman kimi qəbul edilsələr və “müharibə veteranı” statusuna malik olsalar da, Fazil Məmmədov bu statusdan heç zaman istifadə etməyib. Əksinə, vaxtilə etdiyi bu fədakarlığı ümumiyyətlə tərcümeyi-halında göstərməyib.

Maraqlı məqam odur ki, F.Məmmədovun tərcümeyi-halında, doğrudan da, həmin dövr “boşluq” görünür. Vikipediyada əks olunan tərcümeyi-hala görə, sabiq nazir 1964-cü ildə anadan olub. 1985-ci ildә D.Bünyadzadә adına Azәrbaycan Xalq Tәsәrrüfatı İnstitutunun maliyyә-kredit fakültәsini bitirib. Daha sonra isə onun 1987-1989-cu illәrdә Gәncәdә Sәnaye-Tikinti Bankında iqtisadçı, kassa müdiri vә Bakı Sәnaye-Tikinti Bankının Әmәliyyat İdarәsindә iqtisadçı vәzifәlәrindә çalışdığı bildirilir.

1985-87-ci illərdə F.Məmmədov əsgəri xidmətdəmi olub? Hərbi xidməti harada keçib?

Bu sualların cavabını keçmiş nazirin tərcümeyi-halında tapmaq mümkün deyil.

Qeyd edək ki, Ukraynanın Çernobıl şəhəri yaxınlığında yerləşən Çernobıl AES-də güclü nüvə partlayışı 26 aprel 1986-cı ildə baş verib. AES-in partlamış 4-cü enerji blokunun təhlükəsiz hala salınması üçün keçirilən "Sarkofaq" əməliyyatında azərbaycanlılar da iştirak ediblər. Bu əməliyyatdan sonra bölgəyə gedən könüllülər sırasında da yüzlərlə azərbaycanlı olub.

Sözügedən hadisə zamanı 7000-ə yaxın insan həlak olub, 25000 insan güclü radiasiya nəticəsində ömürlük şikəst olub. On minlərlə insan isə sonsuz qalıb.

"AzPolitika.info"ya verilən məlumatda da, F.Məmmədovun Çernobıl qəzası zamanı hərbi mükəlləfiyyətli və gənc kadr kimi ora yardıma gedənlər arasında olduğu bildirilir. Hətta sabiq nazirin alkoqollu içkilərə meyl etməsi də bununla bağlanır. Belə ki, sabiq naziri tanıyan şəxslərdən birinin iddasına görə, Çernobıldan qayıtdıqdan sonra F.Məmmədov radiasıyanın səhhətində problemlər yaratmasını əngəlləmək üçün vaxtaşırı həkim müayinəsindən keçib. Belə müayinələr zamanı F.Məmədovun etibar etdiyi həkimlərdən birinin ona radiasiyanın sağlığına təhlükə törətməməsi üçün hər gün müəyyən miqdar spirtli içki qəbul etməyi tövsiyyə etdiyi bildirilir. 

F.Məmədovun da bu məsləhətə əməl etdiyi və bunun da sonradan onda alkoqollu içkilərə müəyyən bağlılıq yaratdığı iddia edilir. İnternetdə Fazil Məmmədovun Vergilər Nazirliyinin sabiq əməkdaşlarından biri ilə yayılmış telefon söhbətinin audioyazısı da bu iddianın əsassız olmadığının sübutlarından biridir...

AzPolitika.info 

635x100

Şərhlər

Amon-A 2017-12-23 15:26:52

ZATO QORUQÇU VƏZİFƏSİNDƏN - TƏHSİL NAZİRİ VƏZİFƏSİNƏ YÜKSƏLDİ-DAS İS FANTASTİK - YÜKSƏLMƏ...

t.ədalət 2017-12-23 15:26:52

Gəlin,özünüzü boş-boş şeylərlə yormayın.Fazil bəlkə də əsgəri xidmətdə olmayıb.Vəzifədə çalışanların əksəriyyəti hərbi xidmətdə olmayanlardır.Onların əksəriyyəti uşaqlarını da əsgərlikdən yayındırırlar.Yaxud da övladlarının adını arxa cəbhədəki hərbi hissəyə yazdırıb biqeyrətlik hərbi bileti alanlar da var.Fazil əsil piyaniskədir.Radiasiyadan qorxanlar az miqdarda alkoqol qəbul edirlər.Fazil isə oğurladığı pulların dadını çıxarmaq üçün bala-bala vurur..

Pirzadə 2017-12-23 15:26:52

Əlbəttə ki Fazil müəllim nə qohumumdur,nə də tanışım.Hətta Vergilər sahəsində də heç vaxt işləməmişəm.Mən bu yazarların müəlliflərinə və buna bənzərlərə məttəl qalmışam.Sual meydana çıxır.==Niyə Fazil müəllim nazir işləyəndə onun haqqında heç kim yerli-yersiz ne yazmırdı,nə də danışmırdı?İndi nə olub sizlərə?Sözünüz varsa gedin üzünə deyin.Yıxılana balta vurmazlar.==

oxucu 2017-12-23 15:26:52

Eyni zamanda rüşvətxorluq və korupsiya xəstəliyi.

Dr.AGAOGLU 2017-12-23 15:26:52

Cernobl AS-da bas veren partlayisdan sonra butun orada olan insanlara mualice meqsedi ile qirmizi sufre serabi verilidi.Olkenin her yerinden o, cumleden Azerbaycandan da butun serab zavodlarindaki qirmizi sufre serablari vaqonlarla Cernobl-Ukraina istiqametinde gonderilirdi.Bundan bedene hopmus radioaktiv maddenin temizlenmesinde istifade olunurdu.Bu elmin tesdiq etdiyi bir deyerli mualice metodudur.Hemin vaxtlar menim terefimdende 120 ton-iki vaqon qirmizi sufre serabi Cernobl istiqametinde gonderilmisdi.

Amon 2017-12-23 15:26:52

Mikayil Cabbarovda herbi xidmetde olmayib

patrioit 2017-12-23 15:26:52

ĞOPA BASMA

zaur 2017-12-23 15:26:52

DEMƏLİ FAZİL MÜƏLLİM XRONİKİ ALKOQOLİZMƏ YOLUXUB.

Seyriçi 2017-12-23 15:26:52

Fazilin o qədər var-dövləti, pulu var ki, ona heç bir xəstəlik bata bilməz. Hələ ola bilsin yaxın gələcəkdə pulunu buraxıb ........ olacaq. Ələmdar canı.

veteran 2017-12-23 15:26:52

Vəssalam qaytarın vəzivəyə,günahları yuyuldu.....

Nona 2017-12-23 15:26:52

Allah bu milləti fəlakətə sürüyənlərin bəlacını versin Bir çörək pulu üçün bütün günü qul bazarında durub gözləyənlərdə bu dövlətin vətəndaşıdır,millətin qanını qızıl badələrdə içənlərdə bu dövlətin vətəndaşıdır Bu var-dövlət atalarından qalıb?

Son yazılar