Vəliəhddən milyarderə təklif: 6 milyard ver, azadlığa çıx

Dərc olunub: 23/12/2017 - 22:40

6c9ed8edadfbbcaef11f03aa414a1d89Səudiyyə Ərəbistanı hökuməti rüşvətxorluq iddiası ilə həbs edilən ölkənin ən zəngin iş adamı, şahzadə Vəlid Talaldan azadlığa buraxılması müqabilində 6 milyard dollar pul tələb edib. Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Vol Strit Jurnal” yayıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman bundan öncə həbs edilən şahzadələr və biznesmenlərə öz sərvətləri qarşılığında azadlıq təklif edildiyini bildirib. Vəlid Talal azadlığa buraxılmaq üçün danışıqlar masasına oturmağın haqqındakı ittihamları qəbul etmək anlamına gəldiyini əsas gətirərək, kral Salmanla görüşməkdən imtina edib.








loading...


Fikrinizi bildirin