RUSİYANIN NARKOTİKİ - “Ruslar pis tacirdirlər, amma əla döyüşçüdürlər”

Qazprom-main

Hal-hazırda Avropada “Böyük oyun” gedir. XIX əsrdə Asiyada təsir sferası uğrunda Rusiya və Böyük Britaniya arasında gedən geosiyası rəqabəti ”Böyük Oyun” adlandırırdılar. Bu dəfə isə Avropa şahmat taxtası və eyni zamanda da oyunçulardan biridir. Belə halda vəziyyət ikiqat gərginləşir: Avropa Rusiyanın onu özündən asılı hala salmaq istiqamətindəki səylərinə qarşı durmağı bacaracaqmı və ya bunu istəyirmi?

Özünün final mərhələsinə qədəm qoyan oyun - “Şimal axını-2” yeni qaz kəməri ətrafında aparılır. Gəlin yada salaq: 2005-ci ildə Almaniya kansleri Herhard Şröder vəzifədəki sonuncu aktı kimi Baltik dənizi ilə “Şimal axını-1”-in inşasının təşkil etdi. Sonra da o, “Şimal axını” layihəsinə nəzarət edən şirkətdə yüksək məvacibli vəzifəyə keçdi. “Şimal axını-1” tamamilə böyük vüsət almasa da, ancaq neçə illərdir ki, istifadə edilir.

Hər halda 2018-ci ildə “Şimal axını-2”-nin tikintisi başlanmalıdır. Rusiya funksionerləri Baltik dənizi ilə keçəcək qaz kəmərini Ukraynanı tranzit ölkə olmaqdan çıxaracaq strateji məqsəd hesab edirlər. Lakin Danimarka, İsveç və Finlandiyada şübhələr meydana gəlib. Son həftələr hər yerdə bu lahiyənin razılaşdırılması ilə bağlı prosedurlar keçirilir. İndi Brüssel AB hüquq normalarına uyğun olaraq, etiraz göstərir.

“Şimal axını”nın tərəfdarları bəyan edirlər ki, Avropadakı qaz istehlakı sabit qalacaq (Bununla razılaşmamaq da olar). Onlar deyirlər ki, bu ssenariyə uyğun olaraq yeni qaz kəmərinin çəkilməsi lazımdır. “Şimal axını”nın yaradıcıları bunu enerji mənbəyinin ”şaxələnməsi” adlandırırlar.

Nəyə görə Almaniya və Avropa Rusiyadan daha çox qaz almaqla, bu günkü Moskva hökmdarlarından daha artıq asılı olmalıdır? İki səbəbə görə: birincisi - Avropanın maraqları naminə, ikincisi - Rusiya xalqının maraqları naminə.

İkinci səbəbə əsasən, Rusiya dövlət gəlirlərinin yarısı neft və qaz ixracı hesabına formalaşır. 2009-cu ildə prezident olan indiki baş nazir o zaman doğru sözlər söyləyirdi: ”Neft və qazla ticarət bizim narkotikimizdir. Onun köməyi ilə kəskin problemlər həll edilir”. Heç bir iqtisadi islahat lazım deyil. ”Şimal axını” böyük narkotik tədarüküdür. Yalnız onun hesabına pul axır və Moskvadakı idarəetmə sükanının arxasındakılar daha çox varlanmağı, islahtları dayandırmağı, hərbçilərin, FTX və polis əməkdaşlarının sayını artırmağı sevirlər. Doğurdanmı bunlar Rusiyanın maraqlarına cavab verir?

Birinci səbəb Avropa maraqlarıdır. Təəssüf ki, enerji təcavüzkar məqsədlər üçün istifadə oluna bilər. Həm sovet və həm də postsovet Moskvası enerji tədarükünün dayandırılması kimi sui-istifadə üsulları üzrə çempiondur. 1948/49-cu illərdə Qərbi Berlinin blokadaya alınmasını yada salmaq kifayətdir.

Heç kim son illər Rusiyanın sülhsevər olduğunu və dialoqa hazırlığının yüksəldiyini iddia edə bilməz. Ancaq Almaniya getdikcə daha çox Rusiya konsernləri və oliqarxlarının asılılığına təkcə tədarükə görə yox, həm də qaz saxlama anbarlarına görə düşür. Demək olar ki, Almaniyanın qaz saxlanma yerləri qismən və ya tamamən rusların əlindədir.

ziqmar

Belə bir vəziyyətdə iqtisadiyyat naziri olan Ziqmar Qabriel 2015-ci ildə Putinlə görüşə getmişdi. Kreml dərhal məlumat verdi ki, Qabriel “Şimal axını-2”-nin Avropa Birliyi enerji qaydalarına tabe olmamasına çağırış edib və deyib ki, qaz kəmərindən əldə olunan gəlirin hamısı Rusiya tərəfində qalmalıdır. Qabrielin rəhbərlik etdiyi nazirlik, nazirin doğrudan da Moskvada bu sözləri deməsi barəsində göndərilən sorğuya cavab verməkdən yayınıb.

Keçən həftə “Die Welt” “Şimal axını-2”-nin aqressiv lobbistlərinın federal hökumətlə yaxınlıqlarını nümayiş etdirmişdi. Daha çox Qabrielin adı üzə çıxır. O, “Şimal axını”nın əsas şirkəti “Qazprom”un rəhbəri Aleksey Millerlə hədsiz dərəcədə tez-tez görüşür. Qabriel bu il Moskvada Putinlə nahar edən zaman qəfildən ortalıqda Herxard Şröder peyda olmuşdu.

Əgər Qabrielin masasının digər tərəfində onun keçmiş şefi əyləşibsə, onda o, Almaniyanın maraqlarını ədalətlə təmsil edə bilərmi? Çətin ki! Əgər Rusiyadan enerji asılılığı risk təşkil edirsə, deməli belə bir vəziyyət milli təhlükəsizlik üçün də risk daşıyır.

Beləliklə, Xarici İşlər naziri Ziqmar Qabriel Almaniya və Avropa üçün qəbuledilməz olan bu meqa qaz kəməri lahiyəsində iştirak etməməlidir. “Şimal axını”nın lobbiçiləri deyə bilərlər ki, narahat olmağa dəyməz. Bir neçə il davam edən Rusiya–Ukrayna “qaz müharibələri”ndən indiyədək xeyli şey dəyişilib. Yeni qaz kəmərləri və qazın revers yoluyla ötürülməsi həqiqətən də vəziyyəti yaxşılaşdırıb. Ukrayna Rusiyadan birbaşa gələn qazdan tamamilə imtina edib. Polyaklar və pribaltlar da bu istiqamətdə uğurlar əldə edirlər.

Nəyə görə, Qərbi Avropa sakinləri özlərini Şərqi Avropalıların qurtulmaq istədikləri həmin asılılığa salmalıdırlar?

Putin noyabrda deyib ki, Rusiya iqtisadiyyatı hərbi istehsala sürətli keçidə hazır olmalıdır. Onun sözlərinə seçki kampaniyasında deyilən fikirlər kimi əhəmiyyət verməmək olardı (Hərçənd ki, əvvəlki prezident kampaniyası belə sözlərsiz ötüşürdü). Amma Kremlə yaxınlığı ilə tanınan ekspert Sergey Karaqanov haqlı olaraq söyləyib: “Ruslar pis tacirdirlər, onlar iqtisadiyyatla məşğul olmağı sevirlər. Buna baxmayaraq, onlar - əla döyüşçüdürlər”.

Bizim yaşadığımız indiki qeyri-sabitlik dövründə qaz kəmərinin çəkilməsinə heç zaman olmadığı kimi bu kontekstdən baxılmalıdır - bir neçə korporasiyanın maraqları Almaniyanın enerji siyasətini müəyyənləşdirməməlidir. Əgər Almaniya və Avropa, Avropa Birliyi qaydaları çərçivəsində “Şimal axını-2”-yə məhdudiyyətlər qoyarsa və ya onun tikintisini dayandırarsa, düz addım atmış olar.

(Die Welt-Almaniya)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar