Makedoniya prezidenti Azərbaycana gələcək

Makedoniya prezidenti Gyorge İvanov Azərbaycan prezidenti İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.APA-nın məlumatına görə, Makedoniya prezidenti Azərbaycan prezidentinə beynəlxalq aləmdə xüsusi yeri olan, siyasi və hökumətlər səviyyəsində qərarların qəbul edilməsində uzunmüddətli tərəfdaş olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzin fəaliyyətinə görə öz ehtiramını bildirib.

G. İvanov bunu nəzərə alaraq, 2018-ci il martın 15-dən 17-dək Azərbaycanın paytaxtı Bakı şəhərində Şərqi Avropa, Mərkəzi Asiya və Cənubi Qafqazda ən mötəbər forumlardan biri hesab edilən VI Qlobal Bakı Forumunda iştirakla bağlı Azərbaycan prezidentinin dəvətini məmnunluqla qəbul etdiyini qeyd edib: "Sizə doğum gününüz münasibətilə ən səmimi təbriklərimi çatdırmaqdan böyük şərəf və məmnunluq duyuram. Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik və həyatınızın bütün sahələrində Sizə və əzizlərinizə yüksək nailiyyətlər arzu edirəm. Cənab Prezident, ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar