Türkiyədə daha 2756 nəfər dövlət qulluqçusu işdən azad edilib

Türkiyənin hakimiyyət orqanları daha 2756 dövlət qulluqçusunu işdən azad ediblər.

"Report" xəbər verir ki, bu barədə "Resmi Gazete"də məlumat verilib.

Məlumatda qeyd olunur ki, müxtəlif orqanlarda çalışan bu şəxslər 2016-cı ilin iyulunda ölkədə baş vermiş dövlət çevrilişinə cəhdlə əlaqədar işdən kənarlaşdırılıblar.

"Milliyyet"in məlumatında isə bildirilir ki, Türkiyə Hərbi Qüvvələrindən 637 nəfər, o cümlədən quru qoşunlarından 155 nəfər, Hərbi Dəniz Qüvvələrindən 155 nəfər, Hərbi Hava Qüvvələrindən 327 nəfər azad edilib.

Bundan əlavə, yüzlərlə polis əməkdaşı, sahil mühafizəsi xidməti, Ədliyyə Nazirliyinin, Təhsil Nazirliyinin, dövlət universitetlərinin, Dini Məsələlər üzrə İdarənin əməkdaşları istefaya göndəriliblər. Həmçinin 17 ictimai təşkilatın fəaliyyətinə xitam verilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar