Portuqaliyalı futbolçu 20 yaşında xərçəngdən vəfat edib

Portuqaliyanın "Boavişta" klubunun hücumçusu Edu Ferreyra 20 yaşında dünyasını dəyişib.“Report” xəbər verir ki, bu barədə komandanın rəsmi "Twitter" səhifəsi məlumat yayıb.

Futbolçuda onkoloji xəstəlik 2016-cı ilin noyabrında, Ferreyra "Boavişta" ilə müqavilə bağladıqdan bir neçə ay sonra aşkar olunub. O, ölkənin əsas liqasında oynayan klubda bir oyun belə keçirməyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar