32 yaşlı şəxsin damarlarını doğradılar

Göyçay rayonunda bıçaqlanma hadisəsi olub.

Trend-in məlumatına görə, hadisə rayonun 1-ci Ərəb kəndində baş verib.

Kənd sakini, 1985-ci il təvəllüdlü Hüseynov Elsevər Fazil oğlu küçədə naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ilkin tibbi yardım göstəriləndən sonra o, Bakı şəhərindəki Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə göndərilib.

Məlum olub ki, hadisə nəticəsində E.Hüseynovun damarları kəsilib. Faktla bağlı Göyçay rayon Polis şöbəsində araşdırmalara başlanılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar