PREZİDENT YENİ AGENTLİYƏ SƏDR TƏYİN ETDİ - DOSYE

Bu gün prezident İlham Əliyev Qida Təhlükəsizliyi Agentliyinə sədr təyin edib. Dövlət başçısının sərənacamı ilə Qoşqar İlahi oğlu Təhməzli agentliyin sədri təyin edilib.

Qoşqar Təhməzli 29 may 1970-ci ildə anadan olub. Azərbaycan Tibb Universitetinin 1994-cü il məzunudur. Azərbaycan Tibb Universitetinin və Qərb Universitetinin Tibb elmləri üzrə fəlsəfə doktorudur.

"Medeks” şirkətinin rəhbəri işləyən Q. Təhməzli Azərbaycanda səhiyyə sahəsində səmərəli fəaliyyətlərinə görə "Tərəqqi” medalı ilə təltif edilib.

Qeyd edək ki, "Medeks” şirkəti müxtəlif profilli tibbi, sanator-kurort müəssisələrin qurulması və avadanlıqlarla təchiz olunması, kosmetoloji mərkəzlərin və Spa komplekslərinin qurulması və müvafiq avadanlıqlarla təchiz olunması və müxtəlif təyinatlı laboratoriyaların (qida, kriminalistik, klinik) qurulması və təchiz olunması ilə məşğuldur.

 

635x100

Şərhlər

Aqşin 2017-12-25 22:50:50

Son zamanlar fəlsəfə elmini diqqətdən çıxararaq onu mənasız olaraq bəzi titullara soxuşdurublar.Məlumdur ki,fəlsəfə bir dərslik olaraq Ali məktəblərdə tədris olunurdu və onun bölmələri,məzmunu və mənası vardı.Bunula bərabər digər elmlərdən fərqli idi. Son zamanlar fəlsəfəni yerli-yersiz titullara əlavə edirlər.Məsələn tibb üzrə fəlsəfə,tarix üzrə fəlsəfə və sair. Axı fəlsəfə üzrə elmlər doktoruadı da mövcud idi və bu doöru idi. Tib təhsili almış adam necə fəlsəfə doktoru ola bilər?Axə fəlsəfə calanmır.

seymur 2017-12-25 22:50:50

Vaxtiila Sahiyya nazirliyindan noqsanlara qora qovulan adami bu vazifaya neca tayinat aldi Prezident aparatin islahatlar aparan komisiya Natiq mualima sual unvanlanir

Son yazılar