İranda İsrail casusunu edam edəcəklər
Baxiş sayı:
Dərc olunub:
25/12/2017 - 23:15
İran hökuməti İsrail xüsusi xidmət orqanlarına casusluqda etməkdə ittiham olunan təbrizli alim və tədqiqatçı Əhməd Reza Cəlaliyə ölüm hökmünü təsdiqləyib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə “Tasnim” nəşri yazır.
Bildirilir ki, Reza Cəlali İsrail xüsusi xidmətlərinə iranlı nüvə alimləri barədə məlumatlar ötürüb. Nəticədə onlardan bir neçəsi naməlum şəraitdə öldürülüb.
Tehran prokuroru Abbas Cəfəri bəyan edib ki, Cəlali son görüşdə digər ölkələrin kəşfiyyat xidmətlərinin əməkdaşları ilə görüşdüyünü etiraf edib:
“Cəlali İran Müdafiə Nazirliyi və Atom Energetikası Təşkilatının əməkdaşları barədə “Mossad” və İsrail xüsusi xidmət orqanlarına məlumatlar göndərib”.
Son yazılar
15:12
"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.