Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Qezada-sinmish-padpres-180912Tovuzda xəsarətlə nəticələnən yol qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhərin girişində “VAZ 2106” və “KİA” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində “VAZ”-ın sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar