Bakıda avtomobil piyadanı vuraraq öldürüb

Bakının Xəzər rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, Zirə qəsəbəsində naməlum avtomobil 1969-cu il təvəllüdlü Əmirov Gülağa Əlibala oğlunu vurub. G.Əmirov 3 saylı şəhər klinik xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar