VERGİLƏR NAZİRLİYİNDƏ YENİ TƏYİNATLAR - Fazil Məmmədovun yeznəsi işdən çıxarıldı!

Azərbaycanın vergilər naziri Mikayıl Cabbarov bir sıra təyinatlar edib.

“Report” xəbər verir ki, nazir özünə iki müşavir və köməkçi təyin edib.

Məlumata görə, Camal Qasımov və Elnur Əliyev nazirin yeni müşavirləri təyin ediliblər.

C.Qasımov bundan öncə Təhsil Nazirliyinin aparat rəhbəri, E.Əliyev isə Nazirliyin informasiya şöbəsinin müdiri olub. O, həm də bir müddət Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini və müdir əvəzi olub.

M.Cabbarovun köməkçisi isə Ceyhunə Muxtarova təyin olunub.

C.Muxtarova M.Cabbarovun “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində və Təhsil Nazirliyində köməkçisi olub.

Modern.az saytı isə xəbər verir ki, sabiq nazir Fazil Məmmədovun Vergilər Nazirliyində yüksək vəzifə tutan yeznəsi işdən çıxarılıb.

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini Namiq Quliyev ötən həftə vəzifəsindən kənarlaşdırılıb.

Fazil Məmmədovun bacısının həyat yoldaşı olan Namiq Quliyev əvvələr Vergilər Nazirliyində nazirin müşaviri vəzifəsində çalışıb. O, 2016-cı ilin fevral ayında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini postuna gətirilmişdi.

635x100

Şərhlər

Moranli 2017-12-26 14:24:42

Allah rehmet elesin Sizi XELIL RZA ULUTURK nece de gozel deyib,Sehv dushende yerimiz"-bu universal islahatchi kadrlar harada yetishdirilib?Muallim vergini idare edecekse olke sahibkarlarini,shou ehlini tebrik edirem ve iqtisadcilarimiza-iqtisadiyyatimiza derin huzunle bash sagligi verirem.ALLAH SENI QORUSUN AZARBAYCANIM!Hara gedirik biz???!!!

Moranlıya cavab 2017-12-26 14:24:42

Gəl onda Fazili qaytaraq. Soyğunçuluq davam etsin. Qarət olunmuş pulları yeznələr, qudalar, quldurlar yesin. Heç utanırsaan?

G.M 2017-12-26 14:24:42

M.Cabbarov TN -də olduğu müddətdə M.Mərdanovun atasına rəhmət oxutdurdu..Hər Halda F.Məmmədovun da Ulu Babasına rəhmət oxudacaq..Bununla da hamımıza elə indidən Allah Rəhmət (eləsin deməyə adamın heç dili də gəlmir) eləsin.

Emin 2017-12-26 14:24:42

Omur daimi deyil vezifemi daimi olacaq. Bunu insanlar niye anlamirlar. Men vezifeli insanlari vicdanla islemeye sesleyirem. Bir mesele meni cox eseblesdirir desem daha yaxsi seslener. butun mektebler kolxoz bazarina donub. Her gun de pul yiqmaq olar. daha muellimler bezib ele sagirdlerde...

Amon 2017-12-26 14:24:42

Bizim mehellede yaxsi bir baxca muellimesi var belke onuda goturesen lokal vergi departamentine inspektor

Vətəndaş 2017-12-26 14:24:42

Ümumiyyətlə hər bir insan öz bildiyi işlə məşğul olsa daha yaxşıdır.Mənə belə gəlir ki,M.Cəbrayilov Tezliklə Vergilər nazirliyini qoruq işçiləri ilə dolduracaq.

X 2017-12-26 14:24:42

Yerimiz butun sahelerde sehvdi onsuzda Tehsili berbadin berbadi etdi cavan kadirlarimiz xarice uz tuturlar buna bais olanlar utanmirlar hec bu veten bu millet kimindi?Vezifeye gelen adin sanin cibin dusunur qonsumuzda cavan oglan vardi xaricde tehsil almisdi Allaha and olsun Tehsil Nazirliyinde isleyirdi veziyetden iyrendm deyib geriye qayitdi Allah geleceyimize barmaq arasi baxanlarin belasin versin

Moranliya yazana 2017-12-26 14:24:42

Fazili niye qaytaririq ki,teze nazirin ozune, qohum -eqrabasina ne gelib ki. Beyem bunlar ayin axirinda tabele qol cekib aldiqlari 800-1000 manatla dolanacaqlar??? Kiwi duppeduz deyirdee. Bundan sonra vergiye nezareti omru boyu ayda 200 manat maaw almiw tarix cografiya muellimleri edeceklerse beri bawdan vergi odeyicilerine bawsagligi vermek lazimdir!

Bilo 2017-12-26 14:24:42

Allah ona rehmet elesin ulu onderimiz en azinnan guclu kadr secib teyin eliyirdi ne qohum nede ki dost birdenede olsun yersiz kadr teyin elemezdi.artiq pesekarligiyla heyder eliyevin dostlugu qazanirdi hemin wexsler.indi ise ferqi yoxdu savad olsun olmasin uygun gelsin gelmesin ancaq bizim qohumumuz olmalidi buna misal oqtay sireliyevle mikayil cabbarov.men teklif eliyiremki yeni tehsil naziri qurban qurbanov olsun mikayil cabbarovun nazir olmagiynan onun ne ferqi varki en azinnan isinin pesekaridi qurban muellim

Cabbar 2017-12-26 14:24:42

Gözəl təyinatlardır.Vergi də belə getdi. Balam bunların hansısı vergi işlərindən anlayışlıdır? Ölkədə bu işlər necə həll olur? Hara gedirik?

Dr.AGAOGLU 2017-12-26 14:24:42

Birincisi Fazil kisi vergi sistemini ele qurub ki oranin islahata ehtiyaci yoxdur.Oturub levi geden pulun qarsisinica almaq kifayet eden islahatdir.Ikincisi Fazil kisini qohumlarini cixardib oz qohumlarini yigirde burda teecublu ne varki.

imamova 2017-12-26 14:24:42

Fazil Məmmədovun dövründə Vergilər Nazirliyi qanunlarımızla yox,əl üsulu ilə idarə olunub.VN-də qanunlarımızın işlənməməsi ucbatından bütün Səhmdar Cəmiyyətlərin Səhmdarları dividentdən məhrum olunublar.Məsələn;Şəki-Bazar ASC-i ildə ən azından 600,0 min manat vergidən yayınmasına baxmayaraq Vergilər Nazirliyi göz yumur..Dəfələrlə V.Məmmədova rəsmi müraciət etməyimizə baxmayaraq VN-i tərəfindən şablon xarakterli cavab verilmişdir ? VN-də köklü kadr siyasəti aparılmalıdır və cənab M.Cabbarova uğurlar arzu edi

Son yazılar