"AZƏRBAYCANDA BİR YOXSUL BELƏ QALMAYACAQ, SIFIRA ENƏCƏK" - 2 ildən sonra...

“2017-ci ildə istər iqtisadi, istər münaqişələr baxımından dünyada müşahidə olunan gərgin vəziyyətdə belə Azərbaycan inkişaf yolunu davam etdirib. İlimiz uğurla başa çatmaq üzrədir. Təbii ki, prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın birgə fəaliyyəti və Azərbaycan hökuməti, ölkənin bütün kadr potensialının tam şəkildə prezidentin tapşırıqlarını yerinə yetirməsi sayəsində bu nailiyyətlərə nail olunub”.

Bunu APA-ya müsahibəsində baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

Ə. Həsənov bildirib ki, hələ 2008-ci ildə hökumətin hesabatında prezident İlham Əliyev qeyri-neft sektorunun inkişafı ilə bağlı dövlət proqramını hazırlanması barədə tapşırıq verib: “Dövlət başçısı o vaxt dedi ki, neftin qiyməti nə vaxtsa düşə bilər. Prezident tapşırıq verdi ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı dövlət proqramı hazırlansın. Hökumət bunu hazırladı və prezidentin rəhbərliyi altında qeyri-neft sektorunun inkişafı başladı. Fikir verin, neftin qiyməti düşdü, düzdür, müəyyən çalxalanmalar oldu, amma Azərbaycan öz iqtisadi stabilliyini itirmədi. Çünki qeyri-neft sektoru tədricən inkişaf etdi. Bu gün ümumdaxili məhsulun 60 faizdən çoxu qeyri-neft sektorunun payına düşür. Neftin qiyməti 3-4 dəfə düşdü, əgər prezident o zaman bunu etməsəydi, görün, biz nə vəziyyətə düşəcəkdik? İnşallah, 2 ildən sonra, 2020-ci ildə neftdən asılılıq sıfır vəziyyətində olacaq. Artıq o yerə gəlib çatırıq”.

Baş nazirin müavini prezident İlham Əliyev tərəfindən son 14 ildə Azərbaycanın inkişafının təmin olunduğunu qeyd edib: “2020-ci ilə qədər Azərbaycan inkişaf etmiş ölkələr sırasında olacaq. Prezidentin fəaliyyətində digər strateji istiqamət yoxsulluğun aradan qaldırılması ilə bağlıdır. Bu gün yoxsulluq həddi 5 faizdirsə, strateji istiqamət 2020-ci ildə yoxsulluğun sıfra enməsidir. İnşallah, 2020-ci ildə yoxsulluq sıfra enəcək, Azərbaycanda bir yoxsul belə qalmayacaq. Bu strateji istiqamətdə işlər uğurla icra olunur”.

635x100

Şərhlər

Xan Şuşinskidən 2017-12-26 15:57:07

Oxşar sözləri 20 il öncə MM sədri Rəsul Quliyev də demişdi. Bir addım irəli-3 addım xaricə, bir pay iqtisadiyyata-2 pay "bəzəyə" strateji-sürətli inkişaf 2016-da iqtisadi iflas siqnalı verdi. BMT-nin DQ münaqişəsinin həlli qərarından sonrakı Siyasi geriləmə isə keçən il 2-ci və "Kremlin-beynəlxalq" atəşkəs(təslim) aktı ilə bir daha təsdiqlənib.

Abit 2017-12-26 15:57:07

25 il gözleyerik teki sen deyen gerçek olsun.Adamın ...

aksioma 2017-12-26 15:57:07

100% elə olar.çünki hər nazir işdən çıxarılandan sonra mətbuata sızdırılır ki,4-5 milyard..(yəqin,bu rəqəm hələ yalnız mətbuat üçün açıqlanması məqbul sayılan rəqəmdir)....bu minvalla 100 % bir dənə də kasıb qalmayacaq,yəni ...

Kamil 2017-12-26 15:57:07

SİZ XALQIN MİLYARDLARINI OĞURLAYIN YIĞIN XARİCİ BANKLARA BURADA DA SARAYLAR OTELLƏR TİKİN MİLLƏT ACINDAN ÖLSƏ DƏ OLAR.SƏN VƏÖ SƏNİN KİMİLƏRİN MİLLƏR NƏ VECİNƏDİR. NƏVƏNƏ BİR NEÇƏ MİLYONLUQ MAŞINLAR AL. VƏ HEÇ OLMASA DANIŞMA

REDAKTOR 2017-12-26 15:57:07

TAMAMİLƏ DOĞRU BUYURURSUZ CƏNAB ƏLİ HƏSƏNOV! NİYƏ SİZİNLƏ RAZİLASİRAM, ONU DA DEYİM.SİZİN KİMİ RƏHBƏR VƏZİFƏLİLƏR DUNYASİNİ 75-80 YASİNA KİMİ KABİNETDƏ KRESLOSUNDA DƏYİSMƏ EHTİMALİ GUNDƏMDƏDİRSƏ, TƏBİİ Kİ, 2 İLƏ OLKƏDƏ NƏYİN Kİ YOXSUL, ƏHALİNİN TƏXMİNƏN 20-30 FAİZİ BELƏ QALMAYACAQ. ƏHALİNİ BU O QƏDƏRDƏ MARAQLANDİRMİR.XALQİ ƏN COX DUSUNDURƏN MƏSƏLƏDƏN DANİSİN. QARABAĞDAN,TARİXİ TORPAQLARİMİZDAN DİDƏRGİN SALİNAN 1 MİLYON ƏHALİ NƏ VAXT EVLƏRİNƏ QAYİDACAQ? ƏSAS BU SUALA CAVAB VERİN.25 YASİNDA QACQİN SUALİDİ

Amon 2017-12-26 15:57:07

Niye haminiz dusmusuz cenabin ustune sehv birsoz demeyibki.eli muellim duz deyir 2020ci ilde birdenede yoxsul qalmiyacaq hamisi qirilacaq

Adam 2017-12-26 15:57:07

Urrrraaaaa!!! Hamısı öləcək

Faiq 2017-12-26 15:57:07

sən və sənin kimilər getsəniz yaxşı olar. 25 ildir talayırsınız dövləti xalqı bəs edər. Bəsdir xalqı aldatma!

Şaiq Mustafayev 2017-12-26 15:57:07

Cənab Prezidentin göstərişləri yerinə yetirilmir. Misal: Qravitasiya qüvvəsini mexaniki enerjiyə çevirən qurğu ixtira etmişəm (AzPatentdə qeydiyyata alınıb). Rəy almaq üçün 28.11.2017-də Xəzər Universitetinə müraciət etmişəm. Müzakirə zamanı ixtiraya müsbət qiymət verilib. İşsiz olduğum üçün investorlara müraciət etdim. İnvestorlar fiziki şəxslə işləməkdən imtina edirlər.Dünyada analoqu olmayan (əgər varsa buyurun göstərin) ixtiraya sahib çıxan yoxdursa qeyri neft sektoru necə inkişaf edə bilər?

Müfəttiş 2017-12-26 15:57:07

Şaiq müəllim o pnevmomühərrikin axırı neşə oldu.Elə ixtira edə-edə gedirsiniz, bunları qeydiyyata alıb çatdirmaq da lazımdır axı.Heç olmasa biraz fasilə verin. Hörmətlə....

Şaiq Mustafayev 2017-12-26 15:57:07

DAVAMI. Çox sadə olan "Qravitasiya qurğusu"-nu istehsalatda tətbiq etmək üçün inverstor lazımdır. İstənilən komissiyanın qarşısında ixtiramı müdafiə etməyə hazıram. Qravitasiya qüvvəsi təsir edən sahədə "Qravitasiya qurğusu"-nun hərəkətini yalnız kənar müdaxilə ilə məhdudlaşdırmaq mümkündür. Maraqlananları aşağıdakı ünvana yazmağı xahiş edirəm. Elektron ünvanım: [email protected]

ilqar 2017-12-26 15:57:07

dostum onun bir uzune bax diqetle

G.M 2017-12-26 15:57:07

Hər Məmur balası gündə 5-10 kasıbı ``Qalinvagenlə`` vurub öldürsə 2 ildən sonra ..Bakıda Bir nəfər də kasıb qalmayacaq..Ölən,öləcək,sağ qalana da Qaçqınkom mənzil bağışlayacaq.))

Eldar 2017-12-26 15:57:07

Gözün aydın azerbaycan sen deme azerbaycanın elivanqası ve nasdurdamuseliside varıymış dünyaya xeber verinki nasdurdamus ve vanqanın azerbaycanda eli hesenov kimi telebesi var urrraaaa?

ARİF 2017-12-26 15:57:07

Yeyib doyandan sonra kasıb təbəqəni doyuracaq.

t.ədalət 2017-12-26 15:57:07

Əgər bu adam nəvəsinin törətdiyi dəhşətli qəzadan sonra fəaliyyətini yenə də yalanlar üzərində qurursa,vay bu ölkənin halına!Bu adam vəzifədən atılmalı idi.Başqa məmurlara tətbiq olunan münasibət,təəssüf ki Əli Həsənova aid edilmir.İqtisadiyyatı ölkə büdcəsini talamaq kimi başa düşən bu məmuru xatırladıqca,yadıma Qoqolun əsərlərindəki obrazlar düşür..Allah Azərbaycanı belələrindən qorusun!Yaxşı olar ki,o,nəvəsinə hansı yolla saxta hərbi bilet almasından danışsın.

Zacir 2017-12-26 15:57:07

Urahli sozunuzu deyin iki ildan siz olmayagaksiniz.Urayiniza damib.

dadaşyev 2017-12-26 15:57:07

Şappaşap yeməkdən usanıb sallanmış qoca çənələr "yetər,doydum daha" deməyincə Azərbaycan düzəlməz.

Sasasa 2017-12-26 15:57:07

Bu nə .... adamdir, bir vaxtlar deyirdi ki əsgərliyə getməyəcək qız verməyin! O .. nəvəsi heç harada kağız üzərində xidmət edib özü də bilmir. Bax dövlət də budur qanun da budur qanun şah deyil şah qanundur bəli onun kimilərin qohum-əqrəbası, nəvəsi bəs bizim kimilərin üzərindən keçib gedəcək və beləliklə kasıbların kökü kəsiləcək

dadaşyev 2017-12-26 15:57:07

İki ildən sonra necə inkişaf etmiş ölkələr sırasında olacağıq?İnkişaf etmiş ölkələr ağır sənayesi,maşınqayırması,yüksək texnologiyaları inkişaf etdikdən sonra olur.Dubayda hamı firavandı o demək deyil ki,o inkişaf etmiş ölkənin paytaxtıdı.Bizdə firavan olanlar deputatdı,rəisdi,başçıdı,nazirdi,millət isə acından günorta durur.Hansı günüvə inkişaf edəcəksən?Nə danışırsan sən?Tibbi sığortası yoxdu hələ millətin a kişi,üstəlik fondunu da 33 faiz kəsdilər.Yuxu görürsən,yoxsa yenə fərariyə qız verməyin söhbətidi?

Ayrim 2017-12-26 15:57:07

Əli muəlim! Sizin kimilər hərcənd Allahdan basqa hər kəsdən qorxursuz.Sizi and verirəm o qorxduqlariniza doğurdn belə adamsiz, ya sizi bu durum bu gunə salib? Bu sual tək sizə yox butun vəzifə shiblərinə aidir. Axi insana nə qədər var dovlət, arvad, məsuqə lazim olar gorəsən? Kim nə deyr desin bunun nə vaxtsa bədəlini odəyəcəksiz? İnanin xalqin malina xor baxanlarin aqibəti ainacaqli olur.İnanmirsiz var yixmaxa yarisa durmusuz, gorəcəksiz..

Cahangir 2017-12-26 15:57:07

Doğru deyir.Bunlarla Azərbaycanda yoxsullar acından,səfalətdən qlrılacaqlar. Belə getsə daha da tez ola bilər. Allah milləti talançılardan və digər millətin üzdəniraqlarından saxlasın.Canavar kimi soxulublar Azəbaycana,millət də əziyyət çəkir.n

dadawwteyne 2017-12-26 15:57:07

By olkenin qara dawi goyermez,agsaqqal goyermez,bagbani sen deyen bagban deyil,sen deyen bagban olsada goyermeyecek.

Mikayıl 2017-12-26 15:57:07

2008-ci ildən indiyə kimi Prezidentin qeyri-neft sektorunun inkişfına dair asərəncamı yerinə yetirilirmi? Hanı bəs nəticəsi? Yenə ərzaq,geyim,meyvə-tərəvəz,texniki mallar xaricdən gətirilir. Sənin kimi bir qrup adam yığılıbsınız,ölkəni,büdcəni pay-mal edirsiniz.Arabir də utanmadan ortaya çıxıb cəf hgiyat danışırslnlz. Yalnız yıxılanların dalınca danışmaqla ölkə düzəlməz.Qlobal təmizləmə aparılmalıdır.

MIRI 2017-12-26 15:57:07

........ YEGIN KI MENI HAMI BASHA DYSHDY. BELE XEYRI YOXDU. CUNKI BUNLAR AC GELIBLER BU FANI DYNYAYA BELEDE GEDECEYLER. BUNLARIN BELE MILIARDI OLSA BELE BUNLARDAN O ...

sakit 2017-12-26 15:57:07

Görəsən əli həsənov və ... bu yazılanları oxuyurlar? İnanmıram. Əgər oxusalar, onda bilin ki, mütləq onlar boğazlarına "siyirtmək" salıb, mütləq intihar edəcəklər. Bunların danışığına bax bir-hansı inkişafdan danışırsan ki,kasıbçılıqdan xəcalət çəkib,qohumun, tanışın üzünə baxa bilmirik. Sizlər deyin görək inkişaf üçün hansı stimul var?Məgər siz ölmüsünüz ki, inkişaf ola.Sizin inkişafınız Panamada, çexiyada və nə bilim ... Bir Azərbaycanda yoxdur.(azpolitika kişilik et bu şərhi burax).

VANQA 2017-12-26 15:57:07

Qaçqinkom hara?iqtisadiyyat hara? Səlim Müslümov yardimlari kəsirki budcədə pul yoxdur,bu deyir kasib qalmayacaq.Bu kasib yetim hardan qazanacaq?O xəzəlkimi gələn pullarin başini buraxinki kasiblarada çatsinda.Basib yeyirsiz obeddən sonra tox qarina başlayirsiz gop basmaqa.İnkişaf edən ölkədə qaz-isiq yanacaq avropa qiymətində olmur.Avropada onagörə o qiymətədirki onlarda o yoxdur,orta ayliq əmək haqqi 3000-3500.eynən sizin nəvələriniz kimi.

Müfəttiş-Şaiq müəllimə 2017-12-26 15:57:07

Mühəndisəm. Texniki səviyyəm sizin qədər olmasa da, Arximedin linq həngamələrindən az olmaz.Zarafatım sizə yox, AZPATENT-ə ünvanlanmışdı.Yagış suyunu cənə toplayıb, inersiya hesabına elektrik enerjisi almaq ideyasına patent verirlər, sizin ixtiralarınıza əhəmiyyət vermirlər.Nə var, ortada ivankanın adı var.Bizim ölkədə yaradıcı insanlara münasibət budur.Vaxtında çıxıb getmədik burdan, daha gecdir...

İlqarın dostu. 2017-12-26 15:57:07

Onun sifətinə diqqətlə baxmaq üçün..gərəkdir ki,Allah adama səbr versin.Ki,bu dəhşət saçan auranın faciəvi sehrindən çıxa bilsin.Yaradanın əlçatmazlığı ondadır ki,bütün canlıların daxili dünyasının müəyyən ekstrimal ``cizgilərini`` aurasında, sifətində əks eliyir.

t.edalete 2017-12-26 15:57:07

muellim,by muellim hansi olkenin "qacqinkomun"-nun sedri,baw nazirinin muavinidir?Eyer sen by olkenin baw yazarisansa, eli eyrizadeden xeberin yoxdursa kul by olkenin aclarinin bawina.

Şaiq Mustafayev müfəttişə 2017-12-26 15:57:07

Məsləhətinizə görə təşəkkürlər. AzPatent hələlik öhdəsindən gəlir. "Biraz fasilə verin" sözünü köhnəlib,sizə yaraşdırmıram. Əgər çertyejdan anlayışınız varsa, dahi Arximedin ling qanunauyğunluğunu dərk etmək qabiliyyətindəsinizsə elektron ünvan yazın bütün sənədləri sizə göndərim. İşlə tanış olduqdan sonra fikrinizi bildirərsiniz.

vetendas 2017-12-26 15:57:07

Deyirem hec utanirlarmi, hansi naziri qurdalyan kimi altindan milyardlar cixir oqurlanmis xalqdan. Bu nazirlerin hamsini oqurladiqina qore ve iline qore padvallara doldurasan ebedi....

oxucu 2017-12-26 15:57:07

Aaa bəs bu nikolay taxtdan düşməmişdi ? nə oldu ona.

Николайа 2017-12-26 15:57:07

A bey,sen menim kohne taniwim seyid Николай deyilsen?

Alik 2017-12-26 15:57:07

Teessuf ki vetenimiz kimlerinse Azerbaycan adinda sirketidir

Abit 2017-12-26 15:57:07

Ay saxtakarlar vaxtınız varsa bu şerhleri oxuyun.Bildiyim qeder oxuyurlar.Heç olmasa normal veziyyetde teqaüde gedin ki,sabah salam veren olsun.

vetandas 2017-12-26 15:57:07

Duz deyirsen, Saxta Baba! Bu Proqnozu bizlere coxdan qoyublar.Biri deyib Dozumlu Xalqiq, biri deyib bele getse bu Analoqsuz inkisaf neticesinde bir kasib bele qalmayacaq! Hamisi duzdu! Indi de sen tesdiq tekrar edirsen. Tamamile doqrudu ----- Bu Sistem bir az da davam etse Millet acindan qirilacaq. Meshur yalanci, Io- Kio baba hec pensiya verilende bankomatin qarsisindaki muharibeni gormusen???? Gormemisense, get bax!..

Cəxavət e cavab 2017-12-26 15:57:07

"Yuxarida" hami bunun tayidir, basha dushdunmu ?..

İxtiraçı Şaiq m. 2017-12-26 15:57:07

Texniki icadınızı texnoloji dövlətlərə satıb qonorar da ala bilərsiniz. Məqalə isə iqtisadi iflasa gətirən yeni strateji inkişaf modelinə aiddir. "QaçqınKom" startda 630 minlik siyahı üzrə bir milyon qaçqına yardım alırdı. 2018-ci ilin 1-ci rübündən isə onlar qazlaşan Avropanın yardımı ilə ata-baba mülklərinə qaytarılır. Hörmətli cənab Sədr Ə.Həsənovun dediyi kimi, işsizlikdən Bakıya yığılmış, eləcə də bütün kənd-rayon əhli belə 2020-ci ilə qədər hətta varlana da bilər.

London 2017-12-26 15:57:07

Eziz 33 serh yazan,hemvetenlilerim.Yaxshiki hele sizin kimi serh yuruden insanlarimiz qalib.Hele bunada sukur etmek lazimdir.

Eldar 2017-12-26 15:57:07

senin kimi karrupsionerler vezifede galsa hökmän komunizim olacag )))

Cəxavət 2017-12-26 15:57:07

Bu qaçqınlara satılan evlərdən nə qədər qazanıldığını kim deyə bilər? Hələ ayrılaan büdcə bir kənara.Prezident və ya onun rəhbəri olan baş nazirin onun işlərindən xəbəri varmı? Varsa-niyə nəticəsi yoxdur.yoz əgər yoxsa niyə xəbəri yoxdur.

Koxa 2017-12-26 15:57:07

Eziz vetendaş bularda utanan üz qalıbki....

николай 2017-12-26 15:57:07

Düz deyir, hər məmur nəvəsi 2 kasıb öldürsə.....kasıb qalmaz.

ABDULQADIR 2017-12-26 15:57:07

DEDIKLERIN DOGRUDURSA SEN AGIRLIGINDA DASH MENIM BASHIMA,YALANDIRSA YOXSULLAR AGIRLIGINDA DASH XALQI TALAYANLARIN BASHINA DÜSHSÜN.BELKE BU BEDBEXT GÜNE SALDIQLARINIZ HAQQINDA BIR SHEY DÜSHÜNELER.

Cəmşid 2017-12-26 15:57:07

Yəqin ki, Əli Həsənov özü də o zamana kimi sıfırlanacaq.

dadaşyev 2017-12-26 15:57:07

Yəni cəmisi 2 ilə həyatımız elə gözəlləşəcək ki,fərarilərə də qız verəcəklər.Adə bura Azərbaycandu ee,fərariyə də qız verərlər,işsizə də,tüfeyliyə də,qumarbaza da,yetər ki gədənin əli pulnan oynasın.Pulu çox olsun,dərdi qəmi az olsun...... 2 ildən sonra 2 adamın ölümünə bais olanların ümumiyyətlə yatmaması üçün nə qədər tərləmək lazım gələcək?

dadaşyev 2017-12-26 15:57:07

Deyir 2 ilə düzələcək.Aaaa!Hardan bilirsən 2 ilə sən və bütün sən yaşda olanlar yağlı vəzifələrindən atılacaq?Siz qocalar vəzifələrdə qaldığınız müddətcə respublika düzələrmi?Düzəldəniydinizsə indiyə qədər düzəldərdiniz,25 il düzəltməyib 2 ildəmi düzəldəcəksiniz?Nə düzəldə bilirsiniz,nə də üzüsulu çəkilə bilirsiniz ki,bacarammadıq,bizlik deyil bu işlər.Dördəlli yapışmısınız kreslolardan ki,bacarsaq da,bacarmasaq da kreslolar bizimdi.O zaman demokratiya deməyin.Demokratiyada bacarmayan gedər,bacaran gələr.

dadaşyev 2017-12-26 15:57:07

Sovet vaxtı,məktəb illərimdə "Sehrli xalat"a baxanda Rəşidin keçmişdə gördüyü səhnələr məni qəmləndirməzdi."Zastoy" dediyimiz həmin o Brejnev dövründə həyat indikindən o dərəcədə gözəl idi,bər-bəzəksiz halıyla Bakı o qədər sevimli,doğma idi ki,biz uşaqlar tam əmin idik ki,kinodakı o keçmiş qaranlıq illər bir daha qayıtmaz.Amma indi düşünürəm ki,keçmişə qayıtmaq üçün İo-Kio babanın sehrli xalatına ehtiyac yoxdu;Kuba və ya Çin pionerləri Havana-Bakı,Pekin-Bakı təyyarələriylə 5-6 saata o keçmişə düşə bilərlər.

dadaşyev 2017-12-26 15:57:07

Bu təhər ki siz Sovet qocaları işləyirsiniz,iki ildən sonra Azərbaycanda bir yoxsul yox ee,bir başıpapaqlı da qalmayacaq.

Son yazılar