Ələtdə bağça işçilərinə İlham Əliyevin xeyrinə səs vermək üçün bülletenlər verilib

Gəncədə isə idmançılara göstəriş verilib ki, sabah axşam İlham Əliyevin qələbə qazanması ilə bağlı atəşfəşanlıqda iştirak etsinlər

Klassik Xalq Cəhbəsi Partiyası Mərkəzi Seçki Qərargahının yaydığı məlumatda qeyd olunur ki, 11 saylı seçki dairəsinə daxil olan Ələt qəsəbəsində 204 saylı bağçanın işçilərinə bir həftə əvvəldən İlham Əliyevin xeyrinə bülletenlər verilib və tapşırılıb ki, seçki günü (2 saylı məntəqədə- ƏLƏT QƏSƏBƏSİ, E.İMANOV KÜÇƏSİ 127 SAYLI ORTA MƏKTƏBİN BİNASI) bülletenləri seçki qutusuna atmaq lazımdır.

Gəncədə idmançılara göstəriş verilib ki, sabah axşam saat 7.00-dən sonra İlham Əliyevin prezident seşkilərində qələbə qazanması ilə bağlı atəşfəşanlıqda iştirak etsinlər.

Qeyd edək ki, "AzPolitika.info" hökumətə yaxın mənbəyə istinadən əlavə 1,2 milyon seçki bülletinin çap olunduğunu və İlham Əliyevin xeyrinə işarələnərək hakimiyyətə yaxın şəxslərə paylandığı haqda məlumat verib. Qeyd olunan fakt bizə verilən məlumatı bir daha təsduiqləyir.

Vaqif

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar