“OYUNDANKƏNAR VƏZİYYƏT” - Putin seçkidəki əsas rəqibini necə "zərərsizləşdirdi"?

Putin hakimiyyətin korrupsiya əməliyyatlarını ifşa edən prinsipial mövqeli müxalifət liderini – 2018-ci ilin martında keçiriləcək prezident seçkilərindəki əsas rəqibini "zərərsizləşdirdi". Dünən Rusiya Mərkəzi Seçki Komissiyası tanınmış müxalifətçi, Korrupsiyaya Qarşı Mübarizə Fondunun rəhbəri Aleksey Navalnının prezidentliyə namizədliyini qeydə almaqdan imtina etdi. Komissiya üzvlərinin Navalnının təqdim etdiyi sənədlərə hər hansı iradı olmadı. İmtinaya səbəb kimi tanınmış müxalifətçinin 2013-cü ildə şərti cəza alması və bu müddətin hələ başa çatmaması göstərildi. Qərarı şərh edən Komissiya rəhbəri bildirdi ki, Navalnını seçkiyə buraxmaq onların da marağında olub. Amma Mərkəzi Seçki Komissiyasının məhkumluğu aradan qaldırmaq kimi bir səlahiyyəti yoxdur. Komissiyanın qərarına qarşı ümumxalq etirazı təşkil edəcəyini deyən Navalnı bütün tərəfdarlarını seçkini boykot etməyə çağırdı. 

Namizədlərin süni bolluğu 

Rusiyadakı 2018-ci il prezident seçkiləri potensial namizədlərin sayına görə rekord vura bilər. Son rəqəmlərə görə, 18 partiya üzrə 43 nəfər prezidentliyə namizədliyini irəli sürüb. 25 nəfər isə namizədliyini müstəqil şəkildə – öz adından verib. 

"Prezident seçkiləri haqqında" yerli qanuna görə, namizədliyin partiya tərəfindən irəli sürülməsi üçün qurultay keçirilməlidir. Öz adından namizədliyini verənlər üçün əsas şərt bu məqsədlə ən azı 500 nəfərdən ibarət təşəbbüs qrupunun yaradılmasıdır. Həm qurultayda, həm də təşəbbüs qrupunun iclasında Mərkəzi Seçki Komissiyasından nümayəndələr iştirak etməlidir.

Bunun ardınca namizədlər müvafiq sənədləri MSK-ya təqdim edirlər. Əgər komissiya hər hansı pozuntu və ya səbəb müəyyən etmirsə, namizədə seçki hesabı açmaq və seçici imzalarını toplamaq icazəsi verilir.

Namizədliyi təşəbbüs qrupu tərəfindən irəli sürülənlər 300 min imzatoplamalıdırlar. Partiya namizədləri üçün isə 100 min imza kifayət edir.  Parlamentdə təmsil olunan partiyaların təmsilçiləri imzatoplamadan azaddırlar.

İmzalar toplanandan sonra Mərkəzi Seçki Komissiyası onları yoxlayır və namizədi qeydə alıb-almamaq barədə qərar verir.

DW-yə danışan ekspert bildirib ki, Navalnıya rədd cavabının verilməsi müxalifət liderinin tərəfdarlarının üzərinə yeni vəzifələr qoyur. İndi onlar bütün güclərini ortaya qoyub sübut etməlidirlər ki, Navalnının seçkiöncəsi kampaniyadan kənarlaşdırılması səhv addım olub və baha başa gələcək.

"Artıq heç kim gizlətmir ki, Navalnını hakimiyyətə təhdid kimi görürlər. Bunu dilə gətirməsələr də, hər şey ortadadır. Əslində Vladimir Putin illik mətbuat konfransında Sobçakın sualını cavablandıranda Navalınını niyə seçkiyə buraxmaq istəmədiklərini şəhr etmişdi. Hələ ki onu Putinə rəqib görmürlər. Çox yaxşı. Amma aydın şəkildə görürlər ki, bu adam insanları nəinki konkret Putinin, ümumilikdə elitanın əvəzlənməsi barədə düşünməyə vadar edə bilər. Belə bir siyasətçi ilə də istər seçkiyə qədər, istərsə də seçkidən sonra gündən-günə çətin olacaqdı. İndi Navalnı vətəndaşları seçkiləri boykot etməyə çağırmaqla yanaşı, nümayiş və mitinqlər də təşkil etməlidir.  

Destruktiv tətil 

Ola bilsin ki, bunlar ağır, hətta icrası qeyri-mümkün işlərdir. Konkret namizədi təşviq etmək asandır. Navalnı kimi namizədlə bunu etmək ağır və təhlükəlidir. Amma hər bir halda ortada dəqiq hədəf olur və nəticə görünür.

Namizədi dəstəkləmək komanda üçün psixoloji cəhətdən asandır. Prosesin özü də konstruktiv, pozitivdir. Boykot isə destruktivdir, dağıdıcıdır və nəticə olaraq heç nə qura bilmir.

İndki halda Navalnıdan nə tələb olunur? Tək özü boykot etməklə qalmasın, başqalarını da buna razı salsın. Səsvermədə iştirak etməməklə yanaşı, real mənzərini görmək üçün müşahidəçilər göndərsin. Təbii ki bu çətin olacaq. Fəalları təqib və təhdid edəcəklər, həbslər olacaq". 

Arqumentlər və texnologiyalar 

Ekspert deyir ki, Aleksey Navalnı ən müxtəlif texniki və siyasi texnologiyalardan istifadə edən və Rusiya üçün ənənəvi sayılmayacaq siyasətçilərdəndir: "2011-ci ilin parlament seçkilərində müxalifət olaraq maraqlı bir şüar ortaya qoymuşdular – İstənilən partiyaya səs ver, Vahid Rusiyadan başqa! Nəticə olaraq çox şey dəyişmədi. Amma o an üçün nəticə əldə olundu. Hakimiyyət partiyasını konstitusion çoxluqdan məhrum etmək mümkün oldu. Hakimiyyət özü isə çoxsaylı küçə nümayişlərinin təzyiqi altında bir sıra siyasi islahatlara getdi. 

İndi Navalnının qarşısında çətin vəzifə dayanır. Sübut etməlidir ki, onsuz keçirilən seçki, seçki deyil. 6 il əvvələ baxanda indi resursları da böyükdür. Bölgələrdə gənc, motivasiyalı əməkdaşların işlədiyi qərargahları var. Həmçinin milyonlara çıxış imkanı yaradan internet-resursa sahibdir. 

Məhkumluğunun seçkidə iştirakına mane olmadığını sübut edən əsaslı arqumentlər də ortaya qoya bilər. Bütün bunlar tərəfdarlarının və potensial seçicilərinin ona nə dərəcədə inanmasından asılı olacaq". 

Avropa Birliyi Navalnının müdafiəsinə qalxdı

Yeri gəlmişkən, bu gün Avropa Birliyi Navalnının namizədilyinin qeydə alınmamasını pisləyən bəyanat qəbul edib. Bəyanatda bildirilir ki, Rusiya Mərkəzi Seçki Komissiyasının Navalnıya verdiyi rəddə cavabı bu ölkədə demokratik seçkilərin keçirilməsini şübhə altına alır.

Avropa Birliyi hesab edir ki, imtinaya əsas kimi göstərilən məhkumluq siyasi motivli işin nəticəsidir. Və Avropa Məhkəməsi 2013-cü ildə bu işdə Navalnının ədalətli mühakimə hüququnun pozulduğunu təsdiqləyən qərar çıxarıb.

Qurum hesab edir ki, Navalnını siyasi fəaliyyətdən kənarda saxlamaq üçün bu cür ittihamlardan istifadə olunması yolverilməzdir.

Strateq.az

635x100

Şərhlər

Memli 2017-12-26 21:54:28

Putin kişidirmiki kişi kimi seckiye getsin

Роберт 2017-12-26 21:54:28

Много уважаймый расиянина не дапустити воры на властю ани воры прашу вас расия без воры без путина далой вор путин перйод дарагой навалный 2018 годы прездент расийски федерачия тавариш а навлны ура жлаю удачи дарагой прездент алексей навални урааа путина трибунал

Oğuz 2017-12-26 21:54:28

Bir daha deyək putinin təmsil olunduğu ozerevski mütəşəkkil cinayətkar dəstəsi heç vaxt seçimlə dəyişilməyəcək. Hal hazırda hakimiyyətdə olan putin RF kon-na görə leqal prezident deyil.Həmin kon-ya görə bir adam iki dəfə prezident ola bilər. O ölkəni kriminal anlayışla idarə edir, oğru dilində paxandır. Onların taktikası belədir öldürürük(dünyanın hər yerində teror törədə bilərlər), öldürəcəyik lazım gəlsə nüvə silahıda işlədəcəyik, amma heç vaxt hakimiyyətdən getməyəcəyik. Bu dəstəni yalnız inqilabla demirmək olar (rusiya böyük dövlətdir, moskvada 4-5 milyon insan küçəyə çıxsa o dəqiqə biznes təyyərələrlə bu quruplaşma dünyanın müəyyən istiqamətlərinə uçaraq qaçacaq), ........

Vikinq Meyster 2017-12-26 21:54:28

ÖZünə VURĞUN bəzi "lider"lər 1-ci seçgi dövründə "hakimiyyət ustası"na, 2-ci dövrdə iştahlı "qrossmeyster"ə, 3-cü seçgidə mütləqiyyətə (bütə) çevrilirlər. İqtidar olmuş qrossmeystr ayrılmaz ətrafı ilə yeni namizədləri "peşəkarlıq"la elə debütdəcə "udur" və mübarizəsiz növbəti çempionluğu əldə edirlər.

Gumrah 2017-12-26 21:54:28

Ey dünya rusya kazaxstan tacikistan ermenistan belarus ve azerbaycana tesir etmesez bu devletlrrde edaletli secki olmayacaq bu işe mütleq ve mütlek beynalxalq o cümleden amerika avropa bmte tesir etmelidirki azad secki olsun ki xalq istediyi namizedi secsin sivil dünya kimi

Vüsal 2017-12-26 21:54:28

Putin seckiye qlz evinde toydu yeni kremilde oğlan evinin xeberi bele yoxdu yeni Rusya xalqının allah elemesin ki azerbaycan o düşük putin yolunnan getsin həm devleti hemde prezident dünya gözünnen sala putin artıq qorxusunnan polis gügne hakimyeti saxlamaq istəyir

Vüqar 2017-12-26 21:54:28

Men bütün rusyada yaşayan rus vetendaşı olmuş azerbaycan balalarna demek isteyiremki ananı atanı bacı qardaşnı ve işxal altından olan.torpaqlar azad olması esgerlermizi ona putin hakimyetne yox deyin onın puluna vetennizi ailenizi satmayın navalnıya desdek olun ele bu sözlerim gürgü ve ukraynalarada aiddi

Максим 2017-12-26 21:54:28

Уважаймый украинчы гуризини и азербайджанчы если хатити взят акуперавннй тероторю вернит апратно и живем мирны тагда ни адново голос не давайти воров путинский каманду ани воры па этому будишший рассия ваших руках выбериди ат траех адну или гасбадин григори явлиниски ксеня сабчак или алексей навалный дайти голосюти них. выганяйти воры путиниски бантиты жлаю удачи

Son yazılar