Təşəbbüs qrupu Putinin Rusiya prezidentliyinə namizədliyini yekdilliklə dəstəkləyib

Təşəbbüs qrupu Vladimir Putinin Rusiya prezidentliyin namizədliyini irəli sürüb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə qərar təşəbbüs qrupunun bu gün Ümumrusiya Sərgi Mərkəzində (VDNX) keçirilən iclasında verilib.

Təşəbbüs qrupunun üzvləri yekdilliklə Vladimir Putinin 2018-ci ilin martın 18-də keçiriləcək prezident seçkilərində namizədliyinin irəli sürülməsini dəstəkləyiblər.

Qeyd edək ki, təşəbbüs qrupuna 600 nəfərə yaxın tanınmış ictimai xadim, elm adamları, incəsənət xadimləri daxildir. Təşəbbüs qrupunu hakim Vahid Rusiya partiyası, Ümumrusiya Xalq Cəbhəsi, "Qələbə Könüllüləri", Rusiya İctimai Palatası dəstəkləyir.

Təşəbbüs qrupu Vladimir Putinin Rusiya prezidentliyinə namizədliyi üçün lazımi sənədləri yaxın günlərdə Mərkəzi Seçki Komissiyasına təqdim edəcək.

635x100

Şərhlər

Taryel 2017-12-26 23:02:03

Ay teşebbüs qurpu pula satılıbsıs gor kar lal olupsuz..

Yaqub 2017-12-26 23:02:03

A boynuzu yere soxum aleksey navalnıya ses verses onu desdekleses olmazmı ay mrazlar

Son yazılar