"Rusiya beynəlxalq məsələlərdə aparıcı rollardan birini oynayır" - Prezident

"Rusiya dünya miqyasında sabitləşmə amilidir və beynəlxalq məsələlərdə aparıcı rollardan birini oynayır".

"Report" TASS-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev MDB dövlət başçılarının Moskvada keçirilən qeyri-rəsmi görüşündə deyib.

Azərbaycanın dövlət başçısı qeyd edib ki, Rusiya MDB-ni birləşdirən ölkə, birliyin əsas dövlətidir. Buna görə də Rusiyada baş verən müsbət proseslər bütün üzv ölkələrə təsir edir.

"Rusiya Vladimir Putinin rəhbərliyi altında ictimai-iqtisadi inkişafda çox böyük müvəffəqiyyətlərə nail olub. Rusiya beynəlxalq aləmdə böyük nüfuza malikdir və bu gün beynəlxalq məsələlərdə aparıcı rollardan birini oynayır", - deyə Azərbaycan Prezidenti bildirib.

635x100

Şərhlər

Arif 2017-12-26 23:27:38

Her bir AZAD VETENDASHIN Konstitusiyaya UYQUN , SHEXSI REY - FIKIR IFADE ETMEK HUQUQU VARDIR ve bu REY -FIKIR FERQLI OLA BILER HETTA prezidentin rey-fikrinden. Postsovet mekaninda olan butun konfliktler, intriqalar, munaqisheler, provokasiyalar barede Putin bilir..., BES HANSI "SABITLIKDEN" soz gedir : 30 ile yaxin ermeni -rus ishqalinda qalmish Daqliq Qarabaq ve etrafindaki DAQIDILMISH - XARABA QALMISH 7 rayonlardami "SABITLIK" VAR... ?

Son yazılar