MƏMMƏDOVUN 50 MİLYONLUQ "KASSA ƏMƏLİYYATI" - "Son vaxtlar naziri də saymırdı..."

fazil-memmedov

Keçmiş vergilər naziri Fazil Məmmədovun Vergilər Nazirliyində yüksək vəzifə tutan yeznəsinin işdən çıxarılması barədə xəbərlər təsdiqlənib. Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini olan Namiq Quliyevin işdən çıxarılması barədə xəbərlər hələ dekabrın əvvəlində yayılmışdı. Bildirilirdi ki, dekabrın 5-də nazir işdən çıxarıldıqdan bir gün sonra Namiq Quliyev də ərizəsini yazıb.

Fazil Məmmədovun bacısının həyat yoldaşı olan Namiq Quliyev əvvəllər Vergilər Nazirliyində nazirin müşaviri vəzifəsində çalışıb. O, 2016-cı ilin fevral ayında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini postuna gətirilmişdi.

Namiq Quliyev haqda zaman-zaman çox ilginc xəbərlər yayılıb. Məsələn, deyilirdi ki, Namiq Quliyev naziri son vaxtlar, ümumiyyətlə, saymırmış, nazirliyə kefi istəyəndə gəlirmiş. Hətta yeznənin iki lüks kabineti də varmış. Biri nazirlikdə əsas binada, digəri isə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində. Namiq Quliyevin əsasən Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentindəki kabinetində oturduğu deyilirdi. Bildirilirdi ki, “əsas pul burada yığıldığından” yeznə gününü bu binadakı kabinetində keçirirmiş. Fazil Məmmədov yeznəsindən nazirlikdə oturmasını tələb etsə də, Namiq Quliyev onun sözünə baxmırmış.

Qeyd edək ki, 2015-ci ilin fevralında ölkə başçısının sərəncamı ilə Vergilər Nazirliyinin 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi alanlar sırasında Namiq Quliyev də olub.

Fazil Məmmədov yeznəsinin Vergilər Nazirliyini ailə biznesinə çevirmək üçün hər şey etmişdi. Məsələn, nəzarət-kassa aparatlarını Fazil Məmmədovun bacısı oğlu, yəni Namiq Quliyevin oğlunun adına rəsmiləşdirilmiş “CASPEL” MMC-nin ölkəyə gətirdiyini bilməyən yox idi. Hələ 2011-ci ildən başlamış “kassa işi” o zaman böyük hay-küy də yaratmışdı.

Fazil Məmmədovun xeyir-duası ilə “CASPEL”ə “yaşıl işıq” veriləndən sonra iş adamlarının qara günləri başlamışdı. Vergi müfəttişləri obyekt sahiblərinə məhz “CASPEL” şirkətinin satdığı kassa aparatlarını quraşdırılmasını tələb edirdilər. Maraqlıdır ki, vergi müfəttişləri bunun səbəbini gizlətmir, həmin şirkətin vergilər nazirinin bacısı oğlunun olduğunu deyir, hətta “kim o aparatları alıb quraşdırmasa, vəziyyəti pis olacaq”, - xəbərdarlığını da edirdilər. Məsələn, 2012-ci il qiymətləri ilə “4613-XXX” tipli aparatın qiyməti 1980 manat, quraşdırılma xərci isə 520 manat olub. Bir kassa aparatı üçün sahibkarlardan 2500 manat alınıb. Yanacaqdoldurma məntəqələrindən isə hər kolonkaya bir aparat qoyulmasını təmin ediblər ki, bu da bir YDM-dən 10 min manat qazanc deməkdir. Hansı ki, kassa aparatlarının satışı ilə məşğul olan digər 20-dək şirkətlər vaxtilə bu aparatları cəmi 240 manata satırmışlar. “Mini-T 400 ME” markalı aparatı yeznənin şirkəti sahəsi 50 kvadrat metrə qədər olan obyektlərə quraşdırıb ki, onu “CASPEL” 700 manata, digər şirkətlər isə 150 manata satırdılar. Adi statistikaya görə, ölkə üzrə təxminən 4 min şadlıq evində quraşdırılmış bu aparatlardan (hər biri 2500 manat) nazirin yeznəsinin şirkəti 10 milyon manat əldə edib. Orta hesabla bütün ölkə üzrə Fazil Məmmədov və yeznəsi bu əməliyyatdan 50 milyon manat əldə edib. Şübhəsiz ki, bu hələ bilinən bir maxinasiyadır ki, yeznə vaxtı gələndə bunlara cavab verməli olacaq.

Gələn bilgilərə görə, F.Məmmədovla bağlı iqtidarın tavrı onun yaxın çevrəsində şok effekti yaradıb. Birbaşa sabiq nazirlə bağlı olan bir çox iri şirkətlərdə, müəssisələrdə qeyri-müəyyənlik yaranıb, müəssisələrə rəhbərlik edən şəxslərin çoxu işə çıxmır. Hamının “burnunda” bir həbs təhlükəsi “qoxusu” var...

Yeni vergilər naziri Mikayıl Cabbarov isə “təmizləmə” aparılan nazirlikdə bir sıra yeni təyinatlar edib. Nazir özünə iki müşavir və köməkçi təyin edib. Məlumata görə, Camal Qasımov və Elnur Əliyev nazirin yeni müşavirləri təyin ediliblər. C. Qasımov bundan öncə Təhsil Nazirliyinin aparat rəhbəri, E.Əliyev isə Nazirliyin informasiya şöbəsinin müdiri olub. O, həm də bir müddət Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini və müdir əvəzi olub.

M.Cabbarovun köməkçisi isə Ceyhunə Muxtarova təyin olunub. C.Muxtarova M.Cabbarovun “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində və Təhsil Nazirliyində köməkçisi olub. (Musavat.com)

635x100

Şərhlər

həsən 2017-12-27 11:52:06

ƏHALİNİ DÖVLƏTİ 20 İL ƏSAS SÖKÜB TALAYAN VERGİNİN AUDİT İDİ. GÖRƏSƏN ONLARI DA CƏZALANDIRACAQLARMI

Bashirov Qarib 2017-12-27 11:52:06

Dovlet budcesinin gelir hissesinde ehaliden toplanan cerimeleri 400milyon, xerc hissesinde ise, Sosial teminatlar uchun DSMf-a ise budceden vur-tut 300milyon ayrilib.Iki il evvel ise bu xerc 2milyard nezerde tutulurdu.Nazirin yeznesi, yeznesi oglu ise tekce bir emeliyyatdan 50 milyon pul chirpishdirir.Z.Memmedov ise mehshur siqnal qurashdirma emeliyyatinda 750milyon qapazlayir.F.Memmedovun 4,5milyard taladigi iddia olunur.Dovlet budcemiz ise,2il erzinde 25milyarddan, 12milyarda enib.Anoloqsuz inkishaf budur

sakit 2017-12-27 11:52:06

Yeni təyin olunanlara baxıram-heç biri mütəxəssis deyillər.BaxıllAR Kİ,BU ÖLKƏDƏ FİLANKƏSİN kanalına düşmüsənsə ye getsin. Vallah bu ölkə başdan-ayağa dərəbəylikdir.

dadaşyev 2017-12-27 11:52:06

Azərbaycanda bir zərbül-məsəl var,kasıblar üçündü."Sağlığında kor Fatma,öləndə badam gözlü".Nazirlər üçün bunun tam əksidi.Sağlığında badam gözlü,öləndə kor Fatma.A balam,bir yönnü adam tapammadıq ki,işdən çıx(arıl)andan sonra desinlər,bunnan yox idi,nahaq çıxartdılar kişini.Noldu,dünənə qədər başına and içirdilər,qadasını alırdılar bunun."Fazil əmi ayaq qoyan yerə baş qoyaram"-filan.(bu cümləmə görə birisi hirslənəcək indi.A balam,demisən də araq içə-içə).Noldu o işlərin axırı?Hə?Sənnən soruşuram e.Noldu?

Garay 2017-12-27 11:52:06

bardaxdır. hərə bir tərəfdən daraşıb dövləti xalqı talayır.

İxtisas eksperti 2017-12-27 11:52:06

Mətbuat 2016-cı ildən "50 milyon"lardan yazır. Çox halda bu məbləğdən ünvana 1-2 milyon çatırmış? Bəs qalan 45-48 milyon kimə qalır və ya haraya ötürülürmüş? İnsan kapitalına önəm verən .... Misal üçün M.Cabbarov və ya R.Quluzadə hər hansı nazir sinifinə ediliblər. ...Tənqidsiz iş kriminala dönür və təhqiqat obyektinə çevrilir.

Amon 2017-12-27 11:52:06

Yeni deb yaranib eger kimse yuksek vezifede oturmaq istiyirse halal heyat yoldasini bosuyub yeni teklif olunan xanimla evlenir ve belecede vezifede ildirim suretiyle irelileyir.eh qemlo qemlo papaginda yarasirdi sene

XXX 2017-12-27 11:52:06

Eseblesen kimi aztv ye baxin esebleriniz sakitlesecek ve pesman olacaqsiz yazdiqlariniza.bu qeder gozel parklarimizi gormursuz gedin dincelinde neynirsiz isi

kamil 2017-12-27 11:52:06

Azerbaycanda teze deb dushub,,ishden qovulan ishcini yaxshi sirnilik alaraq tezeden hemin nazirliye oz ishine qoymaq,,Gedebeyin polis reisi meherrem quliyevin polis oglu FERMAN QULIYEV insanlarin uzune exlaqsiz qadinlari onlarla olan video goruntuleri yazmaqla kullu miqdarda pul alaraq shantanj etmesi neticesende ilisdiyi adamlarda birisi arxala adama cixib Fermani DIN-den qovdurdu,Bir neca ay kecenden sonra Meherrem Quliyev 50000 manat vererek oglu fermani tezeden DIN Baki seh Nizami rayonuna qebil etdirdi,Diger Komruk Komitesinin Qirmizi Korpu menteqesinde isleyen Afqan Quluyevi bir nec il evvel Komrukden qovdular yeyinti ustunde bir ay kecmemish gena tezeden 30000 vererek oz ishine qaytardilar,Bir ay evvel tezeden korrubsiya ustunde komiteden qovulmis Afgan Quluyev 65000 manat vermekle bir daha Komruk Komitesine oz kohne isine Qirmizi Korpu menteqesine ise qebul etdiler..Goresen bir neca defe korrupsi,yeyinti,santaj ustunde qovulan adamlari neca ve ne deyib ne adla oz is yerlerine vostonovit edirler???Goresen bu tekce polis reisinin elinden gelir ya neca?Yeri gelmisken meherrem quliyevin ozunude bir defe rusvet ustunde bolme reisliyinde qovmusdular,,az sonra tezeden rayona reis qoydular..

Son yazılar