FAZİL MƏMMƏDOVUN DƏBDƏBƏLİ VİLLASI - Fotolar + VİDEO

Dekabrın 5-də Prezident İlham Əliyevin Sərəncamı ilə Fazil Məmmədovun vergilər naziri vəzifəsindən azad edilməsi gündəmin əsas müzakirə mövzusuna çevrilib.  Fazil Məmmədovun səhhətində yaranan problemə görə vəzifəsindən çıxarıldığı deyilsə də, başqa versiyalar da səslənməkdədir.

Fazil Məmmədovla bağlı məsələnin aktuallığını nəzərə alaraq, onun hazırda  yaşadığı dəbdəbəli villanın fotolarını çəkməyə nail olmuşuq. Sözügedən villa Bakı şəhər, Binəqədi rayon, 9-cu mikrorayon ərazisində, Heydər Məscidinin yaxınlığında yerləşir. 

Fazil Məmmədova məxsus olan bu dəbdəbəli sarayı 7-8 metrlik hündürlükdə olan hasarlar və 24 saat çəkiliş aparan üztanıma kameraları ilə əhatə olunub. Villanın 7-8 metr hündürlükdə olan əzəmətli hasarları "alınmaz qala”nı xatırladır.

Ona görə də sabiq MTN şefi Eldar Mahmudovun bir müddət əvvəl mətbuatda fotoları yayılan nəhəng villası Fazil Məmmədovun bu imarətinin yanında sözün həqiqi mənasında "koma”ya bənzəyir.

Hətta, mən deyərdim ki, keçmiş vergilər nazirinin "Ağ Ev”ə bənzəyən dəbdəbəli villası Prezident Sarayından da güclü mühafizə olunur. Hasarların üzərində ən son model üztanıma kameraları quraşdırıldığı üçün ərazidən quş uçsa belə, mühafizəçilərin dərhal xəbəri olur. Bu üzdən də sözügedən villanın fotolarını çəkəndə bir sıra çətinliklərlə rastlaşdıq və evin giriş darvazası hissəsindən keçən küçədən normal çəkiliş etməyimiz mümkün olmadı.

 Mühafizəçilər isə ümumiyyətlə binaya yaxın düşməyə imkan verməməklə yanaşı, küçədən keçən şübhələndikləri şəxslərə yaxınlaşaraq onları sorğu-sual edirdilər.

Bizdə məcburiyyətdən Fazil Məmmədovun dəbdəbəli sarayının görüntülərini daha yüksək yerdən çəkməyə müvəffəq olduq.

Sözügedən villanın yerləşdiyi ərazidə çəkiliş apardığımız zaman bir çox maraqlı məqamlara da şahid olduq. Çəkiliş zamanı Fazil Məmmədovun evinin qarşısını süpürən 10-a yaxın xadimə qadının maraqlı dialoquna şahid olduq.

 

Süpürgəçi qadınlardan biri o birinə sual edirdi ki, hər gün 10 nəfərin gəlib buranı süpürməyinin nə mənası var? Digər xidmətçi isə ona cavabında başını aşağı salıb işini görməyi məsləhət görür. Əks halda icra başçısının onu işdən çıxaracağını söyləyir. Az keçmir ki, xidmətçi qadınlar ərazini tərk edirlər.

 Evin son dərəcə güclü mühafizə olunmasını nəzərə alıb, çəkilişin müəyyən hissəsini taksi ilə aparmağa məcbur olduq. Taksi sürücüsü bu əraziyə bələd adam idi və bizimlə maraqlı söhbəti oldu. O deyir ki, Fazil Məmmədov daha çox bu evdə yaşayır.

"Mən bu əraziyə yaxın yerdə taksi fəaliyyəti ilə məşğulam. Bəzən olur ki, gün ərzində Fazil Məmmədovun bu evinin qarşısından bir neçə dəfə keçirəm. Bir dəfə bu evə sərnişin də gətirmişdim. Eşitdiyimə görə, Fazil Məmmədov evinin həyətindəki hovuzda delfin də saxlayır.

 Beləliklə, keçmiş vergilər naziri Fazil Məmmədovun "Ağ Ev”i xatırladan dəbdəbəli villasının görüntülərini oxuculara təqdim edirik:

635x100

Şərhlər

Asim 2017-12-27 16:14:06

Belə xalqa bu da aqzdır.Nə vaxt ki, xalq amin ....

Sade Vetendas 2017-12-27 16:14:06

Getmişkən qonşuluqdakı digər nazirləridə çəkərdiz!? yoxsa olarda istefadan sonra olacaq

t.ədalət 2017-12-27 16:14:06

... təkcə oğru Fazil deyil,digər nazirlərin də villaları göz deşir.Atatürk prospektindəki"Zivella" dükanının arxası,M.Araz küçəsi boyunca sıralanan villalar sübut edir ki,nazir və məmurlar Azərbaycanı çalıb,çapırlar."Onlara "Dur!"-demək,artıq mümkün deyil.Oğruların sayı eşşək sürüsü kimi o qədər artıb ki,hara baxırsan onlar görünür..

Bashirov Qarib 2017-12-27 16:14:06

Mehman bunlarin hamisini chekib de , gosterib de.Bunu hami da bilir.

Ccc 2017-12-27 16:14:06

...

Cəbrayıl 2017-12-27 16:14:06

Hansı yüksık vəzifəli dövlət məmurunun belə villaları yoxdur ki,elə Fazili hallandırırsınız.Mehman qızıl lüstrləri olan villanı işıqlandırdı həmən qulaqladılar.Müslümovun villası bundan kiçikdir? Fazil Məmmədov haradasa doğru (kiməsə xoş gəlməyən ) danışıb deyə onu ortaya atdılar.Bəs digərlərinin adı nyə çəkilmir? Axı millətə məlumdur.

G.M 2017-12-27 16:14:06

Fazil nazir idi..İstənilən İH Başçısının,Prokrorun,deputatın,bayağı mahnılar oxuyan manısın..hətta polisdə üzəduranın villası var.Deməli anormal mühit mövcuddur ki,məmur və dələduzlar varlanırlar.

seva 2017-12-27 16:14:06

Normal hökümət olsa deklarasiya haqqında qanun çıxarar(bəlkə də kağız üzərində var).O qanun işlək olsa, bütün əmlaklar müsadirə olunar.Bundan sonra gələn qorxusundan qələt edər xalq malına çəp baxa bilməz.Bütün bu oğurluqlar hökumətin zəifliyindən əmələ gəlib.

t.edelete 2017-12-27 16:14:06

muellim,sen agilli adamsan,belke qolunu cirmalayib ozun bawciliq eleyesen by .... surusune.

dadaşyev 2017-12-27 16:14:06

Aaaa!Millət elə bilib ki,vergini dövlətə ödəyir.17 il ərzində buna ödəyiblərmiş ki,vergini.Və görən də olmayıb.Nədənsə.Hamısının zavallı büdcəni söküb dağıtması,çalıb çapması işdən atılan kimi məlum olur. Sanki "Sindbadın qızıl səyahəti"ndəki keçəl sehrkar kimi naməlum bir kişi var respublikada,bir əfsun oxuyub,yağlı vəzifədəkilərlə dövlət nəzarəti orqanları arasında görünməz pərdə çəkib ki,naqis əməlləri görünməsin.

pensiyaci 2017-12-27 16:14:06

hormetli admin yixilani niye baltalayirsan rovneqin selimin samirin. ve basqa .... bashlarina ucasi xarabalarindan niye yazmirsiniz yoxsa mehmanin taleyi ders olub????

EMİN 2017-12-27 16:14:06

YAXSİ CƏKMƏMİSƏN . NİYƏ SƏNİ GƏRƏK BİRİ QUCAĞİNA ALARDİ. BƏLKƏ ONDA LAP YAXSİ FOKUS MƏSAFƏSİ TUTARDİN. FOKSUN EYRİ DUSUB. YERİN NARAHAT OLUB GUMAN. BİR DƏ GƏL BİZİM SUVƏLANA SƏNƏ ELƏ VİLLALAR GOSRƏİM CƏK AYAQLARİN YERDƏN UZULSUN. SƏNƏ HEC NƏ KRAN NƏ DƏ DALİNDA DAYAQ İAZİMDİR.FOTOYA BAXANDA NƏ BİLMƏK OLUR Kİ KİMİNDİ. HEC OLMASA ADİNİ YAZ SAMİR SƏRİFOVUNDU, ABİD SƏRİFOVUNDU, RAMİL USUBOVUNDU, ZAKİR QARALOVUNDU, SƏLİM MUSLUMOVUNDU, ƏBULFƏZ QARAYEVİNDİ, KAMALƏDDİN HEYDƏROVUNDU, KƏRƏM HƏSƏNOVUNDU YA DA FAZİLİN?.

Agababa 2017-12-27 16:14:06

Bu Fazil kisininvillasi da gozeldir.Allah her seyin gozelini Fazile verib.Gorunur Allah qatinda sevilen quldur.

Omar 2017-12-27 16:14:06

Besdirin bu geden nazirin dalınca danışmayın ezizlerim ...........

Amon 2017-12-27 16:14:06

He nolsun.mikayil cabbarovun tehsil naziri vaxtinda kollegiya iclasinda plansetle oynamaganinnanki yaxsidi.yaxsi ev medeniyyetdi kohneden bakida ekser evlerde 4 alie bir tualete gedirdi evlerde ki ici ice.o yaxsidi yoxsa herkesin gozel evi olmagi

Kasib 2017-12-27 16:14:06

O adamin yerinde burda yazanlardan kim olsa ondanda yeke ezemetli villasi olardi Ayibdi ozunuzu bu qeder ucuza satmayin. kiminse sexsi qerezliyi varsa getsin uzune desin

İ.Mustafaoğlu 2017-12-27 16:14:06

Vətəndaşların şikayətinə məmurlar və onlara nəzarət edən qurumlar tərəfindən baxılmır ?Bu səbəbli məmurlar tərəfindən dövlətin milyonları çox talan olunacaqdır? Bir dövlətimizi sevən vətəndaş kimi deyə bilərəm ki,vətəndaşların şikayətinə obyektif baxılsa,dövlət əmlakının talan olunmasının qarşısı alınmış ola bilər. Respublikamızda fəaliyyət göstərən Səhmdar Cəmiyyətlərin hansı biri öz Səhmdarlarına qanuni dividentini ödəyib?Çünki Vergi Əməkdaşları qanunlarımıza əməl etməyib,öz maraqlarını hər şeydən üstün t

Son yazılar