MİNİMUM ƏMƏK HAQQIMIZ TÜRKMƏNİSTANDAN 2,5 DƏFƏ AZMIŞ - Avropa ölkələrindən isə...
"2018-ci il üçün minimum əmək haqqı Azərbaycanda 64, Qazaxıstanda 72 avro, Ermənistanda 96, Rusiyada 139, Türkmənistanda 156 avro təşkil edəcək.
Azərbaycanda minimum əmək haqqının 1 aylıq norması Avstraliyada 5 saatlıq, Luksemburqda 5 saat 20 dəqiqəlik, Fransada 6 saatlıq, Belçikada 6 saat 25 dəqiqəlik, İrlandiyada 6 saat 30 dəqiqəlik, Yeni Zelandiyada 6 saat 45 dəqiqəlik, Hollandiyada 7 saatlıq, ABŞ-da 7 saat 30 dəqiqəlik, Kanadada 7 saat 45 dəqiqəlik minimum əmək haqqı səviyyəsindədir". Bu fikirləri iqtisadçı-ekspert Qubad İbadoğlu Azərbaycanda aylıq minimum əmək haqqının 130 manata qalddırılmasına münasibət bildirərkən açıqlayıb.Onun "facebook" səhifəsindən paylaşdığı fikirlərini təqdim edirik:
- 2018-ci il üçün işləyənlər üçün əməyin ödənilməsinin minimum aylıq məbləği 130 manat və ya 76 dollar, yaxud da 64 avro təşkil edəcək. Bu barədə Azərbaycan Respublikasının prezidenti fərman imzalayıb. Fərmanın şərhindən əvvəl, minimum əmək haqqının funksiyasına izah vermək istərdim. Minimum əmək haqqı hər bir ölkədə ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. Bu normativ həmçinin işləyənləri aşağı əmək haqqı ödənişindən qorumaq üçün tətbiq edilir. Bu normativ adətən işləyənin fizioloji tələbatlarının minimum səviyyəsini qarşılayacaq qədərində müəyyənləşdirilir. Minimum əmək haqqının yüksək olması dövlətin sosial öhdəliklərini azaldır. Çünki, əməyin ödənilməsinin minimum səviyyəsi mülkiyyət növündən asılı olmayaraq bütün işəgötürənlərə şamil olunur. Minimum əmək haqqı həm də məşğulluq göstəricisinin tənzimlənməsində istifadə edilən əsas iqtisadi alətlərdən sayılır.
Azərbaycanda minimum əmək haqqının yuxarıda sadalanan funksiyaların hamısı olmasa da bəzilərini müşahidə etmək mümkündür. Minimum əmək haqqının funksiyalarının hamısına malik olması onun məbləğindən asılıdır.
Hazırda Azərbaycanda mövcud qanunvericiliyə uyğun olaraq 2018-ci il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1919 saat təsdiq edilib. Bu o deməkdir ki, aylıq iş saatlarının norması 160 saatdır. Bu hesabla da minimum əmək haqqının 1 saatlıq norması manatla 81 qəpik, dollarla 47,5 sent, avro ilə 40 sent təşkil edir.
Müqayisə üçün qeyd edim ki, 1 saatlıq minimum əmək haqqı norması Avstraliyada 15,61 dollar, Lüksemburqda 14,31 dollar, Fransada 12,52 dollar, Belçikada 11,91 dollar, İrlandiyada 11,48, Yeni Zelandiyada 11,23 dollar, Hollandiyada 11,22 dollar, ABŞ-da 10,10 dollar, Kanadada 9,85 dollar, Türkiyədə 5,46 dollar, Əlcəzairdə 2,84 dollar, Hondurasda 1,94 dollar, Çadda 1,68 dollar, Rusiyada 1,06 dollardır.
Bu həm də o deməkdir ki, Azərbaycanda minimum əmək haqqının 1 aylıq norması Avstraliyada 5 saatlıq, Luksemburqda 5 saat 20 dəqiqəlik, Fransada 6 saatlıq, Belçikada 6 saat 25 dəqiqəlik, İrlandiyada 6 saat 30 dəqiqəlik, Yeni Zelandiyada 6 saat 45 dəqiqəlik, Hollandiyada 7 saatlıq, ABŞ-da 7 saat 30 dəqiqəlik, Kanadada 7 saat 45 dəqiqəlik minimum əmək haqqı səviyyəsindədir.
Azərbaycanla bərabər start vəziyyətində bazar iqtisadiyyatına keçid dövrünə başlayan və hazırda Avropa Birliyinin üzvü olan keçmiş sosialist ölkələrinin bir çoxunda isə minimum əmək haqqı 235-470 avro arasında dəyişir. Azərbaycanda minuimum əmək haqqı 64 avro olduğu halda Bolqarıstanda 235 avro, Rumıniyada 275 avro, Latviya və Litvada 380 avro, Çexiyada 407 avro, Macarıstanda 412 avro, Xorvatiyada 433 avro, Slovakiyada 435 avro, Polşada 453 avro, Estoniyada 470 avrodur.
Son məlumatlara görə, Avropada ən yüksək minimum əmək haqqı Lüksemburqda (2000 avro), İrlandiyada (1563 avro), Hollandiyada (1552 avro), Belçikada (1532 avro), Almaniyadadır (1498 avro). Göründüyü kimi Azərbaycanda minimum əmək haqqı Lüksemburqdan 30 dəfə, İrlandiyada, Hollandiyada, Belçikada və Almaniyadan isə 25 dəfəyədək azdır.
Azərbaycanda minimum əmək haqqı orta aylıq əmək haqqının 24,7 faizinin təşkil edir. Halbuki, Avropa Birliyinə əksər ölkələrində bu nisbət 40 faizdən yuxarıdır. Hətta, Portuqaliyada bu nisbət 64 faiz, Fransa və Sloveniyada isə 62 faizdir.
Avropa Birliyinə daxil olan ölkələrdən Avstriyada, Danimarkada, İtaliyada, Finlandiyada, İsveçdə və Kiprdə əmək haqqının minimum səviyyəsi müəyyənləşdirilmir.
Heç bir resursa malik olmayan Ermənistanda minimum əmək haqqı 96,4 avrodur. Gürcüstanda minimum əmək haqqı norması müəyyənləşdirilmədiyinə görə, orta aylıq əmək haqqı göstəricisini müqayisə etmək istərdim. Belə ki, resurslarla kasıb Gürcüstanda orta aylıq əmək haqqı 350 avro, resurslarla zəngin Azərbaycanda isə müvafiq göstərici 262 dollar təşkil edir.
Şərhlər
Bizdə hər şey yəqin olardan qat qat ucuzdu olarda yəqin bahaçiliq baş alıb gedir gündə qiymət qalxir
Bu arada yeni dovletle dostluq elaqeleri yaratmisiq haminizi tebrik eliyirem.2017 ci cox ugurlu il oldu cibuti ile herterefli elaqeler yaratdiq
dehwetdir biz bu cur yawamaga layiq deyilik ne etmeli sualina kim cavab vere biler
Mən Əli müəllimin (Həsənov) fikirlərini daha çox bəyənmişdim. "2020-də Azərbaycanda kasıb qalmayacaq." Söhbətin nədən getdiyini isə indi başa düşdüm - bu templə QIRILACIQ!
Zato gözü tox millətik..heç pul olmasa da olar..ta ki,Qaçqınkom olsun, 90 yaşlı baş nazirimiz olsun..S.Müslümov da SM nazirimiz olsun,hacıbala Merimiz olsun...
muellim ,degelsin!
Agzina cullu davshan sigishmayan memurlarin gozleri kordur..?
Bir sıra ölkələrdə ümumiyyətlə minimum əmək haqqı (MƏH) barədə heç anlayışda yoxdur, lakin ölkədə bu, işsizliyin qarşısını alır. Hansı yaxşıdır, bir nəfərin 130 manat maaş alması və yoxsul dolanması, yaxud 2 nəfərin 65 manat əmək haqqı alması və heç olmazsa ac qalmaması??? MƏH-in formal səviyyəsinin müəyyənləşməsi və sahibkarın yalnız bir nəfəri işlə təmin edə bilməsi, yaxud MƏH anlayışının ləğvi və işsizliyin azalması???
Iqtisadiyyat yaman şeydir.Onu polislə sabitləşdirmək olmur.Heç oilmasa nazirlərin "cib iqtisadiyyatı"nın qarşısı alınmalı,büdcə pullarına göz dikən özəl qurumları azaltmaq lazımdır. Özəl müəssisələr özünü dövlət obyektlərinə "mal satmaqla" maliyyələşdirir.Ölkədə dövlətin hesabına daxil olunan pulların xərclənməsinə nəzarət olmasa,minimum əmək haqqı,ümumiyyətlə,olmayacaq.Digər maliyyə oğruları isə dövlət ali məktəb rektorlarıdır."Təmir" adıyla büdcəni talayırlar.Gəmi,artıq dənizin optalarına doğru gedir..
yeni quldarlıq dövründə "yaşayırıq" sadəcə, özü də neft və milyonlar səltənətində..əməyin 5 quruşluq dəyəri var
Ay sağ olmuş İqtisadçı-ekspert axı müstəqil olmuşuq ki umac-isti özümüzə çatmır və geniş dünyaya daha ucuz əriştə doğrayaq pomidor yetişdirə ki alsınlar. Torpada özümüzə daha zəruri məhsullar yetişdirsək xarici xərclər üçün valyuta haradan olsun. Azərbaycan İsveç, Norveç deyil ki, nefti-qazı olsun, özündən sərfəli qiymətə qonşuya ötürməsin? Bizim....
nə olsun ki,zato lider ölkəyik.kimsə deyir ki,bizdə min.əmək haqqı əfqanıstanda olan qədərdir.mən çörəyə pəpə deyəndən əfqanıstanda müharibə gedir.amma hər kəs bizimlə hesablaşır.amerikası olsun,avropası, çini,rusiyası, türkiyəsi,iranı,səudiyyəsi,izraili..bunun sirri ?!
bawiniza deysin *analoqsuz inkiwaf * ~~~
Türkmənistanda maaşlar, ola bilsin ki, keçmiş liderinin abidələrini sökməyə yönəlib?
Minimum maaş ötən-bu il işləyənlər üçün 146 yoxsa 136 manat təyin edilmişdi. Bazar qiymətləri artdıqca minimal maaş həddi də aşağı salınır?
hani bu miletin ziyalisi cingiz abdullayevi ele maqale yazanin ozu
BİR NƏFƏR DƏ OLSUN DÖVLƏT RƏSMİSİ QORXUSUNDAN BELƏ MÜSTƏQİL EKSPERTLƏRİN QARŞISINA ÇIXA BİLMİR..... BAŞALARINI HƏLƏ Kİ,SIRAVİ İNSANLARI TÖVLAMAQLA, YALAN-PALANLA GİRLƏYƏ BİLİRLƏR. GÖRƏK NƏ QƏDƏR ÇƏKƏCƏK BUNLARIN HEÇ BİR HƏYA HƏDDİ TANIMAYAN YALANLARI.
Qubad muellim siz pisliyirsiz qardasiniz vuqar bayramovda ekspert kimi terifliyir.2 qardasin sozu ust uste dusmur kime inanaq
Aaaa!Başıma xeyir.A balam,Kanadadı,Fransadı,Avstraliyadı,bunları başa düşdük,türkmənbaşını da anladıq,yaxşı bəs acından qırılırlar dediyimiz neftsiz-qazsız-balıqsız ermənistanda niyə bizdən bir dəfə yarım çoxdur?32 avro çoxdur orada minimum əmək haqqı.Ay Qaçqınkom,iki il içində buna görəmi dünyanın inkişaf etmiş ölkələrindən biri olacağıq?
146 manat emek qabiliyyetli insanlarin yasayis minimumudu yeni bir insan 146 manata bir ayliq dolana biler.minimum emekhaqqi ise olkede 130 manatdan asagi emekhaqqi teyin edile bilmez
MƏNƏ ELƏ GƏLİR Kİ, İNKİŞAFIMIZI ƏHALİNİN YAŞAYIŞ SƏVİYYƏSİ MÜƏYYƏN ETMƏLİDİR. YAŞAYIŞ SƏVİYYƏSİ DƏ YUXARIDA GÖSTƏRİLİR.
Sadalanan ö ölkələrdə minimum əmək haqqı və ya əmək haqları ona görə yüksəkdir ki,onlarda korrupsioner,acgöz məmurlar yoxdur...dəhşət Afrikanın Çad respublikasından pis gündəyik yəni..
Aye nə gündəyik.......
NEFT ÖLKƏSİ GÖRƏSƏN NİYƏ BU GÜNDƏDİR.