Türkiyədə naməlum şəxs məktəbdə atəş açıb, 7 nəfər yaralanıb

Türkiyənin Qaziantəp şəhərində naməlum şəxs məktəbin həyətində tüfəngdən atəş açıb.

APA-nın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, insident nəticəsində 5-i şagird olmaqla 7 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb, onların həyatlarına təhlükə olmadığı bildirilir.

Cinayəti törədən şəxs hadisə yerindən qaçıb. Hazırda onun tutulması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar