"MANATIN BAHALAŞMASINA TƏZYİQLƏR VAR" - Maliyyə naziri

"2017-ci il Azərbaycan iqtisadiyyatı üçün uğurlu bir il olub".  Bunu maliyyə naziri Samir Şərifov AZTV-yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, cari il sabitləşmə ili kimi yadda qalacaq. Nazir bildirib ki, bu il 2015-2016-cı illərdə xarici şoklara məruz qaldığı zaman yaranan problemlərin həlli ilə məşğul olunub, ölkə iqtisadiyyatının, makroiqtisadiyyatın sabitləşdirilməsinə səylər göstərilib.

"Artıq məmnunluqla qeyd etmək olar ki, prezident İlham Əliyev tərəfindən aparılan məqsədyönlü tədbirlər öz nəticələrini verib. Belə ki, artıq 11 ayın yekunlarına görə, iqtisadiyyatda sabitləşmə baş verib. Əvvəlki illə müqayisədə ölkənin iqtisadi vəziyyəti daha sabitdir. Yəni makroiqtisadi sabitlik bərqərar olunub. Milli valyutamızın məzənnəsi sabitləşib. İlin əvvəlinə baxsaq, manatın məzənnəsi bir qədər möhkəmlənib. İlin əvvəli ilə müqayisədə təxminən 3,4%, fevral ayı ilə müqayisədə 10%-dən yuxarı möhkəmlənmə baş verib. Onu da qeyd etmək istəyirəm ki, manatın məzənnəsinin daha da möhkəmlənməsinə təzyiqlər mövcuddur. Bu da manata olan inamın tədricən bərpa olunmasının göstəriciləridir", - deyə o vurğulayıb.

635x100

Şərhlər

Vətəndaş 2017-12-28 09:37:21

Manatı birdən-irə heç bir əsas olmadan iki dəfə ucuzlaşdırıb, sonra da 3.5-5 faiz artımla millətə təskinlik vermək nə qədər məntiqlidir? Bu göstərilən irəliləyiş harada ve necə hiss olunub? Azərbaycanda işsizliyin tüğyan etdiyi (55-60 faizdən çox iş qabiliyyətli vətndaşlar işsizdir),ərzaq və istehlak mallarının,kommunal xərclərin durmadan artdlğı halda Siz hansı inkişafdan danışırslnlz.Quru və əsassız rəqəmlərlə baş aldatmaq nəyə xidmət edə bilər?

2+2=4 2017-12-28 09:37:21

Maliyyə nazirinin çıxışından ölkənin maliyyə vəziyyəti dəqiq və aydın başa düşməlidir. Nə deməkdir.......“Onu da qeyd etmək istəyirəm ki, manatın məzənnəsinin daha da möhkəmlənməsinə təzyiqlər mövcuddur. Bu da manata olan inamın tədricən bərpa olunmasının göstəriciləridir”.......manatın məzənnəsinə təzyiqlərin güclənməsi ona olan inamı heç vaxt bərpa edə bilməz.......))))) əgər siz (ölkə hökuməti) sabah dövlət büdcəsi üzrə mövcud olan borcu manatın ucuzlaşması hesabına bağlamaq istəsəniz dediyiniz təzyiq bir an içində yox olacaq, təbiiki, bunu hamı görür, ya da sövq təbii hiss edir........)))) bu səbəbdən də bank əmanətlərinin strukturunda yüksək dollarlaşma səviyyəsi (valyuta növlərində faiz dərəcəsi üzrə kəskin fərqlərin mövcudluğuna baxmayaraq) qalmaqda davam edir.....))))) siz hansı inamın bərpasından danışırsız??? Manatın məzənnəsinin dayanıqlığı, makroiqtisadi sabitlik, iqtisadiyyatda vəziyyətin yaxşılaşması - bütün bunlar iqtisadiyyatın neft amilindən asılılığının aradan qaldırılmasını tələb edir. Ölkənin maliyyə siyasətində bu məsələlər necə nəzərə alınıb cənab nazir, bu barədə fikirlərinizlə bölüşün, ümumi fikirlər, frazalar heç nə demir!!!

TOFİQ KƏPƏNƏKCİ 2017-12-28 09:37:21

SAMIR SƏRİFOV! SİZ OLKƏNİN MALİYYƏ NAZİRİ HEC OLMASA VİCDANİNİZLA QARSİ-QARSİYA DAYANANDA UTANİRSİZ YA FƏXR EDİRSİZ Kİ OLKƏNİN SAHİBKARLARİNİ BATİRİRSİZ? YAXUD BANKLARDA ƏHALİNİN OLUB-QALANİ BATANDA BELƏ SEVİNİRSİZ? SİZN QƏDƏR VARLİ İNSAN OLKƏDƏ DAHA KİM VAR? BİRİ SƏN BİRİ RAMİZ HƏSƏNOV BİRİ AYDİN ƏLİYEV BİRİ DƏ Kİ ZAKİR QARALOV. AMASOV İSƏ TEZƏ TUKLƏNİR.

Yadigar 2017-12-28 09:37:21

Ay yalancı nazir ve memurlar öznüzü gülüng edibsiz bu xalq daha size nifret edir atalar sözü varki:yalan ayaq tutur amma yerimirki yerimir siz o gündrsiz ofşordakı xalqdan ogurladıgnız pulları getirin yocxsa aqibetns cox pis olacaq

Taliww 2017-12-28 09:37:21

bir qramm gor utanma varrr??? kendde Memmedhesen emide bilir ki bu il neft qalxdi 15-20 dollar, manatda ona gore surundu, bu deyir ,,,,uzaq goren siyaset ,nebilim iqtisadiyyat ,,, yox bir ...

*********** 2017-12-28 09:37:21

....“Onu da qeyd etmək istəyirəm ki, manatın məzənnəsinin daha da möhkəmlənməsinə təzyiqlər mövcuddur. Bu da manata olan inamın tədricən bərpa olunmasının göstəriciləridir”.........Sizin mühüm nailiyyətlər sırasında qeyd etdiyiniz manatın məzənnəsinə artan təzyiqlər – yalnız neft şirkətlərinin artan gəlirləri və dövlət büdcəsinə ödənilən mənfəət vergisi səviyyəsinin artımı ilə əlaqəlidir (pul bazası səviyyəsinin hədəflənməsindən yaranır bu təzyiqlər). Bəs sizin qurum tərəfindən manatın məzənnəsinə inam, iqtisadiyyatın neft gəlirlərindən asılılığın aradan qaldırılması üzrə reallaşdırdığı/reallaşdıracağı strategiyanın mahiyyəti nədən ibarətdir??? Əgər ölkənin neft gəlirləri artarsa qısa və uzun müddətli perspektivə xərc strategiyası, istifadə olunmuş vəsaitlərin səmərəlilyi, böhrandan çıxış üzrə büdcə strategiyası və s. üzrə ???

Rüfət 2017-12-28 09:37:21

Bu biz hərbiçilərədə atdı, millətə manatın dev-nan atdığı kimi, Prezidentin fərmanına əsasən 20 ildən çox qulluq hərbi qulluqçulara ev vermə komissiyasının sədridi. Özünə yaxın tikinti firmalarından bir 400 nəfərə ev verdilər vəssalam. Camaat gecəsini-gündüzünə qatıb vətəninə qulluq edəndə buda alverçi idi sonra kimnənsə kart sıxırdı. İndi vətən övladları qalıb çöllərdə bunun kimilər vəzifə tutur. Unutmayın kim dövlətin pulun mənimsəyirsə, vəsaitlərin hamısı burnundan irin kimi gələcək

Koxa 2017-12-28 09:37:21

Aye agzına geleni danışma növbe artıq senindi vurulub var mülkünde müsadire olunmalıdır ümumiyetle artur resizade ve ramiz mehdiyevden başqa...

Fizuli qacqını 2017-12-28 09:37:21

Koxa düz deyir rusyanın evez olunmaz lideri putin medvedyev bizimki artur rasisabe ve .......? Ele rusların maliye naziride belece xalqını aldadmaqla meşguldu samir şerifli kimi özude ayıbda ay memur nazirler biz müsteqil devletik el cekin ov yev sonlugunnan evezinde lı li zade gedin mesele (şerifov) yox şerifli samir

Abit 2017-12-28 09:37:21

Ne danışdıqlarından xeberleri yoxdu.Düz deyirsen stabilleşib yağın 1kilosu 70 qepik ucuzlaşıb.Dollar 170.Bazarlara yaxın düşülesi deyil.Qerb bölgesinde gör neçe maliyye reisi hansı maddelerle evveller mehkumluq heyatı görün ve villalarına,obyektlerine bax.Çatır yavaş-yavaş bahar size

İqtisadçı Songül 2017-12-28 09:37:21

Maliyyə naziri əmin edir ki, Möhtərəm Prezidentin məaqsədyönlü tədbirləri nəticəsində sabitləşmə baş verib. Makro göstəricilər büdcə artımı ilə "xarici şok"dan yan keçəcək. Qalır Rusiya üçün pomidor əkib, xurma yığmaq ki, dünyəvi lider dövlət valyuta əldə edib xarici sərmayələrini ödəsin.

2+2=4 2017-12-28 09:37:21

“2017-ci il Azərbaycan iqtisadiyyatı üçün uğurlu bir il olub”.....təbiiki, il ərzində neftin orta illik qiyməti 50-60 ABŞ doll. səviyyəsinə yüksəlib. Bu, 2016-cı ilin əvvəlləri illə müqaisədə təxminən 2 dəfə çoxdur, hələ üstəlik yaxın müddətli perspektivə pozitiv proqnozların mövcudluğu milli deputatların maaşlarını arxayın yüksəltməyə imkan verir......)))))))).........“cari il sabitləşmə ili kimi yadda qalacaq”........cənab nazir daha dəqiq desək uyğunlaşma ili kimi yadda qalacaq - məzənnənin iki dəfədən çox ucuzlaşmış səviyyəsinə, yeni qiymətlər səviyəsinə, əhalinin sərt azalmış alıcılıq qabiliyyətinə, yüksəlmiş işsizlik və yoxsulluq səviyyəsinə və s....))))

Amon 2017-12-28 09:37:21

Manata tezyiq var.....musahibelerinnende hecne basa dusmek olmur qiriq qiriq danisirsan

oxucu 2017-12-28 09:37:21

Yuksek vezifeli rehber memurlar UTANMADAN, tribunalardan YALAN-PALAN, oz CHIXISHLARI ile XALQA QIPNOZ SEANSI TEQDIM EDIRLER, bu proses rus dilinde ifade olunur : МАССОВОЕ, НАГЛОЕ ОДУРАЧИВАНИЕ - ЗОМБИРОВАНИЕ СВОЕГО НАРОДА, ПУТЕМ СЕАНСА ГИПНОЗА... Hakimiyyetde yuksek vezifeli choxlu memurlar, YALNIZ OZ CIBLERINI MILYONLARLA MIQDARDA PULLARLA DOLDURMAQ UCHUN "PULLU KRESLOLAR" -a KLEY ile ozlerini YAPISHDIRIBLAR ve bunlari KRESLODAN AYIRMAQ uchun XALQIN GUCLU IRADESI LAZIMDIR .

Son yazılar