FAZİL MƏMMƏDOVUN MALİKANƏSİNDƏ YANĞIN! - Qəsd, yoxsa... - Fotolar + VİDEO

Sabiq vergilər naziri Fazil Məmmədovun işdən çıxarılmasından sonra onun çevrəsində çaxnaşma düşdüyü, böyük biznes imperiyasının dağılmaq ərəfəsində olduğu, dövlətdən oğurladığı pulları geri qaytarması tələb olunduğu bir vaxtda sabiq nazirin dəbdəbəli, son dərəcə təmtəraqlı imarətlərindən birində dəhşətli yanğın baş verib. Olay Göygöl rayonunun Üçtəpə qəsəbəsində baş verib. “Yeni Müsavat”ın əməkdaşları sabiq nazirin imarətində yanğın xəbərini Göygöldə reportaj hazırlayarkən alıblar və hadisə yerinə yollanıblar.

Üçtəpənin girişinə yaxın hissədə böyük bir həyət var. Qazonla örtülmüş, müxtəlif dekorativ ağaclar, üzüm bağı salınmış həyətdə 2 qoşa imarət göz oxşayır. Göygöl rayonunun bu kəndinin sakinlərinin əksəriyyəti Rusiyada ticarətlə məşğul olduqlarından yerli sakinlərin maddi imkanları haqda əfsanələr dolaşır. Amma imkanlı kənd sakinlərinin dəbdəbəli evləri Fazil Məmmədova, onun müavini və qudası olan Namiq Əliyevə məxsus imarətlərlə bəhsə girə bilməzlər. Ərazisinin nəhəngliyi baxımından da üçtəpəlilərin həyət-bacaları qudaların malikanələrinin sahəsi ilə müqayisəyə gəlməz. Zarafat deyil, Fazil Məmmədov 17 il vergilər naziri postunu tutub, qudasının da vergi orqanlarında iş stajı Rusiyanın çöllərinə pul qazanmaq üçün yollanan üçtəpəlilərin alver etdiyi illəri üstələyir. Nə olsun ki, onlar bizneslə, Fazil Məmmədov məmur olaraq pul qazanıb?

Üçtəpədə vaxtilə Zaqafqaziya Hərbi Dairəsinin yerləşmiş olduğu hərbi hissənin ərazisində inşa edilən 2 yanaşı və son dərəcə dəbdəbəsi ilə seçilən qoşa imarətdən çıxan tüstü Bakı-Şəmkir yolundan da görünürdü. Sanki iri bir ot tayası yanırdı. Sabiq nazirin mülkünə çatanda orada Göygöl Rayon Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən briqadaları işləyirdi. Ərazidə 10-a yaxın yanğınsöndürən maşın alovun qarşısını almağa çalırdı. Kənd sakinləri də yanğınsöndürənlərə kömək edirdi. Yanğın 2 qoşa imarətin həyətində yerləşən, ucu-bucağı olmayan sauna kompleksində meydana gəlmişdi. Yanğınsöndürənlərin səyləri, onlara qarışan kənd camaatının və imarətlərin mühafizəçilərinin dəstəyi də alovu ram etməyə, qarşısını almağa yetmirdi. Ərşə qalxan alov “dillərinin” üzərinə yanğınsöndürən maşınlarının çənlərindən böyük təzyiqlə vurulan su şırnağı dəryaya düşən damla kimi görünürdü. Alovla 3-4 saatlıq mücadiləyə bütün kənd tamaşa edir, imarətlərin qarşısındakı yol insanlara qarışan maşınların sıxlığı ilə yarıkeçilməz vəziyyətə düşmüşdü. Hər kəs vəzifəsindən alınan Fazil Məmmədovun imarətində yanğının səbəbini soruşurdu.

O tərəf-bu tərəfə qaçan yanğınsöndürənlər qaç-qovda çiyinlərini çəkməklə işlərini davam edirdilər. Sauna kompleksi isə Binəqədidə 2015-ci ildə yanan çoxmərtəbəli bina kimi qəfil alışmışdı, söndürmək, qarşısını almaq olmurdu. Belə təəssürat yaranırdı ki, alovu ram etmək mümkün olmayacaq. 10-a yaxın yanğınsöndürən maşının çənləri boşaldı, amma Fazil Məmmədovla onun qudası Namiq Əliyevə məxsus olduğu deyilən qoşa imarətin sauna kompleksini yanaraq məhv olmaqdan xilas etmək mümkün olmadı. Yanğınsöndürənlər Gəncə çayının sahilində yerləşən, arx və kanallarla əhatələnən sabiq nazirin imarətindəki yanğını söndürməyə su da tapmırdılar. Kanala, çaya nasos qurğuları qoyub kompleksdəki yanğını aradan qadırmağa çalışsalar da, kompleksdə alovun qarşısını almaq mümkün olmadı, obyekt külə döndü. Sabiq nazirin milyonlar xərcləməklə inşa etdirdiyi sauna kompleksi bir neçə saatın içində məhv oldu, xərclənən milyonlar alovdan şahə qalxan tüstü dümanının içində itib-batdı.

Kənd sakinləri kimi bizi də düşündürən suallar isə ortadadır. Fazil Məmmədovun vəzifədə olduğu illərdə onun çoxsaylı mal-mülklərindən hansındasa yanğın baş verməsini eşidən olmayıb. Bu il dekabrın 5-də 17 illik postunu itirəndən cəmi 20 gün sonra onun və qudasının, hansının ki, adı ölkədən çıxarılan 4.5 milyardlıq “qara pul” söhbətinə qarışıb, imarətlərində yanğın olur. Və bu yanğının hansısa qısaqapanmadan baş verməsi müəmmalı görünür. Hər halda, iri bir sauna kompleksi inşa etdirən nazir, onun müavini yanğın təhlükəsizliyi sistemlərinin orada quraşdırılmasına pul əsirgəməzdilər. Deməli, ortada yanğına səbəb ola biləcək əsas versiya qəsdən yandırılma da ola bilər.

635x100

Şərhlər

A S 2020-01-05 19:01:39

HELE CEHENNEMDE NE YANGINLAR GORECEK FAZIL

Vergi ödəyicisi 2017-12-28 11:20:16

Hörmətli şərh yazanlar burdan belə nəticə hasil olur ki,biz vergi ödəyiciləri vergini sən demə dövlət büdcəsinə yox,Fazil büdcəsinə ödəmişik,bu da bu pulları dədəsinin pulu kimi sağa-sola səpəliyib.İndi də xalqın qəzəbinə gəlib yandırıblar.Beləcə dövlətin,xalqın pulu yanıb kül olub gedib işinin dalınca.Heyif o evdən heç olmasa bir aylıq verərdilər bizə,biz də bir aylıq özümüzü nağıllar aləmində hiss edərdik. Sel gətirər,Yel aparar deyib atalar.

REDAKTOR 2017-12-28 11:20:16

HƏMİN BİNA ... BİXİNİ SURƏT HUSEYNOVUN QİRDİRDİXİ YERDİ.

Zolumun oglu zolum 2017-12-28 11:20:16

yezne, ay yezne sauna yavaş-yavaş yandı. amma sein MAKİNTOŞUN birdən yandı

NURəddin 2017-12-28 11:20:16

MƏNİ MƏƏTƏL QOYAN BU İMARƏTİN YANMASI DEYİL.BELI CƏRƏ YANSIN,CƏHƏNNƏMƏ YANSIN.KİMİN EVUNDƏ BİR HARAM,QARNINDA BİR HARAM TİKƏ VARSA ELƏ O DA OT TUTUB YANSIN.MƏNİ MƏƏTƏL QOYAN ÜÇTƏPƏNİN AVAM CAMAATIDIR.AĞANIN MÜLKÜ YANIR,BUNLARIN CANI.ÖLÜN DƏ ÖLDÜYÜNÜZ YERDƏ.SİZİN NƏ İŞİNİZƏ QALIB Kİ,CANINIZI ODA YAXIRSINIZ?SİZİN EVİNİZ YANSA FAZİL ONA SU TÖKƏRDİMİ? ƏLLƏRİNİ-KÜRƏKLƏRİNİ ODA VERİB İSİNMƏKDƏN A KİŞİ,BUNLAR ALOVU SÖNDÜRÜRLƏR.KƏNLƏRİNİN KƏNDXUDASINA SƏDAQƏT NÜMAYİŞ ETDİRİRLƏR.EV YANƏNCA ELƏ SİZ YANAYDINIZ

NURəddin 2017-12-28 11:20:16

ALLAHAIN YANDIRMAQ İSTƏDİYİNİ BƏNDƏ SÖNDÜRƏ BİLMƏZ. DƏYMƏYİN, QOYUN YANSIN.

Abit 2017-12-28 11:20:16

Acgözler

İMKAN VEMEDİLER Kİ=KİSHİ İSHLESİN DE: 2017-12-28 11:20:16

KİSHİNİN 25 MUSHAVİRİ VAR İDİ=SULTAN SULEYMAN HEC BU BOYDA MUSHAVİRİ OLMUYUB=FAZİL MEMMEDOV GİNNESİN REKORDLASR KİTABİNA DUSHMELİYDİ AY QAAA=İMKAN VERMEDİLER KİSHİ REKORDUN BREZENTEZİYASİNİ KEİRDSİN! BİYABİRCİLİQDİR EEE... KİSHİ CEKMECİDEN=BİNECİDEN DE VERGİ ALİRDİ.............

dadaşyev 2017-12-28 11:20:16

...Millətin ac olduğu bu illərdə bu nə təmtəraqdı,bu nə dəbdəbədi...Malikanə feodalizmdə olmurmu?21-ci əsrin respublika quruluşu elan etmiş dövlətinin maaşa bağlı olmalı olan bir nazirində belə malikanə haradandı?Tikəndə görməyiblərmi bunu ki,a kişi,neynirsən,gəl bir bura hesabat ver görək hardandı səndə bu var-dövlət?Bu nə dərəbəylikdi a balam?Millət nə əcaibliklərlə üzləşdi bu müstəqillik dövründə?

sermaz 2017-12-28 11:20:16

Tikilini yandırmaq düzgün deyil.Yaxşı olar ki,onların özlərini "yandırasan" ki, bəlkə xalqın canı bunlardan qurtara.

Mühəndis 2017-12-28 11:20:16

Eh, mən də elə bildim, əməlli başlı yanğındır.Bu ki,siqaret tüstüsü kimi yanır.Gərək nazirin evi,malikənəsi(haram pulla, xalqın ağzından kəsilən,rüşvətlə,dövətin büdcəsini talayan nazirin evi,malikənəsi nəzərdə tuturam) yananda 1-2 km-dən görünsün. Xalq da baxıb bir az heyf cixsınki, ahuları yerdə qalmayıb.Yoxsa bu...Görünür hardasa bir az canyananlıq kiməsə edib. Ona görə ev yanmayıb.

oxucu 2017-12-28 11:20:16

gərək özlərini də o imarətin içinə atıb......Allah sizin bəlanızı versin.

emil 2017-12-28 11:20:16

Yanib-yanibda.....Bakida o boyda bina yandi icinde 10-yuxari azerbaycanli diri-diri yandi fazil kimilerin hec biglarida terpenmedi.

Son yazılar