ABŞ, PUTİNİN ƏTRAFINA TƏLƏ QURUR! – İlham Rəhimovun adı “Kreml məruzəsi”nə düşə bilərmı?

“Kremlin aparıcı hakim elitasını və onun casuslarını necə müəyyənləşdirməli?”

Prezident Donald Trampın “ABŞ-ın rəqiblərinə sanksiyalar vasitəsilə təsir göstərilməsi” haqqında qanunu imzalaması Moskvanı bərk qəzəbləndirib. Həmin qanundakı 241-ci bənd administrasiyadan 180 gün ərzində ”Rusiya Federasiyasının xarici siyasi xadimləri, oliqarxları və onların gəlirlərinin mənbəyi barəsində” Konqresə ətraflı hesabat verilməsini tələb edir.

Moskvadakı təlaşın səviyyəsindən və ruslar adına çalışan Vaşinqton lobbiçilərinin fəaliyyətinin intesivliyinə əsasən, Rusiya elitasının əksər nümayəndələri onların adlarının Vladimir Putinin tərəfdarları siyahısında çəkilməsini istəməzdilər. Səbəbi aydındır. Çünki bütün bu adamların hamısı gələcəkdə ABŞ sanksiyaları ilə üzləşə və Amerikan bank sistemindən uzaqlaşdırıla bilərlər. Belə olan halda isə onların Qərbdə biznes idarə etmələri hədsiz mürəkkəbləşəcək. Ümimiyyətlə, Moskvadakı təlaşdan ağılla istifadə etmək lazımdır.

- Amerika sanksiyalarının məqsədi Rusiyanın siyasətini dəyişməkdir

”Kreml məruzəsi” adlandırılan sənəd müstəqil Rusiya elitasının perspektivdə Putindən məsafə saxlamasına stimul verə bilər. Məruzədə həmçinin Putinin öz qonşularına və Qərbə qarşı təcavüzünün rusiyalıların şəxsi maraqlarına zərbə vura biləcəyi də nümayiş etdirilir. Beləliklə, “Kreml məruzəsi” Kreml ilə Rusiya elitasının arasını poza bilər.

ABŞ bu məruzəni necə tərtib edəcək? “Atlantic Council” iqtisadiyyatçı Andrey İllarionov və politoloq Andrey Piontkovskı ilə birlikdə hazırladıqları qısa hesabatda bu siyahıya daxil ola biləcək yeddi insan və şirkətlər kateqoriyasını müəyyənələşdirib.

1. Rusiyada və onun hüdudlarından kənarda təcavüzkarlıq, korrupsiya və ya cinayət əməliyyatlarına cavabdeh olanlar.

2. Putinin yaxın ətrafı və onun 1990-cı illərin başında Sankt-Peterburqda bizneslə məşğul olan dostları.

3. Varlanan və gənc yaşlarında top menecer olan imkanlı valideyinlərin ”qızıl gənclərı”.

4. Adlarına Rusiya prezidentinin şəxsi var-dövlətinin əhəmiyyətli hissəsi yazılmış Putinin dostları.

5. Oliqarx adlandırılan və birbaşa Kreml ilə əlaqə hesabına böyük gəlir götürən iri biznesmenlər.

6. Putin ilə yaxın münasibətlər sayəsində yüksək mövqe tutmuş və xidməti vəziyyətlərindən sui-istifadə edərək oğurluqla məşğul olan korrupsiyalaşmış dövlət müəssisələrinin rəhbərləri.

7. Bu adamlara məxsus olan bütün şirkətlər.

Hətta bugünki Rusiya kimi qapalı ölkədə bu cür insanların müəyyən edilməsi üçün etibarlı mənbələr var. Məsələn, 2016-cı ilin yazında Panama sənədləri sayəsində Putinin mülklərinin bir hissəsini öz adlarına yazdırmış onun dostları haqqında mühüm məlumatlar üzə çıxdı.

“Kreml məruzəsi”ndə Rusiyanın bütün varlılarının adını çəkmək asan deyil. Onların hamısı heç də bir-birinə bənzəmirlər. Onların əksəriyyəti öz imkanlarını hələ Putin hakimiyyətə gəlməmişdən öncə əldə ediblər, indi isə ayaq üstə dayanmaq üçün Kremlə böyük “xərac” ödəməyə məcburdurlar. Bu cür adamların “Kreml məruzəsi”nə daxil olması sanksiyalar barəsindəki yeni qanunun məğzinə uyğun gəlməz. Bu qanunun məqsədi Rusiyanın varlı vətəndaşlarının Kremldən uzaq durmasına nail olmaqdır.

Krımın ilhaqından sonra tətbiq edilmiş Qərb sanksiyaları Rusiyanın əksər iri özəl və hətta dövlət şirkətlərini Krım yarımadasında biznes qurmaqdan qaçmağın məqsəduyğunluğuna əmin edə bildi. Kremlin özəl sahibkarlara göstərdiyi təzyiq, onların çoxunu öz aktivlərini satmağa və Rusiyadan getməyə məcbur etdi.

Sanksiyalar haqqında qanun ABŞ-a bu siyahıdakı adamların və müəssisələrin adlarını açıqlamağa və ya onları məxfi saxlamağa izacə verir. Ümumiyyətlə, bu hesabatda 40-dan az olmayan ad göstərilməlidir. Bu, yekun siyahı olmaya da bilər.

İlk dəfə adları hallanmayan adamlar barəsində yeni məlumatların alına biləcəyini nəzərə alsaq, onda bu siyahının gələcəkdə genişlənməsi daha yaxşı olardı. Bu yeni “Kreml məruzəsi”nə adlarının düşməsini istəməyən rusiyalıların ehtiyatlı hərəkət etməsinə stimul yaradacaq.

Rusiya elitasının ən pis nümayəndələrinin kimlərdən ibarət olması barəsində keyfiyyətlə tərtib edilmiş hesabat, Amerika maraqlarına xidmət göstərməklə yanaşı (bəlkə də, bütün azad dünyaya), həm də indiki Rusiya təcavüzünə qarşı yaxşı cavab olar. (“Atlantic Council”-ABŞ)

ilham rehimov

"AzPolitika"dan: "Kreml məruzəsi" ilə bağlı tərtib olunmuş şirkət və insan kateqoriyalarına əsasən deyə bilərik ki, sözügedən sanksiya siyahısına Putin tələbəlik dostu, azərbaycanlı milyarder İlham Rəhimovun da adının düşməsi ehtimalı çox yüksəkdir. Cənab Rəhimovu 4-cü kateqoriya (Adlarına Rusiya prezidentinin şəxsi var-dövlətinin əhəmiyyətli hissəsi yazılmış Putinin dostları) üzrə bu siyahıya namizəd hesab etmək olar...

635x100

Şərhlər

Siyasət Bilməzov 2017-12-28 12:50:01

Növbəti 5 illik, 1986-cı il Kremldən "lüt" liderlərin məsuliyyət daşıdıqları cəmiyyətə-dövlətə qarşı separatizmə DTK-da təxribatlarla yardım edirdi. Dağılan "ümum"mülkiyyəti onlardan qeyri kim özəlləşdirə bilərdi? Çoxdan tanış iki liderin dəstəyi isə keçən il gərəkli idi. Bu siyasətin əleyhinə olan fəal seçici kütləsi kəskin məruzəsindən sonra ABŞa qarşı V.V.Putini dəstəkləyəcək. MDB-də bərabər namizədlərin iştirak etməməsi səsləri yeni düşüncəli qabil şəxsə yox, "taxda"kının istəyinə yönəldir.

Xalid 2017-12-28 12:50:01

Millet ela lap düz yazıbsan putin getmelidir o işxalcı ve rüşvetxordu

Millet 2017-12-28 12:50:01

Ey amerika baha pesdir sican pişik oynu oynamaq putinin bu seckide rusya xalqına nece olursa olsun onu hakimyetden redd edin rusya xalqı siz amerika ve avropadan kömek gözleyir künki bu .... bütün xalqın hüquqnu elinden alıb rusyada azad seckiden eser elamet qalmayıb

İrevanlı 2017-12-28 12:50:01

Rusya xalqı bu seckide aldanıp ogru yalancı hakimyete ses verse demeli öz quyularnı qazmış olacaqlar ogru yalancı hakimyetin axrı qeddafi seddam kimi olur yeni onuda göze görünmez qüvveler tora salır oların adınna var hal toplayıb sonra iki qardaşı bir birne vurdurub sonrada putini öldürüb yıgdıgı pulu bölecekler indi putin halal yemek isteyirse hakimyetden cekilsin putin sevenler onun sag qalmasnı isteyitse ses vermesinlerki putin secilmesin eks halda axrı ölüm olacaq bu söz bütün diktatorlara aiddi şeytan yolunnan dönün

SOZUNDUZU 2017-12-28 12:50:01

Butun qafqazda demokratiyanin qarsisini kesen karrupsiyaya revac veren putin amilidir o aradan qalxsa belke rusiya ve qafqazda demokratiya gorer

oxucu 2017-12-28 12:50:01

SSRI daqilandan sonra, postsovet mekaninda muntezem olaraq, munaqisheler, provokasiyalar, intriqalar, texribatlar, tecavuzkarliq ve ozge olkelerin torpaqlarini ishqal eden esas gunahkar - KQB polkovniki Putin, ANTISABITLIK TOREDIB ve cinayetkar Serj Sarkisyanin HIMAYEDARIDIR. Putin oz yaxin adamlari ile birlikde trilyon dollar menimseyerek, gizledibler ofshorlarda ve oqurlanmish pullara hebs sanksiyasini tetbiq edecek Amerika, bu barede xarici KIV-ler muntezem yazirlar.

Dr.AGAOGLU 2017-12-28 12:50:01

Salam Azpolitika.Yazini oxuyanda dusunursen ki,Sizi ve ya bele yaziya maraqli olan X dostumuzu daha cox bu prosesin Ilham Rehimovu da tutmasi rahat eder.O, insani tanimiram ve buna ehtiyacimda yoxdur.Lakin bildiyim qeder deyilen maddi servetide kifayet qeder sisirtme ve etdiklerini de danisib basaqaxmayan birisi olmaqla, dusunulendende agilli ve sebirlidir.Dostluqlarinda ki,ictima faydali isinin esasini da elmi kitablar yazib tercumelerle deyerli unversitetlerde yaymasidir .Mence oxumaga deyer,men oxumusam.

Son yazılar