FATMA ABDULLAZADƏNİN ÖLKƏDƏN ÇIXIŞINA QADAĞA QOYULUB? - Yeniləndi

Baş Prokurorluq Azərbaycan Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin sabiq müdiri Fatma Abdullazadənin ölkədən çıxışına qadağa qoyulması barədə mətbuatda yayılan məlumatlara münasibət bildirib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-nın sorğusuna cavabında qeyd edib ki, bəzi KİV-də Fatma Abdullazadənin ölkədən çıxışına qadağa qoyulması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

* * *

Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin sabiq müdiri Fatma Abdullazadənin Azərbaycandan çıxışına qadağa qoyulub.

Modern.az saytının əldə etdiyi məlumata görə, buna səbəb kimi F.Abdullazadənin külli miqdarda pul mənimsəməsi faktı göstərilir.

Qeyd edək ki, bir müddət öncə F. Abullazadənin keçmiş vergilər naziri Fazil Məmmədova 1 milyon dollar borcunun olduğu barədə məlumat yayılmışdı. Həmin məlumatda bildirilirdi ki, F.Abdullazadə Administrasiyada işlədiyi vaxtlarda F.Məmmədovdan (onda vergilər naziri idi) 1 milyon dollar borc alıb və bu günə kimi də həmin borcu qaytarmayıb.

Hətta F.Abdullazadə vəzifəsindən uzaqlaşdırılandan sonra F. Məmmədov nazir olmağına baxmayaraq borcunu geri ala bilməyib. F.Abdullazadənin “imkanım yoxdur” deyərək borcunu qaytarmaqdan imtina etdiyi bildirilir.

Belə görünür ki, vəzifədən uzaqlaşdırılan F. Abdullazadədən borcunu geri ala bilməyəcəyini sabiq nazir artıq gözə alıb və məhkəməyə də müraciət etməyib.

Fatma Abdullazadə 1993-cü ildən 2017-ci ilin iyununa kimi Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri vəzifəsini tuturdu.

Fizika-riyaziyyat elmləri doktoru olan xanım Abdullazadə 1993-2005-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Humanitar siyasət şöbəsinin müdiri vəzifələrində çalışıb.

Azərbaycan Prezidentinin 19 iyul 2005-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdi.

635x100

Şərhlər

Naxçıvanlıya 2017-12-28 15:55:26

PA hamısı güclüdür və yek dövlət kimidir? İndi isə ikidir. Binəqədi YAP sədrindən "baş işgüzar"ları öyrənə bilərsiniz. Bu məlumat "şirinlik" kompası kimi buraxılıb. 25 il Azərbaycan sərvəti hesabına gücləndikcə "levıy"ların istiqamətləri də çox dəyişib. Hərbi-siyasi və dünyəvi-iqtisadi güçlü lider dövlət yalnız DQarabağ separatizmi və S.Sərksyan siyasəti qarşısında aciz qardaşdır.

naxçıvanlı 2017-12-28 15:55:26

Hacıbala Abutalıbova xidmət edən "Azadlıq", "Ədalət" və s. kimi mətuat orqanlarından olan "Modern.az" saytının Fatma Abdullazadə barəsində belə ... həqiqətə uyğun gəlməyən şaiələr yaymasını təbii hesab etmək lazımdır. Başqalarına qara yaxmaq, özünə məxsus adları başqalarına yapışdırdırıb cəmiyyətdə biabır etdirmək, yanında saxladığı .... məxluqları məhkəmələrdə onun-bunu üzünə durdurtmaqla sifarişli məhkəmə qəraraları çıxartdırmaq Hacıbala Abutalıbovun... işlərinin bir hissəsidir.

Həmid Bəyzadə 2017-12-28 15:55:26

Indi savadsız, kitbaxana tanımayan və qəzetdən savayı heç nə oxumayan məmurlar vəzifəsindən sui-istifadə edib elm.doktoru olurlar. Fatma xanım isə Moskva Lomonosov universitetinin riyaziyyat fakultəsini qırmızı diplomla bitiribdir. O, dövlətə və dövlətçiıyə sadiq məmurlardandır.Buna görə də ...ı və ölkənin iri korrupsionerləri onu gözü götürmədilər. Və qadın olsa da ondan sadiqliyinə,yaltaq olmadığına,kiminsə çətirinə girmədiyinə görə qisas aldırlar.

HƏMİD BƏYZADƏ 2017-12-28 15:55:26

ARDI: Fazil Məmmədovun, AButalıbovun milyardları var. Keçmiş NTN-çi Mahmudov ölkədən miyardlar çıxarıb keflə xərcləyir. Onun reketçi pulyığanı general Çovdarov indi də içəridən biznesini idarə edir və milyonları ilə içəridə də kef-damaqda yaşayır. Siz da, ay millət, ehtiyac ucbatından, ağır xəstə olan qızını xaircdə müalicə etməkdən ötrü 1 mly.manat borc alan qadının -dövlərə sadiq məmurun üstünə düşmüsünüz.Vallah bu hakimiyyətə sədaqətli olmaqdansa,onu talamaq düzdü.

Həmid Bəyzadə 2017-12-28 15:55:26

ARDI: Azərbaycanda təmiz,savadlı,xalqını sevən, sadiq məmurları seçmirlər və işləməyə qoynurlar. FAtma xanım da savadlı, humanist,yeksək mədəniyyətli xanım məmurlardandır.PA-da onu qədər bilikli, dövlətçilik təcrübəsi və dövlətə sədaqəti olan ikinci məmur tapmaq çətindir.Bir də 1 milyan indiki məmurların 100 milyonlar,şirkətləri,biznes şəbəkələri yanında nədir ki.Məmur balaları bu pulu bircə aya kefə,qumara,... xərcləyirlər.Qarayaxma kişi işi deyil,Azərbaycan mediası.

Emin Məmmədli 2017-12-28 15:55:26

Niyə qadağa qoysunlar? Fatma Abdullazadə həmişə dövlətə sədaqətli olub. Humanitar siyasətin nailiyyətlərində onun dövlət məmuru kimi böyük xidmətləri var. Bilikli, yüksək mədəniyyətli, humanist tədiətli xanımdır, məmurdur. Onun əməyini,xidmətlərini itirmək nankorluq olar. 1 mln.manat söhbəti qarayaxmadır.Qadına qarşı şantaş,qarayaxma kişiyə yaraşmaz.Əgər alıbsa, deməli,ehtiyacı olub,borc alıb.Bəlkə xəstə övladının müalicəsi üçün alıb? Başqa məmurlar milyonları, milyardları dövlətdən oğurlamayıb ki.

naxçıvanlı 2017-12-28 15:55:26

İndi Siz deyin! Kim güclü siyasətçidir: Fatma Abdullazadə yoxsa Hacıbala Abutalıbov?

николай 2017-12-28 15:55:26

Aslanın erkəyi, dişisi olmaz, hamı yeyib, bu da 50 milyon aparıb, halal olsun.

naxçıvanlı 2017-12-28 15:55:26

Rəfayil Allahverdiyev verdiyi müsahibələrdə qeyd edirdi ki, Fatma Abdullazadə Hacıbala sıhbətini birdəfəlik bağlamaq üçün, Hacıbalanın xəstə olması barədə sənədləri milli lider Heydər Əliyevə göstərib və bundan sonra Hacıbalanın kitabı birdəfəlik bağlanıb. Rəfail müəllim inyervülərində qeyd edib ki, yalnız onun çoxsaylı xahişlərindən sonra milli lider Heydər Əliyev onu Suraxanı rayonuna İcra Başçısı təyin edib. Sonrası hamıya məlumdur. Haçıbala R.Allahverdiyeşi işdən çıxartdırıb keçib oturub onun yerində.

Arif Qədimov 2017-12-28 15:55:26

Fatma xanım haqqında mənim üçün bu günə kimi qaranlıq qalan bir məsələni söyıəmək istərdim:1999-cu ildə Heydər Əliyev mənin Naxçivanin tarixi ilə bağlı"Naxçıvan Nuhun yurdudur" adlı kitabımın nəşrini bir başa Fatma Abdullazadəyə tapşırdı, məni Prezident Aparatına çağırdılar və mən kitabımı da götürüb ora getdim.Hər şeyin yaxşı olacağını dedilər.Bir sözlə yeddi ay kitabım orada qaldı,lakin çap etmədilər və mən məcbur olub kitabımı ondan aldım və öz xərcimlə çap elətdirdim.Fatma xanım yaddaşımda belə qalıb..

Cəlil 2017-12-28 15:55:26

Afərin! Bu şöbə müdirlərindən biri bir milyon alıb.Bəs digərləri? Bunların salamatı var? ......Hansı naziri,komitə sədrini,digər yüksək vəzifəliləri tərpədirsən.altından su çıxır.

naxçıvanlı 2017-12-28 15:55:26

Hacıbala Abutalıbov 1991-ci ildə Nəsibə Zeynalovanın 75 illiyində milli lider Heydər Əliyevin təbrikini oxuyandan sonra hamı fikirləşirdi ki, Hacıbala Humanitar şöbənin müdiri olacaq. Belə olmadı. Fatma onu qabaqladı. Sonra xəbər yayıldı ki, Hacıbala Fatmanın müavini olacaq. Bu da olmadı. Bundan sonra xəbər yayıdı ki, Hacıbala Tələbə Qəbulu üzrə Komissiyanın sədri olacaq. Bu da olmadı. Rəfayil Allahverdiyev işdən azad olunandan sonra bu işlərə aydınlıq gətirdi.

dadaşyev 2017-12-28 15:55:26

Bunun iyunda işdən çıxarılmağına baxmayaraq nazir bu borcu açıb ağartmayıb.Niyə?Çünki özü hələ nazir olaraq qalmaqdaydı.Amma 6 ay keçir və nazirin dalından dəyirlər və nazir yalnız bu zaman borcunu istəyir.İndiyə qədər istəməyibsə,o 1 milyon dollar qətiyyən borca oxşamır.Yəni belə başa salım:ay xanım,bax əgər, məsəla,20 il nazir olacağamsa verirəm ha bu pulu.O da söz vermiş və o xanım işdən çıxarılsa da özünə dəyilmədiyini görüb susmuşdur.Amma vaxtından qabaq nazirliyə əlvida etməsini görüncə haray salıb.

H.B-yə xitabən 2017-12-28 15:55:26

Bu adamın riyazi savadınni necə olduğunu biz də bilirik.O hansı bir elmi məsələ həll etmişdir?O gizlincə haradansa bir doktorluq diplomu almışdır.Bunları qoyaq bir kənara!Bu adam layiq oldu-olmadı haqqını alıb akademik edirdi.Danışırlar ki,Oktay Akademiyanı özünün fermer təssərüfatına çevirmişdir.Hətta danışırlar ki,AMEA Fizika İnstitunda "boks" məşğələləri keçirirdi.İndi səndən soruşuram ay H.B.bunlara nə deyirsən?

BORC YOX: 2017-12-28 15:55:26

FAZİL MƏMMƏDOV KİMƏ AYLIQ DOLYA-TAVAN VERİB İNDİ VARGİLƏR NAZİRİ OLDUĞU DÖVRDƏ İNDİ "BORC" KMİ DEYİB ONLARI BAQAJA-QOYUR ... YƏNİ İLK AÇIQLAMA VERRİR Kİ. KİMLƏRƏ PUL VERRMİŞƏM AÇIQLAYACAM...........

Qubadlı Gülbadam 2017-12-28 15:55:26

Köhnəlib, Zeynəb xanım kimi ŞUX da deyil, diğəri kimi ŞAX da deyil, sadəcə qocalıb. Kimlərsə camaatı dövlət kreditinin, "dolya"nın, daxili və xarici "krışa" haqqlarının illərlə öz iş adamlarına, özəl banklara, yaxın ətrafına eləcə də PA dəqiq istiqamətindən yayındırmaq istəyiblər. BAŞ siyasət aşkarca, Qarabağ məsələsi də daxil olmaqla xalqı çatışmayan halal hüquqlarıdan yayındırmaqla özəl dünyəvi-şöhrətə dəstəyə yönəlib!

dadaşyev 2017-12-28 15:55:26

davamı;Yəni Azərbaycanda yaşadığımız üçün ağıla belə ehtimal gəlir.Çünki bu məmləkətdə bir neçə il qabaq yenə bir xanım birisinə deputat mandatını 1 milyon dollara satmaq üçün "borc" almışdı deyə tutmuşdular.Tutmuşdular deyəndə ki,tutub 3 ildən sonra buraxmışdılar.Belə.Bazardu də.

Sakit 2017-12-28 15:55:26

Fatmanın çırpışdirdiği pullar hesabına idi ......Getdi o günlər ay Oktay! Çox heyif "səndən"!

Oxucu 2017-12-28 15:55:26

Bu ölkədə heç olmasa bircə dənə də olsun məmur varmı ki,korrupsiyaya və rüşvətxorluqa bulaşmasın.

Abit 2017-12-28 15:55:26

Bir mesel var,"bal tutan barmağını yalayar".

Adil 2017-12-28 15:55:26

Bu memurlar hamısı atanşikdiler ki....

dadaşyev 2017-12-28 15:55:26

İşdən çıxarılıb atılan bir rəhbər vəzifəli görmədik ki,yüz milyonlar yeməmiş olsun.Hamısı da YAP-çı olur.Bunlar vəzifələrə yerləşdirilib sökə bilmək üçün YAP-a girirlər,yoxsa vəzifədə olarkən YAP-çı olduqları üçün sökə bilirlər?

ARİF 2017-12-28 15:55:26

MƏNƏ ELƏ GƏLİR Kİ, TƏNSİLİMİZ KÖKÜNDƏN DÜZƏLDİLMƏLİDİR. TƏHSİLİMİZ BƏRBAD VƏZİYYƏTDƏ OLDUĞUNA GÖRƏDİR Kİ, BELƏ HALLAR BAŞ VERİR. YƏNİ MƏNƏVİYYATIMIZ DÜZƏLDİLMƏLİDİR.

Cəfər 2017-12-28 15:55:26

.. işdən uzaqlaşan kimi altlarndan su çıxır.Bunlar bir deyil,beş deyil.Bu onu gpstərir ki, bu memurlar xüsusi banditlərdən ibarətdir,ölkəni talan etmək məqsədinə xidmət ediblər və edirlər.Hansını qaldırsan altından rüşvət,oğurluq,korrupsiya çıxır və güman ki,çıxacaq. .....

Həmid Bəyzadə-yə 2017-12-28 15:55:26

Siz bir yazdığınız mədhiyyəni düşünüb yazmısınız? Fatmanın qardaşı xaricdə xristanolaraq çalışır.Bəs Fatma kimdir? Bu bir! İkincisi kim nə edibsə ona da cavab verəcək.Sizcə bir milyon pulu qadın olaraq ,yüksək vəzifə tutaraq həzmdən keçirməyin nə demək olduğunu anlaya bilirsənizmi?Bir milyon bir və arxasında 6 sıfır deməkdir və bu rəqəm na niyə verilib?Axı onun onsuz da yüksək maaşı və əlavəsi olub.Bilirsiniz ki,rüşvət ylnız qanun pozuntusu etdikdə verilir. Burada təriflənəcək bir şey qalmır! Yaltaqlıq !

HƏMİD BƏYZADƏ 2017-12-28 15:55:26

Ay yaltaqlar. Gücünüz,sözünüz,ədalətiniz,kişiliyiniz,hallallığınız bu qədər çoxdursa gedin metro Tağının,Mahmudovun,Çovdarovun,PA-nın baş məmurlarının, Fazilin,korrupsioner nazirlərin,İH başçılarının sizin cibinizdən oğrurladıqları mailyardların əlyehinə səsinizi qaldırın.Fatmanı görən kimi yadınıza millət,rüşvət düşdü? Yaltağın yekəsi sən özünsən.Qadına qarşı yalan, şayiə uydurub mediada yayan,bununla öz cinayətlərini xalq unutdurmaq istəyənlərin quyruqbulayan kişiçikləri.O,diplomu təhsillə,savadla alıb.

HƏMİD BƏYZADƏ 2017-12-28 15:55:26

Həyat göstərir ki, başqasına yaltaq deyənlər həmişə əsl yaltaq,satqın,şərəfsiz olurlar.Sənin kimiləri üzünə şərəf maskası taxıb,düz adamlara gücü çatdıqca qara yaxanlara qoşulur,imkan düşən kimi yıxılana balta vurur. Belə ləyaqətlisənsə, F.Abdullazadənin insanlara, ziyalılara savab, əltutan,layiqli,millətsevər işlərindən də yaz.Belə şərəflisənsə,Azərbaycanı talan edən tanıdığın məmurların əleyhinə də yaz.Əgər F.Abdullazadə,rüşvət alıbsa,əcəb eləyib.Çünki düz,sədaqətli məmuru işləməyə qoymur, yekəqarınlar.

HƏMİD BƏYZADƏ 2017-12-28 15:55:26

O ki qaldı, Akademiyaya, bura elə əvvəlcədən bazardır. Oqtay, ya başqası nə edirsə, o biriləri bundan da betərlərini edir. Kişiliyiniz, millərsevərliyiniz çatırsa, bunları da yazın, daha Oktayı yox. Hər institutda namizədlik və doktorluq dissertasiyalarını pulla yazdırırlar.DOktoranturaya qəbul tapşırıqla, ya rüşvətlədir.Monoqrafiyaları Bakıda və Moskvada rüşvətlə,pulla yazdırırlar.Sonra da rüşvət verib müxbir üzv, həqiqi üzv olurlar.Akademiya rəhbərliyi texniki tərəqqi,eksperiment adı ilə milyonlar yeyir

HƏMİD BƏYZADƏ 2017-12-28 15:55:26

Nə Fatmanı,nə qardaşını,nə Oktayı tanıyıram.Bilirəm ki,ermənilərlə qohum olanlar Fatmadan da böyük vəzifələrdə oturrublar.Ölkəmizin iş adamları erməni iş adamları ilə biznes ortağıdırlar.İncəsənət xadimlərimiz ermənilərdən həsrətlə danışır,xaricdə onlarla öpüşür,Bakıya qayıdın deyirlər.Bu xanımın qardaşı hansı dini qəbul edibsə,ondan Fatmaya və sizə na aidiyyatı var.Ölkəmizin bölgələrində,Bakıda dinin dəyişmişmiş on minlərlə azərbaycanlı var.Tolerantlıqdır,dini seçim azaddır.O ki,qaldı Akademiyaya,

Həmid-ə 2017-12-28 15:55:26

Akademiya 50 ilddir... satlıb.Gör bir orada nə qədər savadsız .... toplanıb.Digər bölgələr orada kölgədə qalıblar.Gör bu keçən 50 ildə Akademiyada prezidentlər, akademiklər kim olub.İnstitut direktorları,baş elmi işçilər,müavinlər və s.Bütün bunun müqabilində ortaya çıxarılan fundamential bir kəşf varmı? Sadəcəbüdcə talanması baş verib.Bu gün də Akademiya formal olaraq mövcuddur.

Həmid 2017-12-28 15:55:26

Sənin təriflədiyin qadın olaraq bir milyon Fazildən rüşvət alıb, 50 milyon da bankdan girovsuz kredit adıyla pul qoparıb.Bunun təriflənəcək harası qalır ki? Hələ özünün yaltaqlıqla dolu yazını əsaslı sənəd sayırsan.İnsanda utanası üz olmayanda belə əməllərə əl atır. Hələ digər rüşvətlər bir kənara.Bilmədiyin şeyi danışmasan yaxşıdır. YAP özünü bu bir neçə nəfərlə biruzə verdi. Yetər!

Son yazılar