"Qarabağ"la oyunda işimizin daha ağır olacağından qorxurdum" - Edin Ceko

"Bizim "Qarabağ"la oyunumuz çətin alındı, xüsusən, psixoloji cəhətdən".

"Report"un məlumatına görə, bunu İtaliyanın "Roma" klubunun futbolçusu Edin Ceko Çempionlar Liqasının qrup mərhələsindəki son tur matçını dəyərləndirərkən deyib.

Bosniya və herseqovinalı hücumçu dekabrın 5-də "Olimpiko" stadionunda "Qarabağ"ı 1:0 hesabı ilə yendikləri qarşılaşmada vurduqları qoladək bir neçə imkanı əldən verdiklərini söyləyib:

"Qalib gəlsəydik, qrupda birinci yeri tutacaqdıq. İlk yarıda bir neçə şansımız oldu, lakin qol vura bilmədik. İkinci hissənin əvvəllərində isə Dieqo Perotti fərqləndi. Lakin bundan 2-3 dəqiqə sonra "Atletiko" İngiltərədə "Çelsi"yə qol vurdu. Qorxurdum ki, hesabı açmasaq, işimiz daha ağır ola bilər. Lakin yekunda biz qalib gəldik və Londondakı oyunun nəticəsini gözlədik. Xoş soraq aldıqdan sonra layiq olduğumuz qrup birinciliyi sevincini azarkeşlərlə qeyd etdik".

Ceko Romadakı görüşdə qol vurmasa da, Bakıdakı II tur matçında "Qarabağ"ı məyus etməyi bacarıb. Azərbaycan təmsilçisi İtaliya komandasına evdə 1:2, səfərdə 0:1 hesabı ilə uduzub. Yekunda "Roma" C qrupunda 11 xalla 1-ci, eyni xala malik "Çelsi" ikinci yeri tutaraq, 1/8 finala yüksəlib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar