Saunada müştərinin pulunu oğurlayanın görüntüləri yayıldı - VİDEO

Bakıda saunadan oğurluq olub.

Hadisə Nərimanov rayonu ərazisindəki saunalardan birində lentə alınıb.

Bakı şəhər sakini Müslüm Tağıyev ərazi üzrə 18-ci polis bölməsinə məlumat verib ki, saunada olarkən 1700 manat pulu paltardəyişmə otağından oğurlanıb.

Saunanın təhlükəsizlik kamerasına baxış keçirən polis çox çəkməyib ki, oğrunu müəyyən edib. Bölmə əməkdaşları əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini Xəyal Mustafayevi saxlayıblar.

İfadəsi zamanı Xəyal Mustafayev törətdiyi cinayəti etiraf edib. Qeyd edilən faktla bağlı Nərimanov rayon polis idarəsində cinayət işi başlanılıb, istintaq davam edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar