Avropada 2017-ci ilin ən yaxşı idmançısı məlum oldu

Portuqaliya millisinin və İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kriştiano Ronaldo 2017-ci ildə Avropanın ən yaxşı idmançısı sayılıb.

"Report"un məlumatına görə, 32 yaşlı hücumçu 26 beynəlxalq informasiya agentliyi arasındakı sorğuda birinci yeri tutub.

Ronaldo "Formula-1" üzrə dünya çempionu Lüis Hemiltonla tennisçi Roje Federer və Rafael Nadalı üstələyib. Polşanın PAP agentliyinin 1958-ci ildən təqdim etdiyi mükafatı o, ardıcıl ikinci dəfə qazanıb.

Kriştiano Ronaldo 2017-ci ildə "Real Madrid"in heyətində İspaniya La Liqasının, Çempionlar Liqasının, Klublararası Dünya Çempionatının, UEFA və İspaniya Super Kubokunun qalibi olub. Portuqaliya millisi ilə isə o, 2018-ci il dünya çempionatına vəsiqə qazanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar